Məhkəmə qərarları › İş №2(051)-491/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-491/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-491/2021 03.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx xxxx 2019–ci il tarixli kredit müqaviləsi üzrə 2398.27 manat əsas kredit borcu, 313.57 manat faiz borcu olmaqla, cəmi 2711.84 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx xxxx 2019–ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 20 faiz olmaqla 43 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas məbləği və onun faizlərini hər ay banka ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, Maliyyə arayışına əsasən cavabdehin 2398.27 manat əsas kredit borcu, 313.57 manat faiz borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, cavabdehdən xx xxxx 2019–ci il tarixli kredit müqaviləsi üzrə 2398.27 manat əsas kredit borcu, 313.57 manat faiz borcu olmaqla, cəmi 2711.84 manat məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, həqiqətən xx xxxx 2019–cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 3.000 manat məbləğində pulu illik 20 faiz olmaqla 43 ay müddətinə qaytarmaq şərtilə götürmüşdür. Banka hər ay vaxtlı-vaxtında ödəniş etmiş, lakin oğlu həbs edildiyi və onun ailəsinə də özü baxmalı olduğu üçün maddi vəziyyəti pisləşmiş, qalan borcunu ödəyə bilməmişdir. Hazırda borcunu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Bu səbəbdən qalan borcunu maddi imkanı olan kimi hissə-hissə ödəməyə söz verir. Odur ki, izahatında göstərilənlərə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019–cu il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 20 faiz olmaqla 43 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019–xx.xx.2023 illər ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh xx xxxx 2019–cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağdaş filialından 3000 manat məbləğində pul götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2021–ci il tarixədək cavabdehin 2398.27 manat əsas kredit borcu, 313.57 manat faiz borcu olmaqla, cəmi 2711.84 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx xxxx 2019–cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 20 faiz olmaqla 43 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay banka qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 2398.27 manat əsas kredit borcu, 313.57 manat isə faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, xx xxxx 2019–cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 2398.27 manat əsas kredit borcu, 313.57 manat faiz borcu olmaqla, cəmi 2711.84 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxxx 2019–cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 2.398,27 (iki min üç yüz doxsan səkkiz manat iyirmi yeddi qəpik) manat, faiz borcu üzrə 313,57 (üç yüz on üç manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 2711.84 (iki min yeddi yüz on bir manat səksən dörd qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar