Məhkəmə qərarları › İş №2(051)-5/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-5/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-5/2025 18.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə Cavabdeh hüquqi varisi Borclu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh hüquqi varisi Borclu qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 410 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 430 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə ilkin ödəniş 41 manat olmaqla, aylıq 31 manat ödəmək şərti ilə 413 manat məbləğində məişət avadanlığı verilmişdir. Borclu Cavabdeha öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 410 manat qalıq borcu yaranmışdır. Borcluya borclarının ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də borclarını ödəməmişdir. Odur ki Məhkəmədən Məhkəmə borcun ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması xahiş edilmişdir. İş üzrə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1899/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə əmrinə əsasən borcludan 410 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 430 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi əmr edilmişdir. Daha sonra borclu məhkəmə əmrindən etiraz vermiş və məhkəmə əmri ləğv edilərək mülki iş materialları xx.xx.2021-ci il tarixdə iddia icraatına keçirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu şəxs öldüyünə görə mülki iş üzrə icraat dayandırılmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən borclu Cavabdeh hüquqi varisi Borclu Məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Cavabdeh onun yoldaşı olmuşdur. Yoldaşı, həmin əşyanı alaraq qardaşına vermişdir. Hesab edir ki, həmin əşyanın pulunu da yoldaşının qardaşı ödəməlidir. İddiaçı Soliton LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti» nin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə ərizə ünvanlıyaraq nümyəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, cavabdehin hüquqi varisinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti» ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MİK4692372 nömrəli borc müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti» Cavabdeh hissə-hissə ödəmək şərtilə qiyməti 413 manat olan məişət avadanlığı satmış borclu isə həmin avadanlığı hər ay hissə-hissə olmaqla ödəməyi öhdəsinə götümüşdür. işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti» ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MİK5665219 nömrəli borc müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh hissə-hissə ödəmək şərtilə qiyməti 359 manat olan məişət avadanlığı satmış borclu isə həmin avadanlığı hər ay hissə-hissə olmaqla ödəməyi öhdəsinə götümüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh hər iki müqavilə üzrə ödənilməmiş 130 və 280 manat olmaqla ümumilikdə 410 borcu qalmışdır. İşdə olan X2 XİDMƏT Mərkəzində Notariat ofisi tərəfindən Məhkəməyə ünvanlanmış məktubdan görünü ki X3 tərəfindən xx.xx.2021-ci il tarixdə mirası qəbul etmiş və digər vərəsə Borclu xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək mirası qəbul etmişdir. İşdə olan notariat ofisinə ünvanlanmış ərizədən görünürki Borclu arvadının ölümündən sonra nədə ifadə olmağından asılı olmayaraq miras əmlakı qəbul etmişdir. İşdə olan notariat ofisinə ünvanlanmış ərizədən görünür ki X3 bacısının ölümündən sonra nədə ifadə olmağından asılı olmayaraq miras əmlakı qəbul etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı borcluya xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə ilkin ödəniş 41 manat olmaqla, aylıq 31 manat ödəmək şərti ilə 413 manat məbləğində məişət avadanlığı vermiş, xx.xx.2019-cu il tarixli MİK5665219 nömrəli borc müqaviləsinə əsasən 12 ay müddətinə ilkin ödəniş 23 manat olmaqla, aylıq 28 manat ödəmək şərti ilə 359 manat məbləğində məişət avadanlığı vermiş, lakin Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin borc məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürsə də, müqavilə öhdəliyini pozmuş, buna görə də, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə əmrinin çıxarılması barədə məhkəməyə müraciət etmişdir. İş üzrə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1899/2020 saylı xx.xx.2020-ci il tarixli Məhkəmə əmri çıxarılmışdır. Daha sonra borclu məhkəmə əmrindən etiraz vermiş və məhkəmə əmri ləğv edilərək mülki iş materialları xx.xx.2021-ci il tarixdə iddia icraatına keçirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu şəxs öldüyünə görə mülki iş üzrə icraat dayandırılmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İşdə olan notariat ofisinə ünvanlanmış ərizədən görünür ki Borclu miras əmlakı qəbul etmişdir. Borclu Cavabdeh vərəsəsi olmasına baxmayaraq, onun kreditor qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cəmi 410 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 400, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mərhum Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən, Cavabdeh hüquqi varisi Borclu cəmi 410 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar