Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-474/2021 01.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Cavabdeh iştirakı ilə, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizəyə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, «xxxx» ASC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 1650 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, ödəniş cədvəlinə uyğun olaraq kredit ödənilməmiş, nəticədə cavabdehin 1616.72 manat əsas borc və 250.03 manat faiz borc olmaqla, cəmi 1866.75 manat borcu yaranmışdır. İddianın təmin olunmasını, həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pulun cavabdehdən alınaraq «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən də «xxxx» ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən 1650 manat məbləğində kredit almış, maddi imkanı olmadığı üçün krediti vaxtında ödəyə bilməmişdir. Kredit borcunun hissəhissə ödəyəcəkdir Məhkəmə cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki iddiaçı cavabdehə 36 ay müddətinə, illik 21 faiz dərəcəsi hesablanmaq şərtilə 1650 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh «xxxx» ASC-dən xx.xx.2020-ci ildə 1600 manat məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh X2 ilə «xxxx» ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı müqaviləyə əsaəsn cavabdehin banka 1616.72 manat əsas borc və 250.03 manat faiz borc olmaqla, cəmi 1866.75 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Məhkəmə hesab edir ki, cavabdeh aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 1616.72 manat əsas borc və 250.03 manat faiz borc olmaqla, cəmi 1866.75 manat kredit borcu alınıb iddiaçı «xxxx» ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 1616.72 (bir min altı yüz on altı manat yetmiş iki qəpik) manat əsas borc və 250.03 (iki yüz əlli manat üç qəpik) manat faiz borc olmaqla, cəmi 1866.75 (bir min səkkiz yüz altmış altı manat yetmiş beş qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı «xxxx» ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-474/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-474/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver