Məhkəmə qərarları › İş №2(051)-492/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-492/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-492/2022 31.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı qeyri bank kredit təşkilatı MMC-nin nümayəndəsi X1 Cavabdeh1 iştirakı ilə İddiaçı qeyri bank kredit təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qeyri bank kredit təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********2521 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 5052.60 manat əsas kredit borcu, 140.59 manat faiz borcu olmaqla, cəmi 5193.19 manat məbləğində pulun və ödənilmiş 71.93 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının 1.1ci bəndinə əsasən Cavabdeh1 ilə bağlanmış 29.11.2019-cu il tarixli **********2521 saylı kredit müqaviləsinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 5052.60 manat qalıq məbləği illlik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 4.35 manat, dörd il müddətində isə hər ay 107.46 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla Cavabdeh2 arasında eyni tarixli **********2***-******* zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh1 təşkilata 5052.60 manat əsas kredit borcu, 140.59 manat faiz borcu olmaqla, cəmi 5193.19 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, 5052.60 manat əsas kredit borcu, 140.59 manat faiz borcu olmaqla, cəmi 5193.19 manat məbləğində pul və ödənilmiş 71.93 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı təşkilat vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 5052.60 manat qalıq məbləğini ödəmək məqsədi ilə ona 5052.60 manat məbləğində güzəştli krediti verməyi, o isə verilmiş krediti o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə iddiaçıya ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. İddiaçıya olan borcun ödənilməli olduğunu bilir, lakin qəza keçirdiyi üçün səhhətində ciddi problemlər yarandığından iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Zamini də xəstəliyi ilə əlaqədar ödəniş etmək iqtidarında deyildir. Hesab edir ki, səhhətində olan problemlər aradan qalxdıqdan sonra borcunu hissə-hissə ödəyə bilər. Çünki o, hazırda əmək qabiliyyətini itirmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı qeyri bank kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 29.11.2019-cu il tarixli **********2521 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 5052.60 manat qalıq məbləğini ödəmək məqsədi ilə 5052.60 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı qeyri bank kredit təşkilatı MMC ilə digər cavabdeh Cavabdeh2 arasında bağlanmış 29.11.2019-cu il tarixli **********2***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı qeyri bank kredit təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 29.11.2019-cu il tarixli **********2521 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan 13.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29.11.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı təşkilata qaydada 5052.60 manat əsas kredit borcu, 140.59 manat faiz borcu, 0.00 cərimə olmaqla, cəmi 5193.19 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında 29.11.2019-cu il tarixli **********2521 saylı kredit (restrukturizasiya) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 5052.60 manat qalıq məbləğini ödəmək məqsədi ilə 5052.60 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh2 ilə təşkilat arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsinə dair cavabdehlər iddiaçı təşkilat qarşısında öhdəlik götürmüşlər. Cavabdeh1 krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə 5052.60 manat əsas kredit borcu, 140.59 manat faiz borcu olmaqla, cəmi 5193.19 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında predmeti pul məbləği olan kredit (restrukturizasiya) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 5052.60 manat qalıq məbləğini ödəmək məqsədi ilə 5052.60 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. Eləcə də, kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmış, zaminlik müqavilələrinə görə cavabdehlər iddiaçı təşkilat qarşısında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair öhdəlik götürmüşlər. Lakin Cavabdeh1 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı təşkilatın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsin görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh1 iddiaçı təşkilata olan 5052.60 manat əsas kredit borcu, 140.59 manat faiz borcu olmaqla, cəmi 5193.19 manat məbləğində borcun ödənilməsi ilə bağlı onunla bərabər Cavabdeh2 da birgə borclu kimi müştərək qaydada məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5052.60 manat əsas kredit borcu, 140.59 manat faiz borcu olmaqla, cəmi 5193.19 manat məbləğində pul alınıb İddiaçı qeyri bank kredit təşkilatı MMC-yə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5052.60 ( beş min əlli iki manat, altmış qəpik) manat əsas kredit borcu, 140.59 (yüz qırx manat, əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 5193.19 (beş min yüz doxsan üç manat, on doqquz qəpik) məbləğində pul alınıb İddiaçı qeyri bank kredit təşkilatı MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71.93 (yetmiş bir manat, doxsan üç qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı qeyri bank kredit təşkilatı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar