Məhkəmə qərarları › İş №2(051)-50/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-50/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-50/2024 05.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ziyanın əvəzinin ödənilməsi üçün bir min yüz qırx manat pulun ödənilməsini ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə sərxoş halda özünün etiraf etdiyinə görə dostları ilə birlikdə özünün ad gününü qeyd etmiş və alkoqollu içki qəbul etmişdir və onun yaşadığı ünvanın qarşısında masada oturarkən onu masaya dəvət etmişdir. Qeyri əsassız, əvvəlcədən düşünülmüş və şüurlu şəkildə ona küt alət vasitəsi ilə üz, çənə, alın və digər bədən sıyrıqları almışdır. Cavabdeh bu qanunsuz cinayət tərkibli hərəkətinə Mingəçevir ŞPŞ-nin TB-nin X2 daxili inam əsasında qərar qəbul edərək zərbənin ehtiyatsızlıq nəticəsində əmələ gəldiyini hesab etmiş, sözügedən şikayət üzrə o razılaşmadı və bu şikayət üzrə Mingəçevir şəhər Məhkəməsi qərarı qanunsuz hesab edərək onun şikayətini təmin etmişdir. Cinayət işinin başlanmasına rədd qərarı onun şikayəti əsasında 6(051)- 13/2022 saylı, xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. Bu hadisələrin davamı olaraq sözü gedən şikayət üzrə Mingəçevir ŞPŞ-nin TB öz qərarını dəyişməmiş təkrar olaraq əməlin ehtiyatsızlıqdan törədildiyi üçün cinayət işinin başlanmasını rədd etmişdir. Təkrar Məhkəmə onun şikayətini təmin edərək 6(051)-16/2022 saylı qərarla xx.xx.2022-ci il tarixdə qərar Mingəçevir ŞPŞ-nin TB-nə qaytarmışdır. Cavabdeh ona yetirdiyi xəsarət nəticəsində üz və alın nahiyyəsində çox saylı gematomdor əmələ gəmişdir. Ağız nahiyyəsinə üst çənədə diş tacına bərkidilmişdir. Metol keramikalı on bir ədəddən ibarət metal birləşmə qapaq tam yararsız hala düşmüşdür, deformasiyaya uğramış, estetik formasını və funksiyasını itirmiş, fəsadın aradan qaldırması üçün bir min yüz qırx manat vəsait tələb olunur. Onun tələbini Məhkəmə tibbi ekspertizanın rəyi və Lux Dental-ın qiymətləndirilməsi ilə əsaslanır metal qapaqlar dörd ədəd dişin tacına bərkidilmişdir. Odur ki, məhkəmədən Cavabdeh ziyanın əvəzinin ödənilməsi üçün bir min yüz qırx manat pulun ödənilməsini ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, iddianı qəbul etmir, o, iddiaçıya heç bir xəsarət yetirməmişdir və ziyan vurmamışdır. Bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o qonşuları X1, Mehman və Natiq ilə binanın qarşısında oturub söhbət edirdi. Bu vaxt İddiaçı yanına gəldi və onunla lağ etməklə sataşdı. Söhbət zamanı Vahid dövlətçilik, prezident və ailəsi əleyhinə sözlər danışdı və hətta bayrağı təhqir etdi. Onun bu təhqirlərinə əsbiləşib onunla sözlə mübahisə etdi. Mübahisə zamanı onun getməsi üçün yüngül itələdi. O, Vahidi vurmamış, itələyərkən ona heç bir xəsarət yetirilməyib, baş, üz, ağız və bədəninin digər nahiyyələri stola və ya heç bir bərk əşyaya dəyməyib. Bunu yanlarında olan şahidlər də görüb. Xəsarət alıbsa, onların yanında almayıb, harada almasını bilmir. İddia əsassızdır və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh vəkili Vəkil cavabdehin verdiyi izahata uyğun izahat verdi və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o qonşuları Abdurazakov, Mehman və Natiq ilə binanın qarşısında oturub söhbət edirmişlər. Bu vaxt İddiaçı yanlarına gəldi və Samirə lağ etməklə sataşdı. Həmçinin söhbət zamanı Vahid dövlətçilik, prezident və ailəsi əleyhinə sözlər danışdı və hətta bayrağı təhqir etdi. Bundan sonra Samir əsəbiləşib Vahidin çıxıb getməsi üçün yüngül itələdi. Samir Vahidi vurmayıb, itələyərkən Vahid yıxılmayıb, baş, üz, ağız nahiyyələri stola və ya heç bir bərk əşyaya dəyməyib, ona heç bir xəsarət yetirməyib. Xəsarət alıbsa onların yanında almayıb, harada almasını bilmir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 şəxsinin Ekspertert Rəyi № 02\Ə saylı Canlı şəxsin məhkəmə-tibbi ekspertizasından görünür ki, İddiaçı bədənində aşkar edilmiş xəsarətlərsağ almacıq və gicgah nahiyyəsində şişkinliyi, üst çənədə sol köpək dişin tac hissəsinin natamam sınığı, üst dodağın selikli qişasının qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa YÜNGÜL zərər vuran xəsarətlərə aid edilir. İşə əlavə olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında 25 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı ərizə əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi əlamətləri müəyyən olunmadığından cinayət işi başlanması rədd edilmişdir. Həmçinin qərarın təsviri hissəsindən görünür ki, iş üzrə hadiəsinin bilavasitə şahidi olmuş X3 izahatında göstərmişdir ki, İddiaçı və onun barəsində şikayət etdiyi Cavabdeh qonşu binada, Ş.İ.Xətai küçəsi 1 saylı binada yaşayırlar. Vahid əvvəllər dövlətçilik əleyhinə danışıqlar apardığı üçün Samirin onunla yaxşı münasibəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Ş.İ.Xətai küçəsi 1 saylı binanın qarşısında yerləşən bulaqdan su içmək üçün ora yaxınlaşan zaman görmüşdür ki, Vahid və Samir arasında sözlə mübahisə gedir. Orada olan Elşən isə onları sakitləşdirməyə çalışır. Mübahisənin hansı səbəbdən baş verdiyini bilmir. Mübahisəni axıra kimi izləmiş, mübahisə zamanı Samir qəsdən Vahidə yumruq zərbəsi vurmamış, ondan uzaq durması üçün Samir Vahidi itələmiş, Vahidin sağ sifət və ağız nahiyyəsi stola dəyməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri maddi zərərlə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddiaçıya zərər vurulmasının sübutetmə yükü iddiaçının, lakin həmin zərərin mövcudluğunu təkzib edildiyi halda, iddiaçıya zərər vurulmadığını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. İş materiallarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi əsassızdır. İddiaçı Cavabdeh tərəfindən ona küt alət vasitəsilə ağır zərbə endirdiyini iddia etmişdir. Ekspertiza rəyi xəsarət yetirildiyini və xəsarətin küt alətin təsirindən əmələ gəlməsini müəyyən etsə də, həmin xəsarəti məhz iddiaçıya cavabdeh tərəfindən yetirdiyi öz əksini tapmamışdır. İddiaçı məhkəmədə gətirdiyi faktiki halları sübut edə bilmədi. İddiaçı xəsarətin ona məhz cavabdeh tərəfindən yetirilməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədi. Halbuki ilkin olaraq sübutetmə yükü onun üzərinə düşür. Cavabdeh isə öz etirazını məhkəmədə dindirilmiş şahid ifadəsi ilə sübut etdi. Məhkəmə şahidin ifadəsini iş üçün əhəmiyyət kəsb etdiyi üçün mötəbər sübut kimi qəbul etmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bellə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçının Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar