Məhkəmə qərarları › İş №2(051)-477/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-477/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-477/2021 04.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC–nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı xx xxxx 2019–cu il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 5904.78 manat, faiz borcu üzrə 611.84 manat olmaqla, cəmi 6516.62 manat məbləğində borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019–cu il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 24 ay müddətinə 10000 manat kredit vermişdir. Lakin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək borcunu ödəməmiş və bununla da, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun əsas kredit borcu üzrə 5904.78 manat, faiz borcu üzrə 611.84 manat olmaqla, cəmi 6516.62 manat borcu qalmışdır. Hesab edir ki, cavabdeh öhdəliyinə əməl etmədiyinə görə mülki məsuliyyət daşıyır və göstərilən məbləğdə borcu ödəməlidir. Odur ki, məhkəmədən iddianın təmin olunaraq, cavabdehdən əsas kredit borcu üzrə 5904.78 manat, faiz borcu üzrə 611.84 manat olmaqla, cəmi 6516.62 manat məbləğində borcun və 30.40 manat dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı ASC–yə verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, təmsil etdiyi şəxs oğludur. Oğlu ilə iddiaçı arasında bağlanmış xx xxxx 2019–cu il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə 10000 manat kredit vermişdir. Kredit müqaviləsi bağlanarkən oğlu “Socar”-da işləmiş və əməkhaqqısı yüksək olduğundan rahatlıqla borcunu vaxtlı-vaxtında ödəmişdir. Hazırda təmsil etdiyi şəxsin işi ixtisara düşdüyündən, əməkhaqqı az olan işdə çalışır. Onun indi aylıq qazancı 400 manat təşkil edir, həm də oğlu evlərində işləyən tək adamdır. Onun maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Borcunu ödəməkdən boyun qaçırmır və ödəməli olmasını bilir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İddiaçı ASC–yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azər-X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank cavabdehə illik 20 faiz olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, Azər-X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh kredit məbləğinin xx.xx.2019-xx.xx.2021-ci il ərzində hər ay 508.96 manat olmaqla ödənilməsinə razı olmuşdur. Cavabdeh həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə banka olan borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC-yə aid maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh banka olan əsas borcu üzrə 5904.78 manat, faiz borcu üzrə 611.84 manat olmaqla, cəmi 6516.62 manat təşkil edir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 20 faiz olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq Cavabdeh hər ay krediti faizləri ilə birlikdə xx.xx.2015-xx.xx.2019-cu il ərzində hər ay 508.96 manat qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, nəticədə onun əsas borc üzrə 5904.78 manat, 611.84 manat isə faiz borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh hazırki vaxtadək iddiaçı banka əsas borcu üzrə 5904.78 manat, faiz borcu üzrə 611.84 manat qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır. Odur ki, iddiaçı Azər-X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 5904.78 manat, faiz borcu üzrə 611.84 manat olmaqla, cəmi 6516.62 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azər-X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 5904.78 (beş min doqquz yüz dörd manat yetmiş səkiz qəpik) manat, faiz borcu üzrə 611.84 (altı yüz on bir manat səksən dörd qəpik) manat olmaqla, cəmi 6516.62 (altı min on altımanat altmış iki qəpik) manat məbləğində pul alınıb Azər-X4 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı Azər-X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar