Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-488/2022 03.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerin yetirilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC-in nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciə edərək, 23.02.2021-ci il tarixli müqaviləsinə Nevada markalı çarpayı, dolab, termo, tumba və matra üçün 2402.7 (iki min dörd yüz iki manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx manat cərimə; 20.01.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********16829 olan Xiaom Poco M3 markalı telefon üçün 522.4 (beş yüz iyirmi iki manat, qırx qəpik) manat ödənilməmiş hissə 52 (əlli iki) manat cərimə; 21.01.2021-ci il tarixli müqaviləsinə əsasən LG markalı televizor üçü 926.9 (doqquz yüz iyirmi altı manat, doxsan qəpik) manat ödənilməmiş hissə, 92 (doxsan iki) mana cərimə; ümumilikdə 4236 manat borc və 62.36 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınara "xxxx" MMC-nə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-in nümayəndəsi iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 23.02.2021, 20.01.2021 və 21.01.2021-ci il tarixli müqavilələrinə əsasən Nevad markalı çarpayı, dolab, termo, tumba, matras, İMEİ Kodu **********16829 olan Xiaomi Poco M markalı telefon və LG markalı televizor almış və nəticədə 4236 (dörd min iki yüz otuz altı) mana borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.02.2021-ci il tarix müqaviləsinə əsasən alqı-satqı qiyməti 2402.7 (iki min dörd yüz iki manat, yetmiş qəpik) manat ( ay x 800.9 manat + 0 manat ilkin ödəniş) Nevada markalı çarpayı, dolab, termo, tumba və matra üçün ümumilikdə 2642.7 (iki min altı yüz qırx iki manat, yetmiş qəpik) olmaqla ondan 2402.7 (iki mi dörd yüz iki manat, yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 240 (iki yü qırx) manat cərimə; 20.01.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 599.6 (beş yü doxsan doqquz manat, altmış qəpik) manat (18 ay x 32.2 manat + 20 manat ilkin ödəniş) İMEİ Kod **********16829 olan Xiaomi Poco M3 markalı telefon üçün ümumilikdə 574.4 (beş yüz yetmiş dörd qırx qəpik) manat olmaqla ondan 522.4 (beş yüz iyirmi iki manat, qırx qəpik) manat ödənilməmi hissə, müştəriyə güzəşt olunaraq 52 (əlli iki) manat cərimə; 21.01.2021-ci il tarixli müqaviləsin əsasən alqı-satqı qiyməti 1167.2 (bir min bir yüz altmış yeddi manat, iyirmi qəpik) manat (24 ay 40.3 manat + 200 manat ilkin ödəniş) LG markalı televizor üçün ümumilikdə 1018.9 (bir mi o səkkiz manat, doxsan qəpik) manat olmaqla ondan 926.9 (doqquz yüz iyirmi altı manat, doxsa qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 92 (doxsan iki) manat cərimə pul hesablanmışdır. Cavabdehin cəmi ödədiyi üçün məbləğ 317.5 manat təşkil edir. Cavabdehi 30.09.2018-ci il tarixli müqavilə üzrə sonuncu ödəniş tarixi 28.02.2020-ci ildir. İddia ərizəsi məhkəməyə 13 yanvar 2022-ci il tarixdə daxil olmuş və cavabdehə ərizənin dax olduğu gündən 5 gün müddətində verilmiş tələbə qarşı etirazının və bunu təsdiq edən sübutlarını təqdim olunması barədə bildiriş göndərilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada almış olduğu 1 (on) iş günü müddətində etirazını məhkəməyə göndərməmişdir. Buna görə də məhkəmə MPM-i 285-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxış keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesa etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-c maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüqu münasibətləri nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı yaranan mülk hüquq münasibətləridir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23.02.2021 20.01.2021 və 21.01.2021-ci il tarixli müqavilələrinə əsasən Nevada markalı çarpayı, dolab, termo tumba, matras, İMEİ Kodu **********16829 olan Xiaomi Poco M3 markalı telefon və LG marka televizoru iddiaçı cavabdehə nisyə satmış və məhsullar cavabdehə təhvil verilmişdir. Müqavilənin v tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”lərninin şərtlərinə cavabdeh tərəfindən əmə edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdi Cavabdehə dəfələrlə tərəflərindən yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə işin hallarına qanunvericiliyin nisyə alqı-satqı müqavilələri üzrə öhdəliyin yerin yetirilməsi tələbinə dair müddəalarına, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrin əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələri əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və y bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başq şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, i görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıy verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödəniş müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə b Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqaviləd onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisy satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmu olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satq müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanı ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onu pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə v xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə, Dəbbə pulu (cərimə, penya) müqavil ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunun hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunu ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin bu şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsini tələbinə görə, iddiaçı alıcıya öhdəliyi yerinə yetirmədiyi üçün 23.02.2021-ci tarixli müqaviləy əsasən 240 manat, 20.01.2021-ci tarixli müqaviləyə əsasən 52 manat və 21.01.2021-ci il tarix müqaviləyə əsasən 92 manat cərimə hesablanmışdır. Lakin məhkəmə alıcıya dəbbə pulunun artı hesablandığı qənaətindədir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbin görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilə Tənasüb müəyyənləşdirilərkən satıcının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelə nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, alıcıdan .02.2021-ci tarixli müqaviləyə əsasə 10 manat, 20.01.2021-ci tarixli müqaviləyə əsasən 5 manat və 21.01.2021-ci il tarixli müqaviləy əsasən 10 manat miqdarda dəbbə pulu alınmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə k Cavabdeh "xxxx" MMC-in xeyrinə 23.02.2021-ci il tarixli müqaviləyə əsasən Nevada marka çarpayı, dolab, termo, tumba və matras üçün 2402.7 (iki min dörd yüz iki manat, yetmiş qəpik manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; 20.01.2021-ci il tarixli müqaviləyə əsasən İME Kodu **********16829 olan Xiaomi Poco M3 markalı telefon üçün 522.4 (beş yüz iyirmi iki mana qırx qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; 21.01.2021-ci il tarixli müqaviləsin əsasən LG markalı televizor üçün 926.9 (doqquz yüz iyirmi altı manat, doxsan qəpik) mana ödənilməmiş hissə, 10 (on) manat cərimə; ümumilikdə 3877 manat borc pul alınıb "xxxx" MMC-y verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçını məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 62.36 manat məbləğdə pul vəsaiti d alıcıdan satıcının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiymə beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan a olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasın yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğ gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxış keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə da qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-in xeyrinə 23.02.2021-ci il tarixli müqaviləyə əsasən Nevad markalı çarpayı, dolab, termo, tumba və matras üçün 2402.7 (iki min dörd yüz iki manat, yetmi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; 20.01.2021-ci il tarixli müqaviləyə əsasə İMEİ Kodu **********16829 olan Xiaomi Poco M3 markalı telefon üçün 522.4 (beş yüz iyirmi ik manat, qırx qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; 21.01.2021-ci il tarix müqaviləsinə əsasən LG markalı televizor üçün 926.9 (doqquz yüz iyirmi altı manat, doxsan qəpik manat ödənilməmiş hissə, 10 (on) manat cərimə; ümumilikdə 3877 (üç min səkkiz yüz yetmiş yedd manat borc pul alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 62.36 (altmış iki manat otuz altı qəpik manat pul Cavabdeh tutulub "xxxx" MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməs vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifad edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-488/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-488/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver