Məhkəmə qərarları › İş №2(051)-504/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-504/2022

25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-504/2022 25.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili – Fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 4265 (dörd min iki yüz altmış beş) manat məbləğdə pulun və ödənilmiş 63 dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclası zamanı iddia ərizəsinə əsasən izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 18 dekabr 2021-ci il tarixdə, saat 18:40 radələrində özünə məxsus “Chevrolet Cruze” markalı, **-CK- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhəri 20 yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində işıqforun qırmızı işığında hərəkət edərkən “VAZ-21063” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol hərəkəti qaydalarının tələblərini pozaraq, onun idarə etdiyi avtomobili sol tərəfdən vurmuş və nəticədə avtomobilə xeyli miqdarda maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı Mingəçevir ŞPŞ-i DYPB tərəfindən 18 dekabr 2021-ci il tarixdə İnzibati Xəta haqqında Protokol tərtib edilərək Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Qeyd edir ki, hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə edirmiş və nəticədə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(051)-960/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Hadisədən sonra avtomobilinə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün “LADA TXS” Avto Texniki Xidmət mərkəzinə müraciət etmişdir. Mütəxəssis tərəfindən avtomobilinə baxış keçirilmiş, ehtiyat hissələri və təmir xərcləri də daxil olmaqla, 4265 manat məbləğində ziyan hesablanmış və bununla bağlı müvafiq akt tərtib edilmişdir. O, avtomobilini öz vəsaiti hesabına təmir etdirmişdir. Ona vurulan ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, müxtəlif bəhanələr gətirməklə ziyanı ödəməkdən boyun qaçırır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən Cavabdeh dəymiş ziyana görə 4265 (dörd min iki yüz altmış beş) manat məbləğdə pulun və ödənilmiş 63 dövlət rüsumunun alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X2 məhkəmə iclası zamanı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmədən iddia tələbinin həcmini azaldaraq Cavabdeh dəymiş ziyana görə ekspert rəyində qeyd edilən 4085 (dörd min səksən beş) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdi və məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, həqiqətən, iddiaçı tərəfin izahatında bildirdiyi nəqliyyat hadisəsi baş vermiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(051)-960/2021 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Lakin iddiaçı tərəfin tələbindəki məbləğ yüksək göstərilmişdir. Onun fikrincə, avtomobilə dəymiş ziyan daha azdır. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 3(051)-960/2021 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğdə cərimə edilmişidir. İşə əlavə olunmuş Nəqliyyat Vasitələrinin Təmirinə dair Smetadan görünür ki, İ Təmir işlərinin dəyəri- 990 manat, İİ Nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri- 3015 manat, İİİ Təzə materialların dəyəri- 260 manat, nəqliyyat vasitəsinin təmirinin dəyərinin cəmi 4265 manat məbləğində hesablanmışdır. İşə əlavə olunmuş Məhkəmə Ekspetiza Mərkəzinin 12 iyul 2021-ci il tarixli 9/3552 ekpert rəyindən görünür ki, dəyişilməli hissələrin qiyməti- 3235 manat, təmir-bərpa işlərinin qiyməti- 850 manat olamaqla cəmi 4085 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh izahatında nəqliyyat hadisəsi baş verdiyini etiraf etmişdir. Lakin vurduğu ziyanın məbləğinin tələbdə göstəriləndən daha az olduğunu bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin faktiki hallarını, iş materiallarını və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, İddiaçı 18 dekabr 2021-ci il tarixdə, saat 18:40 radələrində özünə məxsus “Chevrolet Cruze” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhəri 20 yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində işıqforun qırmızı işığında hərəkət edərkən “VAZ-21063” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol hərəkəti qaydalarının tələblərini pozaraq, iddiaçının idarə etdiyi avtomobili sol tərəfdən vurmuş və nəticədə avtomobilə xeyli miqdarda maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı Mingəçevir ŞPŞ-i DYPB tərəfindən 18 dekabr 2021-ci il tarixdə İnzibati Xəta haqqında Protokol tərtib edilərək Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(051)-960/2021 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra İddiaçı avtomobilini təmir etdirmişdir. Təmir etdirdikdən sonra cavabdehdən təmirə çəkdiyi xərci tələb etsə də, Cavabdeh ona vurduğu ziyanı ödəməkdən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları nəqliyyat vasitəsinin təmiri ilə bağlı iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş materiallarını əhatəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı mötəbər sübutlar irəli sürərək cavabdehin ona maddi ziyan vurduğunu sübut etmişdir. Məhkəmə ekspert rəyini elmi tədqiqata əsaslandığından mötəbər sübut kimi qəbul edir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı və Cavabdeh 4085 (dörd min səksən beş) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 63 məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4085 (dörd min səksən beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 63 (altmış üç) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar