Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-431/2021 04.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, X2 və Cavabdeh iştirakı ilə, İddiaçı: X5 Cavabdeh: Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 12000 manat məbləğdə pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X7 məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həcmini azaldaraq Cavabdeh 9200 manat pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanımış və onunla münasibətləri normal olmuşdur. xx.xx.2019-cu ildə Cavabdeh onun yanına gələrək pula ehtiyacı olduğunu bildirmiş və ondan notarial qaydada təsdiq edilən xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsi əsasında 6000 manat borc pul vermişdir. Bundan sonra cavabdeh onun yanına gələrək yenə də borc pullar istəmiş o da ona xx.xx.2019-cu ildə 1000 manat, xx.xx.2020-ci ildə 4000 manat və xx.xx.2020-ci ildə 1000 manat pullar vermişdir. Onu uzun müddətdir tanıyır bu müddətə o onun etibarını qazana bilmişdir. Müqavilənin müddətinin bitməsinə yaxın o cavandehdən borcunu tələb edənədə ona məlum olmuşdur ki, borc verdiyi şəxsin ciddi maliyyə problemləri var və onun borcunu qaytarmaq istəmir. Onunla dəfələrlə şifahi söhbətlər aparsa da, faydası olmamışdır. Dəfələrlə Cavabdeh ona olan borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehdən pulunu başqa qaydada ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh 9200 manat məbləğdə pulun və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında X3 həqiqətən 12000 manat pul borc almışdır. Məhkəmə prosesi ərəfəsində borcundan 2800 manatı geri qaytarmışdır. iddia tələbinin təmin olunmasına etiraz etmir qalan borcunu az müddətdə qaytaracaq. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan RespublikasıDİN-in yaşayış yeri üzrə qeydiyyat haqqnda xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, X1 şəhərinin Səməd Vurğun küçəsindəki 7 saylı evin 1 saylı mənzilində yaşayır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh həmin tarixdə X3 6000 manat məbləğdə borc pul almış və aldığı pulu xx.xx.2020-c il tarixinə kimi qaytaracağına söz verərək kredit müqaviləsini tərəflər öz imzalarıilə təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, X7 xx.xx.2019-cu il tarixdə 6000 manat, daha sonra isə xx.xx.2019-cu ildə 1000 manat, xx.xx.2020-ci ildə 4000 manat və xx.xx.2020-ci ildə 1000 manat olmaqla, cəmi 12000 manat məbləğdə pulu Cavabdeh vermiş, Cavabdeh isə aldığı pulu xx.xx.2020-c il tarixinə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu iddiaçıya qaytarmamışdır və onun iddiaçıya 9200 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı 9200 manat məbləğdə pulu Cavabdeh vermiş, cavabdeh isə alınmış pulu iddiaçıya ödənilməsini öz üzərinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış yazılı müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 9200 (doqquz min iki yüz) manat məbləğdə pul və ödənilmiş 30 manat dövlət rüsumu alınıb X6 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-431/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-431/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver