Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-45/2022 21.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" Bankı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı "xxxx" Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borcun borc alandan tutulması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X16 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən 30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə 10642.28 ABŞ dolları məbləğində əsas borc, 15.08.2020-ci il tarixədək kreditdən istifadəyə görə illik 19 % dərəcəsi ilə hesablanmış 14618.89 ABŞ dolları məbləğində adi faizlər üzrə borc, 15.08.2020–ci il tarixdən 23.09.2020–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 57.65 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 23.09.2020–ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 2076.66 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 27395.47 ABŞ dolları məbləğində pulun, 23.09.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı "xxxx" Bankı ASC 24.01.2022-ci il tarixdə tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə 10642.28 ABŞ dolları məbləğində əsas borc, 15.08.2020-ci il tarixədək kreditdən istifadəyə görə illik 19 % dərəcəsi ilə hesablanmış 14618.89 ABŞ dolları məbləğində adi faizlər üzrə borc, 15.08.2020–ci il tarixdən 24.01.2022–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 768.61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 01.04.2021–ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 2592.26 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 28622.05 ABŞ dolları məbləğində pulun, 24.01.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bankı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərdi ki, cavabdehlə iddiaçı arasında bağlanmış 30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə illik 19 % hesablanmaq şərtilə 25000 ABŞ dolları məbləğində kredit vermişdir. Daha sonra cavabdehlə bank arasında “30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” 27.10.2015-ci il tarixdə saziş bağlanmışdır. Qeyd edilən sazişlə iddiaçı və cavabdeh sonuncunun kredit müqaviləsi üzrə bank qarşısındaki 27.10.2015-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 27.10.2015-ci il tarixinə 23033.87 ABŞ dolları müəyyən edilmiş, qaytarılma müddəti 15.08.2020-ci il tarixədək uzadılmışdır. Saziş üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə cavabdeh, iddiaçı və X5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə 30.10.2014-cü il tarixli **********21914/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmişdir. Ona görə də bank kredit müqaviləsi üzrə tələbin ödənilməsinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə tutma ipoteka predmetinə yönəldilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında keçirilmiş hərraclarda həmin mənzil satılmadığından onun alınması banka təklif edilmiş və bank razılığını bildirmişdir. Hərrac təşkilatçısı, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi və bank tərəfindən imzalanmış hərracın nəticələri haqqında Y-203 nömrəli protokol və bankla hərrac təşkilatçısı arasında 17 yanvar 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə yaşayış sahəsinin alqı-satqısı rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 21038 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti olan əmlak ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, kredit borcu bağlanmamışdır. İpoteka predmeti hesabına bankın tələbi tam ödənilmədiyinə görə iddiaçının borcun qalan hissəsini cavabdehdən tələb etmək hüququ vardır. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh könüllü qaydada qalıq borcu ödəmədiyinə görə məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən 30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə 10642.28 ABŞ dolları məbləğində əsas borc, 15.08.2020-ci il tarixədək kreditdən istifadəyə görə illik 19 % dərəcəsi ilə hesablanmış 14618.89 ABŞ dolları məbləğində adi faizlər üzrə borc, 15.08.2020–ci il tarixdən 24.01.2022–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 768.61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 01.04.2021–ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 2592.26 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 28622.05 ABŞ dolları məbləğində pulun, 24.01.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclası zamanı irəli sürülmüş iddianı qəbul etmədi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 30.10.2014-cü il tarixdə iddiaçı ilə **********21914 nömrəli kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən 48 ay müddətinə illik 19 % olmaqla 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq X5 ilə həmin tarixli ipoteka müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuşdur. 27.10.2015-ci il tarixdə kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair saziş bağlanmışdır. Təmsil etdiyi şəxs bank qarşısında öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə bank tərəfindən məhkəməyə müraciət edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(051)-2100/2017 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, X2 məxsus olan, ipoteka predmeti 33000 manat dəyərində qiymətləndirilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərraca çıxarılması, satışdan əldə edilən vəsaitdən 23017.57 ABŞ dolları əsas kredit borcu, 5516.28 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28573.85 ABŞ dolları borcun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 16 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, borcun ödənilməsindən sonra qalan pulun cavabdehlərə qaytarılması, mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər 1 ay ərzində mənzili tərk etməzlərsə, onların mənzildən çıxarılması qət edilmişdir. Bundan sonra ipoteka predmeti olan mənzil açıq hərraca çıxarılmış, lakin satılmamışdır. Həmin mənzil banka təklif olunmuş və bank mənzili 21038 manata almışdır. Hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının təmsil etdiyi şəxsdən yenidən 28394.42 ABŞ dolları məbləğdə pul tələb etməsi əsassızdır. Çünki Mingəçevir Şəhər Məhkəməsi 31 may 2017-ci il tarixli, 2(051)-2100/2017 saylı qətnaməsində iddiaçının təmsil etdiyi şəxsə qarşı pul tələbi ilə bağlı mübahisəsinə baxmış, cəmi borc məbləğini dəqiq müəyyən etmiş, ipoteka predmeti olan mənzilin satışından əldə edilmiş pul məbləğinin Cavabdeh iddiaçıya olan borcundan silinməsini qət etmişdir. Lakin iddiaçı hazırda ilkin tələb etdiyi məbləği yenidən tələb edir. Halbuki ipoteka predmetinin satışından əldə olunmuş məbləğ ekspertin 15 dekabr 2021-ci il tarixli rəyində 12375.29 ABŞ dolları qeyd olunmuş və hamısının əsas borc məbləğindən silindiyi göstərilmişdir. Mingəçevir Şəhər Məhkəməsi 31 may 2017-ci il tarixli, 2(051)- 2100/2017 saylı qətnaməsində əsas borc məbləği kimi qeyd edilən 23017.57 ABŞ dollarından 12375.29 ABŞ dolları çıxıldıqda əsas borc üzrə məbləğ 10642.28 ABŞ dolları təşkil edir. Qeyd olunan qətnamədə faiz məbləği konkret olaraq 5516.28 ABŞ dolları təşkil edir. İddiaçının isə 14618.89 ABŞ dolları məbləğdə faiz borcu tələb etməsi əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank cavabdehə illik 19 % olmaqla 48 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh 28.11.2014-30.10.2018-ci il ərzində hər ay 747.50 ABŞ dolları olmaqla kredit üzrə əsas borc və hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(051)- 2100/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, X2 məxsus olan, ipoteka predmeti 33000 manat dəyərində qiymətləndirilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərraca çıxarılması, satışdan əldə edilən vəsaitdən 23017.57 ABŞ dolları əsas kredit borcu, 5516.28 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28573.85 ABŞ dolları borcun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 16 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Bankı ASC-yə verilməsi, borcun ödənilməsindən sonra qalan pulun cavabdehlərə qaytarılması, mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər X5, X7, X6, X1, X9, X4 1 ay ərzində mənzili tərk etməzlərsə, onların mənzildən çıxarılması qət edilmişdir. İşdə olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 17 yanvar 2018-ci il tarixli müqavilə və hərrracın nəticələri haqqında 24 may 2018-ci il tarixli Y-203 saylı yekun Protokolun notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" Bankı ASC X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzili 21038 manata almışdır. İşdə olan 321 nömrəli, 11.09.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" Bankı ASC Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu X3 hesabına notariat hərəkətləri ilə əlaqədar xidmət haqqı olaraq 15 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh 24.01.2022-ci il tarixinə banka olan borcu vaxtı keçmiş əsas borc üzrə 10642.28 ABŞ dolları, 15.08.2020-ci il tarixə kreditdən istifadəyə görə illik 19 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc 14618.89 ABŞ dolları, cərimə faizləri üzrə borc 2592.26 ABŞ dolları, 15.08.2020–ci il tarixdən 24.01.2022–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 768.61 ABŞ dolları olmaqla, cəmi 28622.05 ABŞ dolları məbləğində təşkil edir. Həmçinin 27.10.2015-ci il tarixli saziş üzrə sonuncu dəfə 27.06.2018-ci il tarixdə ödəniş edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/1689 nömrəli, 13.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsinin, həmçinin 27.10.2015-ci il tarixli Sazişin şərtləri nəzərə alınmaqla, Cavabdeh 15.08.2020-ci il tarixə (müqavilə tarixi qüvvədə olduğu tarixədək) "xxxx" Bankı ASC-yə əsas borc üzrə 10642.28 ABŞ dolları, faiz borcu üzrə 14618.89 ABŞ dolları borcu olduğu müəyyən edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 15.08.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda 263.10 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 9/7274 nömrəli, 15.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh 15.08.2020-ci il tarixə (müqavilə tarixi qüvvədə olduğu tarixədək) "xxxx" Bankı ASC-yə əsas borc üzrə 10642.28 ABŞ dolları, faiz borcu üzrə 14618.89 ABŞ dolları borcu müəyyən edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 15.08.2020-ci il tarixdən 12.02.2021-ci il tarixədək olan dövrdə əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda 263.10 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Eləcə də 27.06.2018-ci il tarixdə ödənilmiş 12375.29 ABŞ dolları məbləğində ödənişin ümumilikdə əsas borcdan silindiyi qeyd edilmişdir. Məhkəmə təyin edilmiş 9/1689 nömrəli 13.07.2021-ci il tarixli və 9/7274 nömrəli 15.12.2021-ci il tarixli ekspert rəylərini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, həmin ekspert rəyləri tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 19 faiz hesablanmaq şərtilə 48 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilə üzrə cavabdehin öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı və X5 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə 30.10.2014-cü il tarixli **********21914/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Daha sonra cavabdehlə iddiaçı arasında “30.10.2014-cü il tarixli **********21914 nömrəli kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” 27.10.2015-ci il tarixli saziş imzalanmışdır. Qeyd edilən sazişlə iddiaçı və Cavabdehin kredit müqaviləsi üzrə bank qarşısındaki 27.10.2015-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun, vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla, kreditin qaytarılma müddəti uzadılmaqla restrukturizasiyası barədə razılığa gəlmişlər. Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 27.10.2015-ci il tarixinə 23033.87 ABŞ dolları müəyyən edilmiş, qaytarılma müddəti 15.08.2020-ci il tarixədək uzadılmışdır. Lakin Cavabdeh müqavilənin və sazişin şərtlərini pozaraq, krediti və kredit üzrə hesablanmış faizləri vaxtında ödəməmiş, ona görə də bank kredit müqaviləsi üzrə tələbin ödənilməsinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(051)- 2100/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 məxsus olan, ipoteka predmeti 33000 manat dəyərində qiymətləndirilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərraca çıxarılması, satışdan əldə edilən vəsaitdən 23017.57 ABŞ dolları əsas kredit borcu, 5516.28 ABŞ dolları faiz borcu, 40 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 28573.85 ABŞ dolları borcun qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 16 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Bankı ASC-yə verilməsi, borcun ödənilməsindən sonra qalan pulun cavabdehlərə qaytarılması, mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər X5, X7, X6, X1, X9, X4 1 ay ərzində mənzili tərk etməzlərsə, onların mənzildən çıxarılması qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə bağlı keçirilən iki hərrrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" Bankı ASC X2 məxsus ünvan 1 ünvanında yerləşən mənzili 21038 manata almışdır. Lakin ipoteka predmeti olan əmlak bankın balansına keçməsinə baxmayaraq, əsas borc üzrə 10642.28 ABŞ dolları, 15.08.2020-ci il tarixə kreditdən istifadəyə görə illik 19 % dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc 14618.89 ABŞ dolları, cərimə faizləri üzrə borc 2592.26 ABŞ dolları, 15.08.2020–ci il tarixdən 24.01.2022–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi olaraq 768.61 ABŞ dolları olmaqla borcu qalmışdır. İddiaçı bank tərəfindən cavabdehə borcun qalan hissəsinin ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh könüllü şəkildə qalıq borcu ödəmədiyinə görə məhkəməyə müraciət edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi bağlanmış, Cavabdeh iddiaçı bankdan illik 19 faiz olmaqla 48 ay müddətinə 25000 ABŞ dolları məbləğində borc pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən şərtlərlə və müddət ərzində hissə–hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilib sübut növü kimi qəbul edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/1689 nömrəli 13.07.2021-ci il tarixli və 9/7274 nömrəli 15.12.2021-ci il tarixli rəyləri ilə təsdiq edildiyi kimi Cavabdeh iddiaçı banka 15.08.2020-ci il tarixə (müqavilə tarixi qüvvədə olduğu tarixədək) əsas borc üzrə 10642.28 ABŞ dolları, faiz borcu üzrə 14618.89 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbinin əsas və faiz borcu hissəsi əsaslıdır. Belə ki, məhkəmə qeyd edir ki, **********21914 nömrəli 30.10.2014-cü il tarixli kredit müqaviləsi və 27.10.2015-ci il tarixli saziş üzrə sonuncu dəfə 27.06.2018-ci il tarixdə ödəniş edildiyinə görə əsas və faiz borcunun məbləği 15.08.2020-ci il tarixə (müqavilə müddətinin bitmə tarixinə) müvafiq olaraq 10642.28 ABŞ dolları və 14618.89 ABŞ dolları məbləğdə düzgün hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, əsas borcun məbləği 10642.28 ABŞ dolları, faiz borcunun məbləği isə 14618.89 ABŞ dolları məbləğdə müəyyən edilməlidir. Məhkəmə, həmçinin iddianın əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab edir ki, əldən çıxmış faydanın 15.08.2020–ci il tarixdən 24.01.2022–ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə 768.61 ABŞ dolları məbləğində tələb edilməsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 24.12.2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarda daha sonra göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7–ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7–ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1–ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1–ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Göründüyü kimi iddiaçı gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7–ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz həddində zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, əldən çıxmış faydanın məbləği 768.61 ABŞ dolları məbləğdə müəyyən edilməlidir. Məhkəmə, o cümlədən müəyyən etdi ki, iddiaçı tərəfindən 01.04.2021–ci il tarixə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 2592.26 ABŞ dolları məbləğində penya, 24.01.2022-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi tələb edilir. Məhkəmə hesab edir ki, hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından, azaldılaraq 12 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-in 467–ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilən halları nəzərə alan məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş bütün hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə bank tərəfindən tətbiq edilmiş yüksək məbləğdə dəbbə pulunun azaldılaraq 12 ABŞ dolları həcmində müəyyən edilməsi hər iki tərəfin mənafelərinə uyğundur, həmçinin qanuni, əsaslı və ədalətlidir. Bununla yanaşı, məhkəmə iddianın 24.01.2022-ci il tarixdən başlayaraq, iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda əvəzinin cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassızdır və bu səbəbdən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göründüyü kimi əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulması zamanı alınmalı olan məbləğ konkret müəyyən olunmadığından, yalnız mücərrəd qaydada hesablama metodu ilə qətnamənin nəticə hissəsində həmin halın göstərilməsi məhkəmə qətnaməsində qeyrimüəyyənliyin yaranmasına səbəb ola bilər. Bu hal isə Mülki Prosessual qanunvericiliyin məhkəmə qətnaməsinə aid tələblərinə ziddir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, **********21914 nömrəli 30.10.2014–cü il tarixli kredit müqaviləsi və 27.10.2015-ci il tarixli saziş üzrə cavabdehdən 10642.28 ABŞ dolları əsas kredit borcu, 14618.89 ABŞ dolları faiz borcu, 768.61 ABŞ dolları əldən çıxmış fayda və 12 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 26041.78 ABŞ dolları pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə alınıb iddiaçıya verilməlidir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri olan 290 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10642.28 (on min altı yüz qırx iki ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları əsas kredit borcu, 14618.89 (on dörd min altı yüz on səkkiz ABŞ dolları səksən doqquz sent) ABŞ dolları faiz borcu, 768.61 (yeddi yüz altmış səkkiz ABŞ dolları altmış bir sent) ABŞ dolları əldən çıxmış fayda və 12 (on iki) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 26041.78 (iyirmi altı min qırx bir ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçı "xxxx" X16 Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində pul alınıb "xxxx" Bankı ASC–yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-45/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-45/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver