Məhkəmə qərarları › İş №2(051)-5/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-5/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-5/2023 19.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı: LPO "xxxx" ASC–nin nümayəndəsi X6 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 7726,oo manat əsas, 3212,00 manat faiz borcu, 395,00 manat cərimə olmaqla, cəmi 11333,00 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə yönəltməsninə dair bildirişin daşınmaz əmlakı dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 mana rüsumun alınıb iddiaçı banka verilməsi, tutmanın X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin kredit tələbinin təçmin edlməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh X8 09 mart 2018-ci il tarixdə ölmüşdür. Məhkəmə X3 hüquqi varisi müəyyən olunanadək iş üzrə icraatı dayandırmışdır. X3 hüquqi varisi müəyyən olunduğu üçün məhkəməyə xx.xx.2022-ci l tarixdə məhkəməyə LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icraatın dəzələnməsi barədə ərizə daxil olmuşdur. LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, X1 qalmış miras əmlakı oğlu X7 qəbul etmiş və onun hüquqi varisidir. Məhkəmə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatı dəzələmişdir. X3 hüquqi varisi X7 işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi LPO "xxxx" ASC–nin nümayəndəsi X9 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL-İ/007 saylı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə digər cavabdeh X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etməmişlər, ödəməli olduqları krediti və hesablanmış faizləri ödəməkdən yayınmışlar. Bundan sonra bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə əsas kredit borcunun illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) il müddətinə cavabdehə restruktrizasiya olunması təklif edilməsi üçün müəyyən hərəkətlər edilsə də, lakin cavabdehlər banka gəlmədikləri üçün həmin təklifi etmək mümkün olmamışdır. Hazırda cavabdehin bir neçə ödənişlər edildikdən sonra banka 5694.12 əsas kredit borcu, 5379.43 faiz borcu, 5787.87 mananr cərimə, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablamaqla 853.20 manat faiz bolrcu olmaqla, cəmi 17714.62 manat borcunun olduğunu bildirdi. Dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər banka olan borclarını ödəməmişlər. Bu səbəbdən təmsil etdiyi bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən qanunamüvafiq qətnamə çıxarılmasını xahiş edir. Daha sonra iddianın həcmini artıraraq cavabdehdən 5694.12 əsas kredit borcu, 5379.43 faiz borcu, 5787.87 mananr cərimə, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablamaqla 853.20 manat faiz bolrcu olmaqla, cəmi 17714.62 manat borcunun cavabdehdər tutulması, tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməli və ipoteka ilə yüklü edilmiş mənzil açıq hərracda satılaraq əldə olunmuş vəsait bankın kredit tələbinin ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və əlavə olaraq göstərdi ki, həqiqətən İddiaçı ASC-nin «Mingəçevir» filialı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL-İ/007 saylı kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. Bundan sona bir sıra ödənişlər edildikdən sonra maddi vəziyyəti ilə əlaqədar ödənişlər etməkdə çətinlik çəkmişlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyü üçün banka müraciət etmiş, lakin bank əməkdaşları ondan 3 nəfərin ona zamin durmağı zərurəti olduğunu bildirmişdir. O is bunu edə bilməmiş və nəticədə onun borcunun restruktrizasiya olunmasından bank imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri altına düşdüyü üçün bu məsələni də həll edlməsini məhkəmədn xahiş etdi. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X4 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL-İ/007 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İşdə olan Problemli kreditlərin kompensasiyası barədə çıxarışdan görünür ki, Cavabdeh qızının kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunmuş, lakin cavabdeh banka müəyyən səbəblərdən gəlmədiyi üçün, ona həmin təklifi etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların məhkəmə iclası zamanı tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL-İ/007saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə Ata Bank” Açıq Səhmdar Cəmiyyəti ilə X11 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməmişlər, ödəməli olduqları əsas kredit məbləğini və hesablanmış faizləri ödəməkdən yayınmışlar. Bundan sonra bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə kredit məbləğinin restruktrizasiya olunması təklif edilməsi üçün müəyyən hərəkətlər edilsə də, lakin cavabdeh banka müəyyən səbəblərdən gəlmədiyi üçün, ona həmin təklifi etmək mümkün olmamışdır. Hazırda cavabdehlərin əsas kredit borcuna hesablanmış faiz və cərimə borcu qalmış və əsas kredit borcu isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixinə 5694.12 manat olaraq hesablanmışdır. Cavabdeh tərəf məhkəmədə hüququnun bərpa olunmasını tələb edir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MF-KL-İ/007saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədi ilə Ata Bank” Açıq Səhmdar Cəmiyyəti ilə X11 arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdehlər öhdəliklərini lazımi şəkildə icra etməmişlər. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh X8 09 mart 2018-ci il tarixdə ölmüşdür və mərhum X3 hüquqi varisi X7 işə cavabdeh qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsas kredit borcunun ödənilməsi hissəsində əsaslı olsa da, əsas kredit borcuna hesablanmış faiz və cərimə məbləği hissəsi işin müəyyən edilmiş həqiqi hallarına uyğun deyildir Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin xx.xx.2019-cu il tarixinə milli valyutada əsas kredit borcu (manat ekvivalentində) illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) müddətinə cavabdehə restruktrizasiya olunması təklif edilə bilməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, MF-KL-İ/007 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehdən silinmiş faiz borcunu və cərimənin tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə zidddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Həmin Fərmanın xx.xx.2019-cu il tarixli Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 8.9-cu bəndinə qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin əsas kredit borcuna hesablanmış faiz borcu və cərimə əsaslı deyildir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi üçün iddiaçının tutumanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dəairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməmsi və ya icra müddəti çatanadən kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestridə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata kecirilir. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışda götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Odur ki, Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı bankın tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, MF-KL-İ/007 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh cəmi 5694.12 manat əsas borc alınıb iddiaçı banka ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətini tərəfindən tərtib olunmuş hesabdan çıxarışdın görünür ki,cavabdehin borcu 5694.12 əsas kredit borcu, 5379.43 faiz borcu, 5787.87 mananr cərimə, gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablamaqla 853.20 manat faiz bolrcu olmaqla, cəmi 17714.62 manat borcu təşkil edir. Tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilməli və ipoteka ilə yüklü edilmiş mənzil açıq hərracda satılaraq əldə olunmuş vəsait bankın kredit tələbinin ödənilməsinə yönəldilməliidr. İpoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilin ilkin qiyməti 65 000 manat müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə tikinti-texniki ekspertzasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən 93 saylı evin 3 saylı mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 65000 manat müəyyən olunur. Məhkəmə ekspertiza rəyini, rəy elmi əsaslara əsaslanaraq ali təhsilli ekspertlər tərəfindən aparıldığı üçün mötəbər sübut kimi qəbul edir. Məhkəmə "xxxx" MMC-nin məhəkəmə tərəfindənq təyin edilmiş mühasibatlıq ekspertizası üzrə verdiyi mütəxəssis rəyini, rəydə müəyyən edilmiş əsas borc iddia tələbindən kənara çıxdığı səbəbdən sübut kimi qəbul etmir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh 5694.12 (beş min altı yüz doğsan dörd manat on iki qəpkik) manat əsas kredit borcu alınıb iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə önənilsin. Tutma ipoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilsin və ipoteka ilə yüklü edilmiş mənzil açıq hərracda satılaraq əldə olunmuş vəsait bankın kredit tələbinin ödənilməsinə yönəldilsin. İpoteka ilə yüklü edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 59,9 kv.m ümumi, 47,0 kv.m yaşayış, 12,9 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı mənzilin ilkin qiyməti 65000 (altmış beş min) manat müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar