Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-434/2021 01.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh2 və X2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı 11229 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri H.Əliyev prospekti 42 ünvanında yerləşən “Zümrüd” adlı mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdehlərlə uzun müddət alış-veriş etdiyi üçün sonunculara inanaraq onlara 2019-cu ilin yanvar ayından başlayaraq qızıl-zinət əşyalarını nisyə satmışır. Həmin vaxt cavabdehlər könüllü olaraq borcu hissə-hissə qaytaracaqları barədə qəbz yazmış, lakin borcun bir qismi Pərvizin əmək haqqı kartından ödənildikdən sonra, cavabdehlər qalan borcu qaytarmaqdan imtina etmişlər. O dəfələrlə cavabdehlərdən borcun qaytarılmasını tələb etsə də, sonuncular onunla razılaşmayaraq qalıq borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdehlərə ilkin olaraq 24.2 qram sep, 17.3 qram komplekt, 25.93 qram olan qızılı cəmi dəyəri 3320 manata, 70 qram çəkidə qızıl əşyası dəyəri 5600 manat, sonra xx.xx.2019-cu il tarixdə yenidən cavabdehlərə 19.59 qram “Bismark” Moskva sepi, 25.76 qram İtaliya komplekti, 9.75 qram sırf qızıldan boyunbağ, 7.09 qram bilərzik, 8.11 qram “Kobra” boyunbağısı, 7.21 qram qızıl sırğa, həmin vaxt qızılların cəmi qramı 77.51 qram olub dəyəri 6208 manat təşkil etmişdir. Bir müddət sonra, yəni xx.xx.2019-cu il tarixdə yenidən cavabdehlərə cəmi 29.9 qram olan, cəmi dəyəri 2400 manat olan qızıl-zinət əşyaları və əlavə olaraq 15.55 qram komplekt, 4.8 qram qolbağ, 10.4 qram sırğa nisyə satmışdır. Qızıl zinət əşyaları 585 əyyarlı olmuşdur. Cavabdehlər ona olan cəmi 19.228 manat borcdan hissə-hissə 7999 manat ödəmiş, qalan borcu ödəməkdən imtina etmişlər. Odur ki, 11229 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində məbləğləri qeyd etmədiyini bildirərək qızılların qiymtəinin, 70 qram x 72 manat =5040 manat; 72.51 qram x 72 manat = 5580 manat; 29.9 qram x 80 manat = 2400 manat, 30.03 qram x 72 manat = 2162 manat, 2400 manat köhnə borcdan qalıq, 6.43 qram x 69 manat = 450 manat, 69.68 qram x 80 manat = 5575 manat, 9.37 qram x 80 manat = 750 manat olmaqla cəmi 24157 cavabdehlərin borcu olduğunu və həmin borcdan 8999 manatın cavabdehlər tərəfindən ödənildiyini, lakin hazırda cavabdehlərin 15352 manat borcunun ödənilməmiş qaldığını göstərmişdir: Ona görə də, məhkəmədən 15357 manat pulun cavabdehlərdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən ilkin və əlavə iddia ərizələrinin məzmununa uyğun izahat verdi və əalavə olaraq göstərdi ki, cavavdehlər ondan nisyə qızıl əşyaları götürərkən, həmin pulu vaxtında ödəyəcəklərinə söz vermişlər. Lakin sonradan Cavabdeh2 pulu ödəməkdən qəsdən imtina etmişdir. Onun niyyəti əsassız gəlir əldə etməkdən ibarətdir. Hazırda da məhkəmə prosesinə gəlməkdən imtina etməklə, öz niyyətini gerçəkləşdirmək istəyir. Belə ki, cavabdehlər nümayəndə vasitəsilə təmsil olunmaqla, hüquqdan sui-istifadə edirlər. Əgər, cavabdehlərin ona borcu qalmamışdırsa, gəlib məhkəmə iclasında sübut edərdilər. Göründüyü kimi cavabdehlər məhkəməyə gəlməkdən boyun qaçırmaqla, öz qanunsuz hərəkətlərini ört-basdır etmək məqsədi güdmüşlər.Halbuki, onunla cavabdehlər arasında nisyə alqı-satqının olması sadə yazılı formada verilmiş qəbzlərlə öz təsdiqini tapmışdır. Hazırda isə cavabdehlərin nümayəndəsi, həmin qəbzləri cavabdehlərin xeyrinə təfsir etməklə, cavabedhləri borc öhdəliyindən əsassız olaraq azad etmək istəyir. Hesab edir ki, cavabdehlərin nümayəndəsinin istinad etdiyi dəlillər, onun təqdim etdiyi sübutlarla təkzib olunur. Ona görə də məhkəmədən iddianın təmin edilməsi haqdaqətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclası zamanı cavabdehlərə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, xx.xx.2019-cu il tarixdə cavabdehlər iddiaçıdan təqribən 70 qram qızıl-zinət əşyalarını nisyə götürməyə razılaşmışlar. Həmin vaxt Pərviz Məmmədzadə № 8815 saylı hesab kartından hər ay 1000 (bir min) manat pulun tutulmasına etiraz etməmiş və kartını könüllü iddiaçıya vermişdir. Bu səbəbdən cavabdehlərin iş materiallarında olan qəbzin sonunda yalnız xx.xx.2019-cu il tarixə 5575 manat borcları olduğu qeyd edilmişdir. Bundan sonra Cavabdeh2 xx.xx.2019-cu il tarixdə cəmi 29.x xxxx 2400 manat dəyərində 15.55 qram komplekt, 4.08 qram qolbaq, 10.4 qram sırqa götürmüş və bu da həmin qəbzdə göstərilmişdir. Həmin borcdan 8999 manat ödənildiyini nəzərə alsaq iddiaçıya əlavə 1000 manat pul ödənilmiş olur. Əlavə götürülən 450 və 400 manat pul nəzərə alınanda iddiaçıya borcu qalmır. Odur ki, iddia tələbini əsassız hesab edərək, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 24157 manat məbləğində nisyə qızıl əşyaları verilməsini və hazırda cavabdehlərin ona 15352 manat məbləğində borcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı cavabdehlərə inanaraq 2019–cu ilin may ayında nisyə qızıl-zinət əşyaları vermişdir. Cavabdehlər pulu ödəyəcəklərini vəd edərək iddiaçıya cavabdeh Pərviz Məmmədzadənin № 8815 saylı hesab kartını vermişlər. Məhkəmə iclası zamanı hər iki tərəf bu faktın mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin həmin borc pulun məbləği barədə tərəflərin izahatları ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı cavabdehə cəmi 24157 manat məbləğində qızıl-zinət əşyalarını nisyə verdiyini, həmin borcdan cavabdehlərin cəmi 8999 manat ödədiyini və 15352 manat qalıq borclarının olduğunu iddia etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, yalnız iş materiallarındakı qəbzdə göstərilən, yəni xx.xx.2019-cu il tarixdə nisyə alınan cəmi 5575 manat dəyərində olan qızıl zinət əşyalarına və xx.xx.2019-cu il tarixdə nisyə alınan cəmi 2400 manat dəyərində olan qızıl zinət əşyalarına görə, cəmi 7975 manat borclarının olduğunu, həmin borcdan əlavə 1000 manat, yəni 8999 manat pul ödənildiyi bildirərək borcun qaytarıldığını və əlavə göstərilən 450 və 400 manatında nəzərə alındıqda iddiaçıya borcun qalmadığını bildirmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, X5 öz kartını İddiaçı verərək ondan 70 qram çəkidə qızıl götürmüşdür. Ona görə də hər ay kartınan 1000 manat götürülməsinə razılıq vermişdir. Daha sonra Məmmədova X3 Pərviz Baba oğlu ilə birlikdə İddiaçı Əlibala qızından 19.59 qram bismak Moskva sepi, 25.76 qram İtalyan komplekti, 9.75 qram sırf qızıldan sep, 7.09 qram bilərzik, 8.11 qram kobra sep, 7.21 qram sırğa qoza pulun Pərvizin kartından hər ay 1000 manat çıxmaq şərtilə almış, qızılların cəmi qramı 77.51 qram təşkil etmiş və buna görə 5575 borcu yaranmışdır. Daha sonra yenidən Cavabdeh2 İddiaçı 2400 manat dəyərində 29.9 qram qızıl və bundan sonra əlavə olaraq 15.55 qram komplekt, 4.08 qram qolbaq və 10.4 qram sırğa götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Mingəçevir şəhəri “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 47 nömrəli rəyindən görünür ki, hal-hazırda 583 əyyarlı Rusiya istehsalı olan qızılın alış qiyməti 70-75 manat, satış qiyməti 80 manat dəyərindədir. Rusiya, Türkiyə və İtaliya istehsalı olan 585 əyyarlı qızılın alış qiyməti 85 manat, satış qiyməti 90 manat dəyərindədir. İtaliya istehsalı olan 750 əyyarlı qızılın alış qiyməti 90 manat, satış qiyməti 100-110 manat dəyərindədir. 583 əyyarlı və 585 əyyarlı lom qızıl əşyalarının qiyməti 60 manat dəyərindədir. 750 əyyarlı lom qızıl əşyalarının alış qiyməti 80 manat dəyərindədir. Qızıl zinət əşyalarının qiymətləndirilməsi hazırki dünya birja bazarlarına uyğun qaydada qiymətləndirir. Bununla belə, iddiaçı məhkəmə iclası zamanı cavabdehin cəmi 15357 manat məbləğində borcun olması faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 15357 manat deyil, yalnız cavabdeh tərəfin qəbul etdiyi etdiyi hallara uyğun olaraq, işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 5394 manat miqdarda qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan cavabdehlər tərəfindən yazılmış qəbzdən göründüyü kimi X5 öz kartını İddiaçı verərək ondan 70 qram qızıl-zinət əşyaları götürmüş, qəbzdə həmin vaxt hansı məbləğdə borcun yarandığı, həmçinin həmin qızıl əşyasının hansı ölkədə istehsal olunduğu və nədən ibarət olması göstərilmədiyindən, məhkəmə həmin qızılların dəyərini 585 əyyarlı lom qızılın qiymətinə bərabər sayaraq, 70 qram x 60 manat=4200 manat məbləğində, eləcə də qəbzdə göstərilən Cavabdeh2 tərəfindən nisyə alınan 15.55 qram komplekt, 4.08 qram qolbaq və 10.4 qram sırğanın dəyərinin də 585 əyyarlı lom qızılın qiymətinə bərabər sayaraq, cəmi 30.3 qram x 60 manat=1818 manat məbləğində hesablanmasını işin həqiqi hallarına uyğun hesab etmişdir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, cavabdeh tərəf 5575 manat və 2400 manat məbləğində qızıl-zinət əşyaları götürdüyünü və köhnə borcdan isə 400 manat qaldığını etiraf etdiyindən, həmin məbləğlərlə bağlı mübahisə olmamışdır. Ona görə də həmin 5575 manat, 2400 manat və 400 manat məbləğində qızıl-zinət əşyalarının nisyə alınmasını cavabdeh tərəf, cəmi borcun 8.999 manat hissəsinin ödənilməsini isə iddiaçı tərəf etiraf etdiyindən, həmin halları məhkəmə işin mübahisə edilməyən həqiqi halları kimi qəbul edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları tədqiqi nəticəsində, həmçinin işin mübahisə edilməyən həqiqi hallarına əsasən müəyyən etdi ki, cavabdehlərin nisyə qızıl alqı-satqısı nəticəsində, iddiaçıya 4200 manat, 5575 manat, 2400 manat, 1818 manat və 400 manat, cəmi 14393 manat borcları olmuş, cavabdeh tərəf həmin borcun 8999 manat hissəsini qaytarmış, lakin cavabdehlərin iddiaçıya 5394 manat borcu qalmışdır. Bununla yanaşı, məhkəmə cavabdeh tərəfindən işdə olan qəbzdə, Cavabdeh2 tərəfindən yazılan “Yenidən 29.9 qram qızıl götürdüm qiyməti 2400 manat komplekt 15.55, qolbaq 4.08, sırğa 10.4 aldım” cümləsini eyni borcu əhatə etdiyinə dair cavabdehlərin nümayəndəsinin bildirdiklərinə tənqidi yanaşır və onu sübut növü kimi qəbul etmir. Belə ki, iddiaçı cavabdehlərin nümayəndəsinin bildirdiklərini qəbul etməmiş, Cavabdeh2 isə kifayət qədər vaxt verilməsinə baxmayaraq, həmin halın təsdiq edilməsi üçün məhkəmə iclasına gəlməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, həmin cümlənin birinci hissəsində göstərilmiş 29.9 qram qızıl, ikinci göstərilən qızılın qramları ilə üst üstə düşmür. Belə ki, 15.55 qram komplekt, 4.08 qram qolbaq, 10.4 qram sırğanın cəmi 30.03 qram təşkil edir. Bununla da cavabdeh tərəf iddiaçıya olan borcun tam qaytarılmasını inandırıcı şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən olunur ki, onlar arasında yazılı qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehlər iddiaçıdan qızıl-zinət əşyalarını nisyə, hissə-hissə ödəmək şərtilə almışlar. İddiaçı qızıl əşyalarını cavabdehlərin mülkiyyətinə vermiş, cavabdehlər isə qısa zamanda həmin borc məbləğini qaytarmağı öhdələrinə götürmüşdür. Bununla da cavabdehlər nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. İddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Ona görə də cavabdehlər iddiaçı qarşısında birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə deyil, işik faktiki halları ilə müəyyən olunan miqdarda, yəni 5394 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin iddiaçıya 5394 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada 5394 manat məbləğində pul müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qismən (35%) təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu həmin faiz nisbətində cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 5394 (beş min üç yüz doxsan dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 10.50 manatı (30 manatın 35%) hissəsi cavabdehlər Cavabdeh2 və X1 alınıb İddiaçı verilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-434/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-434/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver