Məhkəmə qərarları › İş №2(051)-47/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-47/2024

21.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-47/2024 21.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı giriş qapısının ilkin vəziyyətə gətirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən mənzilinin istismar təyinatına uyğun olaraq giriş qapısının ilkin vəziyyətə gətirilməsinə dair öhdəlik qoyulması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatıı və Abadlaşdırma İdarəsi balansında olan yaşaşayış və qeyri-yaşayış binaların istismarı, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınmasını, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsini həyata keçirir. Mingəçevir ş. N.Nərimanov pr. Ev 12, mən . 3 ünvanda yaşayan X3 ərizəsi əsasında Mingəçevir ş. N.Nərimanov pr. Ev 12, mən . 4 ünvanda yaşayan qonşu Cavabdeh tərəfidən qanunsuz olaraq blokdan mənzilə giriş qapısının içəriyə açıldığı halda konstruktiv dəyişiklik edib qapının çölə açılan etməklə sakinlərin gediş gəlişinə maneçilik törədilməsi aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və cavabdehə qapının ilkin vəziyyətə gətirilməsi tələb edilmişdir. Lakin tərəfimizdə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh blokdakı mənzil sakini Məmməd Qurbanovun və digər sakinlərin hüquqlarını pozmaqda davab edir. Mingəçevir ş. N.Nərimanov pr. Ev 12, mən . 3 ünvanda yaşayan X4 münasibətdə qonşusu Mingəçevir ş. N.Nərimanov pr. Ev 12, mən . 4 ünvanda yaşayan Cavabdeh tərəfidən qanunsuz olaraq blokdan mənzilə giriş qapısının içəriyə açıldığı halda konstruktiv dəyişklik edib qapının çölə açılan etməklə sakinlərin gediş gəlişinə maneçilik törədir və məhkəmə qaydasında qapının ilkin vəziyyətə gətirilməsinə dair öhdəlik qoyulmaqla mənzil hüququnun pozulmasının qarşısı alına bilər. Odur ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən mənzilinin istismar təyinatına uyğun olaraq giriş qapısının ilkin vəziyyətə gətirilməsinə dair öhdəlik qoyulması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstrədi ki, cavabdeh onun qızıdır. Həmin ev onun mülkiyyətindədir. Bəli, o evdə qızı yaşayır. Lakin ev onun adınadır. Onun qızı hazırda evdə deyil, xaricə getmişdir. 2 binada neçə nəfər var ki, o cür açdırmışdır. Qapı dəyməyinə heç bir yerə dəymir. Hazırda həmin mənzildə yaşayış yoxdur. Arada o, qaza, suya baxmaq üçün oraya gedir. Fövqəladə vəziyyətə görə qapı çölə açılanda daha tez çıxa bilərsən. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X1 tam mülkiyyətindədir. İşə əlavə olunmuş AZEMİS elektron portalından çıxarışdan görünür ki, cavabdeh İbrahimova (Cəlilova) Rəna Məmməd qızının mülkiyyətində daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İddiaçı cavabdehin həmin mənzildə hər hansı bir hüququnun və ya öhdəliklərinin yaramasını təsdiq edən hər hansı mötəbər sənədi məhkəməyə təqdim etməmişdir. Həqiqətən də məhkəmə baxışı zamanı həmin mənzilin giriş qapısında dəyişiklik edildiyi və həmin dəyişikliyin həmin binada eyni mərtəbədəki mənzillərdə yaşayan şəxslərə maneçilik törətdiyi müəyyən edilmişdir. Lakin yuxarıda qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbini əslində Cavabdeh qarşı deyil, mənzilin əsl mülkiyyətçisinə qarşı qaldırmalıdır. Buradan aydın olur ki, iddiaçı tələbini yönəldiyi cavabdeh əslində əsl olmayan cavabdehdir. Göründüyü kimi iddiaçı iddiasında qeyd olunan tələblərə əməl etməmiş, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı, yəni Cavabdeh qarşı verilmişdir. Qanunun tələbində isə qeyd olunur ki, məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin məhkəmə proseslərinin heç bir mərhələsində, iddiaçı tərəf buna təşəbbüs etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi qanunsuz olduğundan iddianın məhkəmə tərəfindən təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb qanunun tələblərinə məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı Mingəçevir şəhər Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı giriş qapısının ilkin vəziyyətə gətirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar