Məhkəmə qərarları › İş №2(051)-437/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-437/2024

18.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-437/2024 18.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı: İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X14 və X10 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, onların Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 100 saylı evin, 41 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı2 o, İddiaçı1 oğludur. Cavabdehla o, 12 fevral 1999-cu ildə ailə qurub onunla birgə Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 100 saylı evin 41 saylı 2 otaqlı mənzilinə gəlin köçmüşdür. Həmin mənzildə o, cavabdehin anası Gülənbər Zeynalova və atası Teyyub Zeynalovla birgə yaşamışdır. Sonradan Cavabdeh valideynləri vəfat etmiş və onlar ailəlikcə həmin mənzildə yaşamaqda davam etmişlər. Yaşadıqları Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 100 saylı evin 41 saylı mənzili 26 aprel 1995-ci ildən Cavabdeh anası X4 adına olmuşdur. Gülənbər Zeynalova 21 noyabr 2020-ci ildə vəfat etdikdən sonra həmin mənzildə onlar ailəlikcə yaşayırlar. Burada o, Gülənbər Zeynalova və onun ailə üzvləri ilə birgə yaşayıb birgə təsərrüfat aparmışdır. Ona görə də məhkəmədən onların Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 saylı evin, 41 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəmə tərəfindən mülki işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X21 etiraz ərizəsini belə əsaslandırmışdır ki, iddiaçılar – İddiaçı1 və İddiaçı2 cavabdeh – Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması tələbinə” dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldırmış, iddianın xahiş edirəm hissəsində mərhumə anası – X6 məxsus və hal-hazırda onun adında olan – ünvan 1 ünvanda yerləşən mənzilə formal iddia ərizəsi əsasında istifadə hüququ əldə etmək istəyir ki, gələcəkdə qeyd olunan mənzilə dair mirasda pay hüququ olan şəxslərdən qanunsuz yolla konpensasiya əldə etsinlər. Hazırkı iş üzrə iddiaçılar – İddiaçı1 və İddiaçı2 iş üzrə cavabdeh – Cavabdeh ilə özlərinə məxsus fərdi yaşayış evində birgə yaşayırlar, onlar arasında heç bir konfilikt yoxdur və İddiaçı1 ilə Cavabdeh birgə nikahdadırlar və özlərinə məxsus digər ünvanda ayrıca xüsusi mülkiyyətlərində olan fərdi yaşayış evləri vardır. Həmçinin ona bildirir ki, ünvan 2 ünvanda yerləşən mənzil mərhum anası – X6 məxsus olmuşdur və hal-hazırda onun adınadır. Sözügedən mənzilə dair “Mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən olunmasına tələbinə dair” iddia ərizəsi ilə onlar-X21 və X16 mülki iddia qaldırmış və həmin iddia ərizəsi Mingəçevir şəhər Məhkəməsinin icraatındadır və həmin mülki iş üzrə onlar-iddiaçılar X14 və X10 iddiası əsasında xx.xx.2024-cü il tarixdə, saat 10:00-da məhkəmə baxış iclası təyin olunmuşdur. Qeyd edir ki, Mingəçevir şəhər Məhkəməsinin icraatında olan iş № 2(051)- 437/2024 saylı mülki iş üzrə iddiaçılar – İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri doğru deyildir və onların iddia ərizəsinə onlar-X21 və X16 etiraz edirlər. Ona görə də iddiaçılar - İddiaçı1 və İddiaçı2 cavabdeh – Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması tələbinə” dair iddiaları qanunsuz və saxtalaşıdırılmış sübutlarla qaldırıldığından və ünvan 1 ünvanda yerləşən mənzil miras əmlak olduğundan və həmin mənzillə bağlı Mingəçevir şəhər Məhkəməsində onlar-X21 və X16 “Mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən olunmasına tələbinə dair” iddia ərizəsi əsasında məhkəmə baxış iclası təyin edildiyindən və hazırkı iş üzrə iddiaçıların iddia ərizəsində göstərdikləri əsassız olduğundan həmin iddia ərizəsi rədd edilməsini xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, mülki işə dair bütün sübutlar təqdim edilmişdir. Onun tərəfi 1999-cu ildən həmin mənzildə yaşayır. Qayınanası ilə orada yaşayıb. Qayınanası öldükdən sonra mirası qəbul etmiş yoldaşıQürbəti cavabdeh qoymuşdur. İddiaçıların istifadə hüququnun təmin edilməsini xahiş edir. Eyni zamanda iddiaçıların qeydiyyata düşməsini istəyir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, iddianı qəbul edir. Heç bir etirazı yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, İddiaçı1 mübahisəli mənzilə deyil, Nərimanov 45 ünvanına gəlin gəlmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, iddiaçı, ünvan 4 ünvanında yerləşən mənzilə gəlin gəlib. Buna görə də, o evdən ona pay düşürmür. Anası oğluna, yəni Qürbətə ünvan 5 ünvanında yerləşən mənzili vermişdir. Əgər istəsə idi, mübahisəli mənzili də verərdi. Anasının gəlin ilə, yəni iddiaçı ilə münasibəti yaxşı deyil idi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 və X10 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, hazırki mübahisə iddiaçının cavabdehə qarşı istifadə hüququnun tanınmasıdır. Hazırda mübahisəli mənzil mərhumun adınadır. Cavabdehin həmin mənzilə nə istifadə hüququ, nə də mülkiyyət hüququ yoxdur. Onun hətta vərəsəlik hüququ haqqında şəhadətnaməsi belə yoxdur. İddiaçı və cavabdeh boşanmayıblar və onlar arasında mübahisə yoxdur. Bu tələb o halda verilə bilərdi ki, cavabdehin evdən payı olardı və tərəflər arasında mübahisə olardı. Əks halda belə bir iddia verilə bilməz. İddia tələbi tam əsassızdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X22 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və etibarnamə üzrə nümayəndəsinin (vəkilinin), cavabdehin və maraqlı şəxslərin və və etibarnamə üzrə nümayəndəsinin (vəkilinin) izahatlarını və iş materiallarını tam, hər tətəfli obyektiv araşdıraraq müəyyən etdi ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1397/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia rədd edilmiş və iddiaçılar X14 və X10 Cavabdeh qarşı mərhum X4 qanun üzrə vərəsəsi tanınmaları və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzilinə və Mingəçevir şəhəri “Əşya bazarında” isə iki yan-yana ticarət dükanına iddiaçıların hər birinə ayrı-ayrılıqda ¼ hissədə pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu ildə doğulmuşdur. X8 anası X7r. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X17 arasında nikah 12 fevral 1999-cu ildə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Zeynalova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 604498 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxxx 2005-ci ildə doğulmuşdur. Atası Cavabdeh anası İddiaçı1dır. İş materiallarında olan Mingəçevir şəhəri 12 saylı MİS tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Cavabdeh ailə üzvləri olan həyat yoldaşı İddiaçı1 və oğlu İddiaçı2 ilə birlikdə 20 Yanvar ev 10 mənzil 41-də yaşamış və hal-hazırda yaşayırlar. İş materiallarında olan AZ-İİ seriyalı, 128224 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 21 noyabr 2020-ci il tarixdə beyin odemi səbəbilə ölmüşdür. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən verilmiş 23 may 2024-cü il tarixli ailə vəziyyəti haqqında arayışdan görünür ki, X4 ailə tərkibi: əri X28 (xx.xx.1935) ölüb, oğlu Cavabdeh (xx.xx.1969), qızı X21 (xx.xx.1973), qızı X16 (xx.xx.1965), oğlu X26 (xx.xx.1978) ölüb. İş materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 22 mart 1995-ci il tarixli 249 nömrəli sərəncamından çıxarışdan surətindən görünür ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsindəki 100 №li evin 2 otaqlı 41 №li mənzili X6 mənzil üzərində şəxsi mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilmişdir. İş materiallarında olan AZE MİS portalından çıxarışdan görünür ki, Zeynalov X11 Şəhəri, Niyazi küçəsi, ev 24 ünvanında, X2 şəhəri, H.Əliyev prospekti, ev 40, mənzil 18 ünvanında, X12 rayonu, H.Əliyev küçəsi, ev 22 ünvanında və X1 Şəhəri, A.Məmmədov küçəsi, ev 3-A, mənzil 42 ünvanında qeydiyyatdadırlar. İşdə olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışdan görünür ki, X3 Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 100 saylı evin, 41 saylı mənzili miras qalmışdır. İşdə olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, anasının ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul edir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəməyə bildirdikləri izahatlardan aydın olur ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzili X6 məxsus olmuşdur. X4 oğlu Cavabdeh ilə hazırkı iş üzrə iddiaçı 12 fevral 1999-cu il tarixdə nikaha girərək ailə qurmuşlar. İddiaçı1, mübahisələndirilən əmlaka mülkiyyət hüququ olan iddiaçının qayınanası X5 razılığı ilə 1999-cu ildə həmin evə köçmüşdür. Onların bu nikahından digər iddiaçı olan Elmir adlı uşaqları doğulmuşdur. İddiaçılar mülkiyyətçi X5 razılığı ilə sonuncunun mülkiyyətində olan evdə 1999-cu ildən hal-hazıradək yaşayırlar. Mübahisəli evin mülkiyyətçisi X9 21 noyabr 2020-ci il tarixdə ölmüşdür. Bundan sonra Cavabdeh tərəfindən notariat kontoruna miras əmlakın qəbul edilməsilə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, mübahisəli mənzil X6 məxsus olmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İş materiallarından və tərəflərin izahatı ilə müəyyən olundu ki, hazırki iş üzrə İddiaçı1 1999-cu ildən, İddiaçı2 doğulduğu vaxtdan hal-hazıradək və Cavabdeh mübahisəli mənzilin anasının mülkiyyətinə keçdiyi vaxtdan, yəni 26 aprel 1995-ci il tarixdən halhazıradək mübahisəsiz olaraq Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzilindən istifadə etməkdə orada yaşasalar da, yaşayış yeri üzrə ünvan 6 ünvanında qeydiyyatdadırlar. Belə olan halda İddiaçı1 ilə keçmiş mülkiyyətçi X9 arasında yaranmış hüquq münasibətləri 1999-cu ildən başlandığından hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də, hazırki iş üzrə mübahisənin hüquqi 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri təşkil edir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı mübahisəli əmlakı ailə üzvü kimi köçürülmüş, həmin evə istifadə hüququ əldə etmiş və iddiaçının mərhum qayınanasının istəyinə uyğun olaraq onunla birgə təsərrüfat aparmışdır. Onun həmin evdən istifadə hüququ yaranmışdır və o hüquq məhdudlaşdırıla bilməz. Digər İddiaçı2 isə 2005-ci ildən sözügedən mənzildə doğulmuş və hal-hazıradək həmin mənzildə yaşayır. Ona görə də qanunvericiliyin tələbinə uyğun olaraq onun da həmin yaşayış sahəsində istifadə hüququ mövcuddur. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh mərhumun qanun üzrə vərəsəsi sayıldığından nəticə etibarilə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi (paylı və ya tam) olacaqdır. Belə olan halda da iddiaçılar müvafiq olaraq ərinə və atasına münasibətdə istifadə hüquqları yaranacaqdır. Hazırda da məhkəməyə təqdim edilmiş sübutlardan aydın olur ki, həmin mənzil onun və ailəsinin sahibliyindədir və o həmin mənzilin faktiki mülkiyyətçisidir. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bununla birlikdə cavabdeh və mənzilin gələcək mülkiyyətçisi (paylı və ya tam) olması ehtimal edilən Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatından aydın olur ki, o, iddiaçıların mübahisəli mənzildən istifadə etməsinə etirazı yoxdur və onların istifadə hüquqlarına mane olmur. Həmçinin iş materiallarında olan Mingəçevir şəhəri 12 saylı MİS tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Aktdan görünür ki, Cavabdeh ailə üzvləri olan həyat yoldaşı İddiaçı1 və oğlu İddiaçı2 ilə birlikdə 20 Yanvar ev 10 mənzil 41-də yaşamış və halhazırda yaşayırlar. Eyni zamanda məhkəmə iclaslarında o cümlədən müəyyən olunmuşdur ki, iddiaçıların həmin evdə yaşamalarına və evdən istifadə etmələrinə cavabdeh tərəfindən hər hansı maneə və ya narazılıq mövcud deyildir. İdidaçıların mübahisəli evdən çıxarılması ilə bağlı məhkəmə qaydasında iddia tələbi aşkar edilmir. Eyni zamanda iddia tələbinin yönəldəyi cavabdeh də iddianı qəbul edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisəli Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 nömrəli evin 41 saylı mənzildə istifadə hüququ İddiaçı1 1999-cu ildən və İddiaçı2 doğulduğu vaxtdan yaranmaqla bu günə qədər davam edir və həmin hüququn reallaşmasına heç bir maneə olmamaqla, iddiaçıların həmin hüququnun pozulması halı aşkar edilmir. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə bu mübahisələrin heç birinə aid deyildir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin mənasından görünür ki, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə iki halda işin icraatına xitam verilə bilər - iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 -ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin məhkəmə iclaslarında iddiasını müdafiə edərkən əsas dəlili həmin evdə qeydiyyata düşmək istədiyi barədə olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyata alınmanın əsasları Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunla müəyyən edilir. Həmin Qanunun 1 -ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki iş üzrə məhkəməyə iddia ərizəsi qeydiyyata alınma ilə bağlı deyil, istifadə hüququnun tanınması ilə bağlı verilmişdir. Qeydiyyata alınmanın əsaslarından biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəddir ki, hazırki halda iddiaçıların mübahisəli yaşamaları mübahisəsizdir. Məhkəmə iddia ərizəsinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, onların Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 saylı evin, 41 saylı mənzilinə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.5, 191.2, 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı onların Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 saylı evin, 41 saylı mənzilinə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata - İddiaçılar İddiaçı1 və İddiaçı2 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 100 saylı evin, 41 saylı mənzilinə istifadə hüquqları olduğundan və həmin hüquqla bağlı mübahisə olmadığından – xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar