Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-487/2021 01.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi İddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi X1, cavabdeh Cavabdeh1 iştirakı ilə, iddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına qarşı kredit borcun tutulması tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT «xxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsinə dair əmr verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə xx.xx.2016-cıildə əmr vermişdir. Cavabdeh1 əmrə etiraz vermiş, məhkəmənin xx.xx.2021-ci tarixli qərarı ilə əmr ləğv olunmuş, iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçı BOKT «xxxx» MMC cavabdehlər Maqsudov Məcnun Nizami oğlu, Cavabdeh1 və Cavabdeh2 qızına qarşı 2864.53 ABŞ dolları əsas borc və 1058.73 ABŞ dolları faiz borc olmaqla, cəmi 3923.26 ABŞ dolları və ödənilmiş 20 manat dövlər rüsumun müştərək qaydada tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 1720.14 ABŞ dolları əsas borc, 521.01 ABŞ dolları faiz borc olmaqla, cəmi 2241.15 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumun müştərək qaydada tutularaq BOKT «xxxx» MMC-nə verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı BOKT «xxxx» MMC ilə cavabdeh Maqsudov Məcnun Nizami oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-MN-0026833-F №li kredit müqaviləsinə əsasən cavabdeh, iddiaçıdan illik 29 faiz dərəcəsi ilə 18 ay müddətinə 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinə görə cavabdeh Maqsudov Məcnun Nizami oğlu kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə uyğun ödəməli idi. Cavabdehin kredit üzrə öhdəliklərinin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, MN00011706 №li zaminlik, Cavabdeh2 qızı ilə birgə borcluq müqavilələri bağlanmışdır. Cavabdeh Maqsudov Məcnun Nizami oğlu kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq kredit ödəniş qrafikinə riayət etməmişdir. Nəticədə cavabdehin 1720.14 ABŞ dolları əsas borc, 251.01 ABŞ dolları faiz borc olmaqla, cəmi 2241.15 ABŞ dolları kredit borcu qalmışdır. Həmin borcun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, cavabdeh Maqsudov Məcnun Nizami oğlu BOKT «xxxx» MMC-dən kredit götürmüş, kreditin ödənilməsinin təminatı olaraq onunla zaminlik müqaviləsi, Cavabdeh2 ilə birgə borcluluq müqavilələri bağlanmışdır. Məcnun Maqsudov xx.xx.2016-cı ildə ölmüşdür. Kredit borcun ödənilməməsindən əvvəl məlumatı olmamışdır. Hazırda həmin borcu bir dəfədə ödəməyə maddi imkanı yoxdur. Borcu hissə-hissə ödəyəcəklər. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 məlumat verilmiş lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan BOKT «xxxx» MMC ilə Maqsudov Məcnun Nizami oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L-MN-0026833-F №li kredit müqaviləsinə əsasən kredit təşkilatı Maqsudov Məcnun Nizami oğluna 18 ay müddətinə, illik 29 faiz hesablanmaq şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verməyi, Maqsudov Məcnun Nizami oğlu krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan BOKT «xxxx» MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli birgə borcluluq və zaminlik müqavilələrinə əsasən zaminlər və birgə borclular kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə bank qarşısında kredit götürənlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Maqsudov Məcnun Nizami oğlunun banka 1720.14 ABŞ dolları əsas borcu, 521.01 ABŞ dolları faiz borcu, cəmi 2241.15 ABŞ dolları kredit borcu mövcuddur. İşə əlavə edilmiş iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıqlardan görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Məhkəmə hesab edir ki, cavabdehlər tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhərrəm qızından müştərək qaydada 1720.14 ABŞ dolları əsas borc və 521.01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2241.15 ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 20 manat alınıb iddiaçıya ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı xx xxxxxx 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Dövlət rüsumundan ödənilməmiş 10 manat cavabdehlərən alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məhərrəm qızından müştərək qaydada 1720.14 (bir min yeddi yüz iyirmi dollar on dörd sent) ABŞ dolları əsas borcu, 521.01 (beş yüz iyirmi bir dollar bir sent) ABŞ dolları faiz borcu, cəmi 2241.15 (iki min iki yüz qırx bir dollar on beş sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul alınıb iddiaçı BOKT «xxxx» MMC-ə verilsin. Dövlət rüsumundan ödənilməmiş 10 (on) manat cavabdehlərən alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-487/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-487/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver