Məhkəmə qərarları › İş №2(051)-482/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-482/2021

16.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-482/2021 16.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2000 manat məbləğində pulun səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc kimi, 1150 manat məbləğində pulun hüquqlarının bərpası ilə əlaqədar vəkil xidmətlərinə çəkilmiş xərcin, dövlət rüsumu kimi ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbində qalaraq izahatında göstərmişdir ki, o Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-1567/2019 saylı qətnaməsi ilə onun Cavabdeh1 və Cavabdeh2 qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddiası qismən təmin edilmiş, hər birindən 4000 manat pul mənəvi ziyana görə ona verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)- 739/20 saylı qətnaməsi ilə Mingəçevir şəhər qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)-4247/20 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin eidlmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci tarixli qətnaməsi ona münasibətdə ləğv edilmiş, cavabdehdən onun xeyrinə 500 manat mənəvi ziyan pulun tutulması qət edlmişdir. Onun xx xxxx 2019-cu ildən müxtəlif telefon zəngləri vasitəsilə söyülüb təhqir edilməyi nəticəsində mənəvi iztirab keçirməklə şərəf ləyaqətinin alçaldılması həmin qətnamələr əsasında öz təsdiqini tapmışdır. Əvvəl həmin zənglərin kim tərəfindən olmasını bilmədiyindən əsəb gərginliyi keçirsə də o qədər də şiddətli olmamışdır. 2019-cu ilin may ayında ona məlum olmuşdur ki, ona qarşı bu hərəkətləri törədən Cavabdeh1 və Cavabdeh2 adlı şəxsdir. Həmin əsəb stresdən xəstəxanaya müraciət etməli olmuşdur. 2019-cu ilin may ayından hazırki müddətə qədər mütəmadi müalicə alır. Belə ki, bu münasibət nəticəsində əsəb gərginliyi keçirib xəstəxanaya müraciət edərkən ona arterial hipertoniya və nevrotik pozğunluq diaqnozu qoyulmuşdur. Bu xəstəliklə əlaqədar xx xxx 2019, xx xxxx 2019, xx xxxx 2019, 19 avqust, xx xxxxxx 2019, xx xxxxxx 2019, xx xxxxxx 2020, xx xxxxxxx 2020, xx xxxxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxx 2020, xx xxxxxx 2020, xx xxxx 2020, xx xxxx 2020, xx xxx 2020, xx xxxx 2020, xx xxxx 2020, xx xxxx 2020-ci il tarixlərdə həkim müayinəsində olmuşdur. Həmin reseptlər üzrə sağlamlığının bərpasına 2000 (iki min) manatdan artıq vəasit xərcləmişdir. Hüquqlarının məhkəmədə müdafiəsi məqsədilə vəkil xidmətlərinə 1150 manat vəsait xərcləmişdir. İddianın qaldırılması məqsədilə 90 manat dövlət rüsumu ödəmişdir. Ona görə də Məhkəmədn 2000 manat məbləğində pulun səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc kimi, 1150 manat məbləğində pulun hüquqlarının bərpası ilə əlaqədar vəkil xidmətlərinə çəkilmiş xərcin, dövlət rüsumu kimi ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili X5 da iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı onlara qarşı əvvəldə ziyanla bağlı iddia qaldırmışdır. Onlardan həmin iddiaya əsasən müəyyən məbləğdə pul tutulması ilə bağlı qətnamə çıxarılmışdır. İddia tələbi əsassızdır. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. İşə əlavə olunmuş Mingəçevir Şəhər Vəkil Bürosunun 34 nömrəli, xx.xx.2020-ci il tarixli X3 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X6 arasında tapşırıq kimi Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı maddi ziyanın ödənilməsi tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Mingəçevir Şəhər Məhkəməsi yazılmışdır. Hüquqi yardıma görə haqqqarşılıqlı razılıqla 300 manat müəyyən olumuşdur. İşə əlavə olunmuş Mingəçevir Şəhər Vəkil Bürosunun 36 nömrəli, xx.xx.2019-cu il tarixli X3 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X4 arasında tapşırıq kimi Şərəf və ləyaqətin müdafiəsi tələbinə dair mülki iş üzrə yardım tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Mingəçevir Şəhər Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə yazılmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 700 manat müəyyən olumuşdur. İşə əlavə olunmuş Mingəçevir Şəhər Vəkil Bürosunun xx.xx.2020-ci il tarixli X3 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X4 arasında tapşırıq kimi Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2(051)-1567/2019 saylı qətnaməsindən kassasiya şikayətinə hüquqi yardım tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Şəki Apellyasiya Məhkəməsi yazılmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 50 manat müəyyən olumuşdur. İşə əlavə olunmuş Mingəçevir Şəhər Vəkil Bürosunun 36 nömrəli, xx.xx.2020-ci il tarixli X3 Haqqında Müqaviləsindən görünür ki, müdafiə edilən şəxs İddiaçı ilə vəkil X4 arasında tapşırıq kimi Şəki Apellyasiya Məhkəməsi xx xxxx 2020-ci il tarixli tarixli qətnaməsindən kassasiya şikayəti tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan kimi Azərbay Respublikası Ali Məhkəməsi yazılmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 100 manat müəyyən olumuşdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları mənzilin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sadalanan hüquq normalarına əsasən, iddiaçının cavabdehə qarşı vurulmuş maddi ziyan ödənilməsi tələbi əsaslıdır. Belə ki, İş materiallarında olan sənədlərdən və iddiaçının izahatından da göründüyü kimi cavabdehin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində iddiaçıya müayinə və müalicəsi ilə bağlı nəticələnən maddi ziyan dəymişdir. Həmin ziyan isə cavabdehlər tərəfindən ödənilməmişdir. İddiaçıya ziyan dəyməsi iş materiallarında olan sənədlər ilə sübuta yetirilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi cavabdehlərdən dəymiş ziyanın məbləğinin alınıb iddiaçıya verilməsi məqsədə müvafiqdir. Lakin Məhkəmə hesab edir ki, iddiaçı səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərcin 2000 manat olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, Məhkəmə cavabdehlərdən səhhətinin bərpası ilə əlaqədar maddi ziyanla əlaqədar çəkilmiş xərc kimi 500 manat məbləğində pulun alınıb iddiaçıya verilməsini məqsədə müvafiq hesab edir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı müayinə və müalicəsinə 500 manatdan artıq xərci çıxmışdır. Ona görə də iddia səhhətinin bərpası ilə əlaqədar 2000 manat məbləğində çəkilmiş xərclərlə bağlı olan hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 90 manat məbləğində pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqların bərpası ilə əlaqədar vəkil xidmətlərinə çəkilmiş xərc 1150 manat, dövlət rüsumu kimi çəkilmiş xərc 90 manat və səhhətinin bərpası ilə əlaqədar çəkilmiş xərc 500 manat, cəmi 1740 manat pul alınıb iddiaçı X2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar