Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-439/2021 06.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı MMC–nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 420 manat məbləğdə əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-2038/2020 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Bundan sonra borclu Mehtiyev X1 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə əmr ləğv edilərək, material iddia icraatına keçirilib, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019–cu il tarixli FSK2435 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən cavabdehə ilkin ödəniş olmadan, 12 ay müddətinə ödəmək şərti ilə cəmi 420 manat dəyərində nisyə alqı-satqı müqaviləsi əsasında 1 ədəd Samsung Galaxy J4 Plus Black markalı telefon satılmışdır. Cavabdeh 420 manat borcu 12 ay müddətində hər ay 35 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı telefonun dəyərini ödəməkdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 420 manat əsas borcunu ödəməmişdir. Beləliklə, cavabdehin hazırkı vaxta qədər iddiaçı cəmiyyətə olan borcu cəmi 420 manat təşkil etmişdir. Odur ki, məhkəmədən 420 manat əsas borc ödənilmiş 20 manat dövlət rüsumunun alınıb İddiaçı MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı izahatında iddianı qismən qəbul etdi və göstərdi ki, o, iddiaçı cəmiyyətdən xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi əsasında mobil telefon götürmüşdür. Razılaşdırılmış qrafik üzrə hər ay 35 manat ödəniş etmiş, lakin son iki ayda işi olmadığına görə ödəniş edə bilməmişdir. Ona görə də onun cəmi 70 manat borcu qalmışdır. Hazırda o, ödəniş etdiyi qəbzləri itirdiyi üçün məhkəməyə təqdim edə bilmir. İddiaçı isə ona çıxarış verməkdən imtina etmişdir. Hesab edir ki, iddiaçı tərəf onun ödənişlərini qeydə almamaqla əsassız gəlir əldə etmişdir. Odur ki, məhkəmədən iddianın qismən, yəni 70 manat məbləğində təmin edilməsini xahiş edir. İddiaçı MMC–yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə İddiaçı MMC–nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiyini, bütün sübutları iddia ərizəsinə əlavə etdiyi, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxx 2019–cu il tarixli FSK2435 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin ödəniş olmadan, 12 ay müddətinə ödəmək şərti ilə cəmi 420 manat dəyərində 1 ədəd Samsung Galaxy J4 Plus Black markalı telefon nisyə satılmışdır. Cavabdeh isə 420 manat borcu 12 ay müddətində hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2020–ci il tarixə iddiaçı cəmiyyətə olan borcu cəmi 420 manat təşkil edir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2020–ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC–yə olan borcu xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Beləliklə, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh arasında nisyə alqı–satqı müqaviləsi bağlanmış, həmin alqı–satqı müqaviləsi əsasında iddiaçı cəmiyyət tərəfindən cavabdehə ilkin ödəniş olmadan, 12 ay müddətinə ödəmək şərti ilə cəmi 420 manat dəyərində 1 ədəd Samsung Galaxy J4 Plus Black markalı telefon nisyə satılmışdır. Cavabdeh isə 420 manat borcu 12 ay müddətində hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh sonradan ödəniş etməyərək, müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmişdir. Ona görə də cavabdehin 420 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, cəmi 420 manat dəyərində telefonun hissə–hissə ödəmə şərti ilə nisyə satılması barədə cavabdehlə iddiaçı arasında yazılı razılaşma olmuş, habelə cavabdeh həmin borcu 12 ay müddətində hissə–hissə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq, sonradan ödəniş etməmiş və iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Ona görə də iddiaçı pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442–ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçıya 420 manat borcu qalmışdır. Odur ki, məhkəmə iddiaçının cavabdehə hissə–hissə ödəmək şərti ilə verdiyi əşyanın qalıq dəyəri olan 420 manatın və habelə məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun alınmasına dair tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı avadanlığı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Məhkəmə, həmçinin cavabdehin borcundan hər ay 35 manat ödəməsi, qəbzləri itirməsi və cəmi 70 manat borclu qalması ilə bağlı qeyd edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmiş, iddiaçı tərəf isə cavabdehin bildirdiklərini qəbul etməmişdir. Ona görə də məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazında istinad etdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 420 manat borcundan hər ay 35 manat, cəmi 350 manat ödəməsini sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə həmin halı sübut edə bilməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıdan 1 ədəd cəmi 420 manat dəyərində hissə–hissə ödəmək şərti ilə nisyə telefon alması, cavabdehin öhdəliyini lazımınca icra etməməsi, tam sübuta yetirildiyindən, Cavabdeh cəmi 420 manat məbləğində pul, həmçinin iddia ərizəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu alınıb İddiaçın xeyrinə ödənilməlidir. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia təmin edilsin. xx xxxxx 2019–cu il tarixli FSK2435 nömrəli müqavilə üzrə Cavabdeh cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində pul alınıb İddiaçın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul alınıb İddiaçın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-439/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-439/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver