Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-440/2024 02.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov X1 Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3000 (üç min) manat borcun və məhkəməyə müraciət üçün dövlət rüsumu olaraq ödədiyi 51 (əlli bir) manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh xx.xx.2023-cü il tarixdə onunla kredit müqaviləsi bağlayaraq 3000 manat pul götürmüş və xx.xx.2023-cü il tarixə kimi qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. O, dəfələrlə borcu ödəməyi təklif etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcu ödəməkdən imtina edir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli oldu. Odur ki, iddia ərizənin təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 3000 (üç min) manat borcun və məhkəməyə müraciət üçün dövlət rüsumu olaraq ödədiyi 51 (əlli bir) manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə teleqram göndərərək, iştirakı olmadan işə baxılmasını, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığından məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmişdir. Qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşin müəyyən olmuş halları Tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh borclu kimi üzərinə düşən öhdəliyi icra etməyərək borcu müqavilədə göstərilən vaxtda icra etməmişdir. İddiaçı cavabdehdən borcunu tələb edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, “borc verən” İddiaçı 3000 manat pul “borc alan” Cavabdeh vermişdir. Borc alan Cavabdeh kredit xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 1083 nömrəli arayışa əsasən İddiaçı Bərdə rayon Kətəlparaq kəndində yaşayır. xx.xx.2023-cü il tarixli qəbzə əsasən Məmmədov X1 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 52 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflər arasında olan işin müəyyən olunmuş hallarına qiymət verərəkiddiaçının cavabdehə 300 manat pul verdiyini və bununla bağlı Bərdə Regional “Asan xidmət” mərkəzində notarial qaydada təsdiq edilmiş kredit müqaviləsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, 3000 manat pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumu da Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul vəsaiti və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-440/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-440/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver