Məhkəmə qərarları › İş №2(051)-462/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-462/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-462/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6010 manat məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkili X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş və iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Məmmədov Nəriman Süleyman oğlu və Cavabdeh2 uzun müddətdir ki, tanıyır. Hər üçü məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşmışlar, münasibətləri yaxşı olmuşdur. 22 dekabr 2018-ci ildə birlikdə yeməkxanada olan zaman cavabdehlər ona dedilər ki, Xəyyam Şəfiyevin həyat yoldaşını məktəb direktorluğundan çıxarırlar, onu yerinə qaytarmaq üçün 3000 manat lazımdır, həmin pulu Xəyyama ver. Cavabdeh1 Ağdam rayon köçkün orta məktəbin direktoru olduğuna görə ona inandı. Ona dedilər ki, kredit kartından 3000 manat çıxarıb Xəyyama versin, bir ay müddətində həmin pulu tam şəkildə qaytaracaqdır. Hətta Cavabdeh1 onu inandırdı ki, yanvar ayında tətildən qayıdan kimi bir nəfər işçinin adına bankdan kreditə pul götürüb borcu qaytaracaqdır. O, "Kapital Bank”dan aldığı bir kart hesabından 3000(üç min) manat götürüb 22 dekabr 2018-ci ildə Cavabdeh1 verdi. 2019-cu ilin yanvar ayının sonlarında Cavabdeh1 zəng vurub pulun qaytarılmasını xahiş etdi. Cavabdeh müxtəlif bəhanələrlə ona pulun qaytarmaqdan boyun qaçırdı. Bir neçə gündən sonra Cavabdeh2 onu inandırdı ki, Rusiya Federasiyasına qohumunun yanına gedir, yenə bir az pul tap ver, Rusiyadan pulunu tam həcmdə göndərəcəkdir. O, yenə Xəyyama inandı və 2019-cu ilin aprel ayında başqa bir dostundan 800 manat borc pul alıb Xəyyama verdi. Sonra yenə Xəyyamın xahişi ilə bir kartdan 450 manat pul çıxarıb ona borc verdi. Bundan sonra Cavabdeh2 yenə ona bildirdi ki, qohumunun toy məclisinə gedir, ona hədiyyə olaraq aparmağa bir qızıl-zinət əşyası lazımdır. O, qızıl-zinət əşyaları satan tanışı Sahibdən 460 manat qiymətində qızıl-zinət əşyası alıb Xəyyama verdi. Cavabdeh2 Rusiya Federasiyasına gedib-gəldi, lakin onun borcunu tam ödəmədi. Belə ki, borcları alan zaman Xəyyam əmək haqqı kartını və çörək pulu kartını ona verdi ki, həmin kartlardan pul çıxarıb kredit borcunu ödəsin. Lakin Xəyyamın əmək haqqı kartından cəmi 6 ay pul çıxarmışdır. 6 aydan sonra kartı ondan almışdır. Çörək pulu kartından isə cəmi bir dəfə 240 manat pul çıxarmış, sonra Xəyyam həmin kartı bağlatmışdır. Beləliklə, cavabdehlər ondan cəmi 4710 manat borc pul almışdır. Bir kartdan götürdüyü kreditə görə isə 1300 manat faiz ödəmişdir. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələsgər oğlundan cəmi 6010 (altı min on) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ələsgər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. Cavabdeh1 məhkəmənin əvvəlki iclasında izahatında bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır və münasibətəri yaxşı olmuşdur. 2018-ci ilin dekabr ayında Cavabdeh2 ilə kafedə çörək yedikləri zaman İddiaçı da onların yanına gəldi. Söhbət zamanı Cavabdeh2 pula ehtiyacı olmasını bildirdi. İddiaçı isə bir kartı olmasını və ona kartından pul götürüb verə biləcəyini dedi. Çörək yeyib qurtardıqdan sonra bankomata getdilər və İddiaçı bankomatdan pul götürüb Cavabdeh2 verdi. Onlar öz aralarında pulun qaytarılması ilə bağlı razılığa gəlmişlər. İddiaçı və Cavabdeh2 arasında olan sonraki pul məsələlərindən məlumatı yoxdur. O, heç vaxt İddiaçı borc pul almamış və onun qarşısında hər hansı öhdəlik götürməmişdir. Ona görə də iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır və münasibətəri yaxşı olmuşdur. 2018-ci ilin dekabr ayında Cavabdeh1 ilə kafedə çörək yedikləri zaman İddiaçı da onların yanına gəldi. Söhbət zamanı o, 3000 manat pula ehtiyacı olmasını bildirdi, İddiaçı onda birkart olmasını və kartından pul götürüb ona verə biləcəyini dedi. Çörək yeyib qurtardıqdan sonra birlikdə bankomata getdilər və Natiq 3000 manat pulu götürüb ona vermişdir. O, borcunu qaytaracağını bildirmişdir. Lakin borcunu qaytara bilmədiyinə görə öz əmək haqqı kartını İddiaçı verərək birkartın borcunun kartdan götürüb ödəməsini bildirmişdir. İddiaçı onun əmək haqqı kartından pul götürüb bir kartın borcunu ödəyirdi. Sonradan Rusiya Federasiyasına getməli olduğu üçün hədiyyə kimi qızıl əşyası lazım olduğunu İddiaçı bildirmişdir. Natiq qızıl alqı-satqısı ilə məğşul olan tanışından 460 manat qiyməti olan qızılı alıb ona vermişdir. Bundan əlavə İddiaçı 450 manat, daha sonra isə əlavə 800 manat borc pul almışdır. Bunun müqabilində İddiaçı aylıq 240 manat pul yüklənən çörək pulu kartını da vermişdir. Sonradan Natiq pulu ondan bütöv şəkildə tələb etmişdir. O isə sentyabr ayında kartı İddiaçı alıb 2200 manat pulu ona vermişdir. Natiq bir gün sonra həmin pulu ona qaytarmış və 3000 manat pul verməli olduğunu bildirmişdir. O, İddiaçı həmin vaxta kimi ona məxsus kartlardan pul çəkilərək borcun bir hissəsinin ödənilməsini, cəmi 1740 manat borcu qalmasını və birkartdan çıxarış edərək hansı miqdarda borcun qalmasını bildirmişdir. İddiaçı isə bir kartı göstərməmiş və onlardan polis şöbəsinə şikayət etmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhər polis şöbəsinə şikayət etmiş, polis şöbəsi tərəfində əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 mart 2020-ci il tarixli qərar çıxarılmış, İddiaçı sözügedən qərardan şikayət edərək sözügedən qərarın ləğv edilməsini xahiş etmiş, Mingəçevir şəhər məhkəməsinin 27.08.2020-ci il tarixli qərarına əsasən İddiaçı cinayət işinin başlanmasının rədd edilməsi barədə 09.03.2020-ci il tarixli qərarından verilmiş şikayət rədd edilmişdir. İddiaçı məhkəmənin qərarından şikayət edərək ləğv edilməsini xahiş etsə də Şəki Apelyasiya Məhkəməsinin 16.09.2020-ci il tarixli qərarına əsasən şikayəti təmin edilməmişdir. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 müxtəlif vaxtlarda 3000 manat, 450 manat, 800 manat və 460 manat qiyməti olan qızıl-zinət əşyası, cəmi 4710 manat pul vermişdir. Cavabdeh2 isə borcun qaytarılması üçün özünə məxsus əmək haqqı və məcburi köçkünlər üçün nəzərdə tutulan çörək pulu kartlarını iddiaçıya vermişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 məxsus əmək haqqı kartından borcun qaytarılması məqsədi ilə 6 ay müddətində pul çıxarmışdır. Məhkəməyə təqdim olunmuş ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh2 6 ayda əmək haqqı cəmi 2177 manat təşkil edir. Beləliklə İddiaçı Cavabdeh2 kartından cəmi 2177 manat və məcburi köçkünlər üçün nəzərdə tutulmuş tutulan çörək pulu kartından bir ay ərzində cəmi 240 manat pul götürmüşdür. Belə olan halda Cavabdeh2 iddiaçıya qaytardığı cəmi məbləğ 2417 manat, cavabdehin iddiaçıya olan borcu isə 2293 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktik halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı Cavabdeh2 borc pul vermişdir. Cavabdeh2 isə həmin borcu qaytamağı öhdəsinə götürmüşdür. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin olunmalı, cvabdehdən 2293(iki min iki yüz doxsan üç) manat alınıb iddiaçıya verilməlidir. İddia tələbindən görünür ki, iddiaçı tələbi Cavabdeh2lə birlikdə X1 qarşı da vermişdir. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh1 iddiaçıdan borc pul almamış və onlar arasında hər hansı bir öhdəlik yaranmamışdır. Cavabdeh2 İddiaçı pul alan zaman Cavabdeh1 onların yanında olması onun cavabdeh kimi göstərilməsinə, tələbin ona da yönəldilməsinə səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin olunmamalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 2293 (iki min iki yüz doxsan üç) manat alınıb İddiaçı verilsin. İddia Cavabdeh1 münasibətdə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinın Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar