Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-486/2022 21.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 01.12.2017-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********31698 olan samsung galaxy j5 markalı telefon üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə, 08.06.2018-ci il tarixli müqaviləsi əsasən, İMEİ Kodu **********73332 samsung galaxy A8 markalı telefon üçün 381 manat ödənilməmiş hissə, 38 manat cərimə olmaqla ümumilikdə 496 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarıılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03.03.2022-ci il tarixli, 2(051)-486/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmsil etdiyi hüquqi şəxsin adından göstərdi ki, iddiaçı ilə Cavabdeh arasında 01.12.2017-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********31698 olan samsung galaxy j5 markalı telefonu , 08.06.2018-ci il tarixli müqaviləsi əsasən, İMEİ Kodu **********73332 samsung galaxy A8 markalı telefonu, nisyə satmışdır. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və müqavilənin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, iddiaçıya olan borcunu ödəməmişdir. Nəticədə, cavabdehin 01.12.2017-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********31698 olan samsung galaxy j5 markalı telefon üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə, 08.06.2018-ci il tarixli müqaviləsi əsasən, İMEİ Kodu **********73332 samsung galaxy A8 markalı telefon üçün 381 manat ödənilməmiş hissə, 38 manat cərimə olmaqla, ümumilikdə 496 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və müqavilə üzrə borclarını ödəməmişdir. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ancaq buna baxmayaraq məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.12.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı təşkilat cavabdehə İMEİ Kodu **********31698 olan samsung galaxy j5 markalı telefon nisyə satmışdır. İşdə olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08.06.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İMEİ Kodu **********73332 samsung galaxy A8 markalı telefonu nisyə satmışdır. İşdə olan 22.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh ödəniş cədvəlində göstərilən 01.12.2017-ci il tarixli müqavilə üzrə 864 manat borcu hər ay 36 manat, 08.06.2018-ci il tarixli müqavilə üzrə 1640 manat borcu hər ay 66(ilkin ödəniş 56 manat) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı təşkilatla Cavabdeh arasında 01.12.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 24 ay müddətinə aylıq 36 manat məbləğində ödəniş etmək şərti ilə İMEİ Kodu**********31698 olan samsung galaxy j5 markalı, 08.06.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı təşkilat cavabdehə 24 ay müddətinə aylıq 66(ilkin ödəniş 56 manat) manat məbləğində ödəniş etmək şərti ilə İMEİ Kodu **********73332 samsung galaxy A8 markalı telefonu nisyə satmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh hər ay ödəniş etməli olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçı təşkilata 496 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı təşkilatla cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, 01.12.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 24 ay müddətinə aylıq 36 manat məbləğində ödəniş etmək şərti ilə İMEİ Kodu**********31698 olan samsung galaxy j5 markalı, 08.06.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı təşkilat cavabdehə 24 ay müddətinə aylıq 66(ilkin ödəniş 56 manat) manat məbləğində ödəniş etmək şərti ilə İMEİ Kodu **********73332 samsung galaxy A8 markalı telefonu nisyə satmışdır. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq müqavilələrdə göstərilən məbləği hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı təşkilatın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı təşkilata 496 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən 01.12.2017-ci il tarixli müqavilə üzrə 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu alınmalı, lakin 08.06.2018-ci il tarixli müqavilə üzrə 381 manat borcu alınmalı, hesablanmış dəbbə pulu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, müvafiq olaraq 8 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 8 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 01.12.2017-ci il tarixli müqavilə üzrə 70 manat ödənilməmiş hissə, 7 manat cərimə borcu, 08.06.2018-ci il tarixli müqavilə üzrə 381 manat əsas borcu və 8 manat dəbbə pulu cavabdehdən alınıb iddiaçı banka verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30,97 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01.12.2017-ci il tarixli müqavilə üzrə 70 (yetmiş) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə borcu, 08.06.2018-ci il tarixli müqavilə üzrə 381 (üç yüz səksən bir) manat əsas borcu və 8 (səkkiz) manat dəbbə pulu olmaqla, cəmi 466 (dörd yüz altmış altı) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Hüseynov Ələkbər
Məhkəmə qərarları › İş №2(051)-486/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-486/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver