Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-430/2021 04.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 69,78 manat əsas borcu, 14.43 manat faiz borcu, 57.97 manat cərimə borcu olmaqla, cəmi 142.18 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-430/2021 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” X1 təşkilatından illik 35 faizlə 12 ay müdətinə 699 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olmasına dair 531 №-li xx.xx.2018-ci il tarixli 004 №-li xx xxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh oğlu ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2020-ci il dekabrın 15-dək Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 69,78 manat əsas borcu, 14.43 manat faiz borcu, 57.97 manat cərimə borcu olmaqla, cəmi 142.18 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 69,78 manat əsas borcu, 14.43 manat faiz borcu, 57.97 manat cərimə borcu olmaqla, cəmi 142.18 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC–yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan hüquq sahibi “Finternd” BOKT ilə hüquq əldə edən “xxxx” KB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 0004 №li tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilədən görünür ki, “Fintrend” BOKT borc alan şəxsə qarşı bütün hüquqları “xxxx” KB ASC-yə güzəşt edir. İşdə olan xx xxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “FİNtrend” X1 təşkilatından illik 35 faizlə 12 ay müdətinə 699 manat kredit verilmişdir. İşdə olan “FİNtrend” BOKT ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olmasına dair 531 №-li xx.xx.2018-ci il tarixli 004 №-li xx xxxx 2019cu il tarixli hüquqların ötürülməsi barədə sazişdən görünür ki, Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC (hazırkı adıİddiaçı ASC )-yə ötürülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, PAİHTD-16675/5 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 69,78 manat əsas borcu, 14.43 manat faiz borcu, 57.97 manat cərimə borcu olmaqla, cəmi 142.18 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, “FİNtrend” BOKT-la Cavabdeh arasında xx.xx.2019cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit təşkilatıcavabdehə 12 ay müddətinə 699 manat məbləğində kredit vermişdir. Sonradan həmin kredit məbləğini almaq hüququ iddiaçı banka güzəşt edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 69,78 manat əsas borcu, 14.43 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 57.97 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh oğlu müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 69.78 manat əsas kredit borcu, 14.43 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 7 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 7 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Beləliklə, işin müəyyən olunmuş hallarına uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh oğlundan 69,78 manat əsas borcu, 14.43 manat faiz borcu, 7 manat cərimə borcu olmaqla, cəmi 91,21 manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh oğlundan 69,78 (altmış doqquz manat yetmiş səkkiz qəpik) manat əsas borcu, 14.43 (on dörd manat qırx üç qəpik) manat faiz borcu, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 91,21 (doxsan bir manat iyirmi bir qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh oğlundan dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul alınıb İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-430/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-430/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver