Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-424/2025 10.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh “Toyota” RAV-4 markalı avtomobili, o yerində müəyyən olunmasa onun 10.000 manat dəyərinin və 2000 manat alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək iddia ərizəsində göstərdiyi məbləğin 2000 manat azaldılmasının nəzərə alınmasını və cavabdehdən “TOYOTA RAV-4” markalı avtomobilin, avtomobil yerində müəyyən olunmasa dəyəri olan 10000 (on min) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2016-cı ilin əvvəllərində tanış olmuşlar. Söhbət zamanı o, avtomaşın almaq istədiyini bildirmiş, Cavabdeh də ona avtomaşın almaqda kömək edəcəyini , bu barədə təcrübəsi olduğunu bildirmişdir. Həqiqətən də Cavabdeh köməkliyi ilə Sumqayıt şəhərində “Jeep Patriot” markalı avtomaşını 3500 manat ilkin ödəniş etməklə almışlar. Həmin avtomaşın bankda girovda idi. O, belə qərara gəldi ki, özünəməxsus “TOYOTA RAV-4” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşını satıb yeni almış olduğu “Jeep Patriot” markalı avtomaşının dəyərini tam ödəyib , girovdan çıxarsın. Cavabdeh bu işdə də ona kömək edə biləcəyini dedi. 2016-cı ilin aprel ayının 22-də Yevlax rayonunda BDYPİ-nin İmtahan keçirmə və qeydiyyat idarəsində olan zaman Sadiq X1 2000 manat və “Opel-Astara” markalı avtomaşını alıb, ona məxsus “TOYOTA RAV-4” markalı avtomaşını H.İsmayılova verdi və bildirdi ki, həmin 2000 manat pulla və və “Opel-Astara” markalı avtomaşını satmaqla “Jeep Patriot” markalı avtomaşınla bağlı banka olan borcu ödəyəcəkdir. O da cavabdehə inandı. Lakin bu vaxta qədər ya banka olan borc ödənilməmiş, ya da ona məxsus “TOYOTA RAV- 4” markalı avtomaşını qaytarılmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə avtomaşımı və ya onun dəyərini qaytarmadan imtina etmişdir. O, cavabdehin hərəkətləri barədə polis şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını, Cavabdeh “TOYOTA RAV-4” markalı avtomaşını və ya onun dəyəri olan 10000 (on min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək göstərmişdir ki, “TOYOTA RAV-4” markalı avtomaşını o 10.000 manata almışdır. Onun bu barədə məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi də vardır. Lakin buna baxmayaraq hazırda cavabdeh tərəfdən 5000 manat pulun tutulub ona verilməsinə razıdır. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Rusiya Federasiyasında olduğundan əvvəlki məhkəmə iclaslarında iştirak edə bilməmişdir. İddiaçı “TOYOTA RAV-4” markalı avtomaşını satması üçün ona vermişdir. “TOYOTA RAV-4” markalı avtomaşını satıb qarşılığında Opel astra markalı avtomaşın və 2000 manat pul almışdır. Son nəticə etibarilə “TOYOTA RAV-4” markalı avtomaşını 4000 manata satmışdır. Opel astra markalı avtomaşını isə 1800 manata satmışdır. Əslində həmin pulları iddiaçıya verməli idi. Lakin o belə etməmişdir. Buna görə də qəbul edir ki, onun iddiaçıya borcu vardır. Borcunun da 5000 manat olduğunu qəbul edir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işi başlanması rədd edilmişdir. İddiaçı Cavabdeh ilə aralarında əmlak və pul tələbi ilə bağlı məsələ Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki mübahisəli məsələlərə baxmaq məhkəmə səlahiyyətinə aid olduğuna görə məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 12 nömrəli rəyindən görünür ki, “TOYOTA RAV-4” markalı avtomaşının həmin rəy verilən tarixə bazar satış qiyməti 10.000 manat dəyərindədir. AB N seriyalı 430963 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 02BJ669 qeydiyyat nişanlı, “TOYOTA RAV-4” minik markalı, Universal tipli, 2001 il buraxılış illi nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 rayonundan məcburi köçkün düşmüşdür. O, həqiqətən erməni təcavüzü nəticəsində yaşayış yerini tərk etmiş, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmışdır və hal-hazırda qeydiyyatdadır. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1174/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnamədən görünür ki, İddia təmin olunmuş və Cavabdeh “TOYOTA RAV-4” markalı avtomaşın, qətnamə icra olunan zaman naturada mövcud olmazsa, onun dəyəri olan 10.000 (on min) manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, 2(051)-424/2025 saylı qərardadla Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1174/2021 saylı qiyabi qətnaməsi ləğv ediməsi və işə tərəflərin iştirakı təmin olunmaqla yenidən baxılması qərara alınmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, iddiaçı cavabdehlə aralarında şifahi razılığa gələrək iddiaçıya məxsus nəqliyyat vasitəsini satmasına dair cavabdehlə razılaşmışdır. İddiaçı “TOYOTA RAV-4” markalı nəqliyyat vasitəsini satması üçün cavabdehə vermiş, lakin cavabdeh həmin nəqliyyat vasitəsini satdıqdan sonra əldə olunan pul vəsaitlərini iddiaçıya verməmişdir. Bununla da cavabbeh iddiaçı ilə aralarında olan şifahi razılığı pozmuşdur. Budan sonra iddiaçı ilk öncə polis orqanlarına sonra isə işin mülki mübahisə olduğunu öyrəndikdən sonra məhkəməyə müraciət etmişdir. Lakin hazırda cavabdeh məhkəmə iclası zamanı iddiaçıya borcu olduğunu və maddi imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini, həmçinin iddiaçıya 5000 manat borcu olduğunu etiraf edərək maddi imkanı düzələn kimi borcunu ödəyəcəyini bildirmişdir. Beləliklə iddiaçı məhkəmə iclası zamanı cavabdehdən 5000 manat tələb etdiyini bildirmiş və cavabdeh isə 5000 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən və qanundan irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2 ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 385.1–ci maddəsinin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Beləliklə işin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi şəkildə tapşırıq müqaviləsinə bağlanmışdır. Lakin sonradan cavabdeh avtomobil satışından əldə etdiyi məbləği qaytarılmalı olduğu halda qaytarmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələb etdiyi məbləğin 5000 manatına dair hissəsi tərəflər arasında yaranmış öhdəliyin yaranması əsaslarından biri olan əsassız varlanmaya söykənir. Belə ki, cavabdeh şəxs hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etdiyindən əsassız varlanmışdır. Əsassız varlanmanın baş verməsi üçün bütün şərtlər məcmu halda mövcud 1091.1ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli, 2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Göründüyü kimi bu şərtlərdən hər biri mövcud olduğundan cavabdeh varlanmış şəxs hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı və maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-424/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-424/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver