Məhkəmə qərarları › İş №2(051)-508/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-508/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-508/2022 14.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 qızının iştirakı ilə İddiaçı Cavabdeh1 qızı və Cavabdeh2 Akif qızına qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qızı və Cavabdeh2 Akif qızına qarşı qızıl-zinət əşyaları və pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3 adda qızıl-zinət əşyalarının, yəni komplekt dəst, qızıl üzük və bilərziyin özünün və ya onların cəmi dəyəri olan 2085 manat məbləğdə pulun və dövlət rüsumu kimi ödədiyi 40 manat məbləğində pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh1 qızınu mağazasının qızıl-zinət əşyalarının alıcısı kimi tanımışdır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. 2020-ci ildən başlayaraq qıızıl-zinət əşyalarının nisyə satmağa başlamışdır. Belə ki Cavabdeh1 və Cavabdeh2 ondan 465 manat dəyərində qızıl üzüyü nisyə almışdır. Bir müddət sonra borcun 130 manatını ödəmişdir. Bundan sonra cavabdehlər 12.81 qram çəkidə 1280 manat dəyərində komplekt dəst, 15 qram çəkidə, 1220 manat dəyərində qızıl bilərzik almışdır. Cavabdehləri iddiaçıdan aldıqları qızıl zinət əşyalarının 130 manat, 500 manat, 250 manat olmaqla 880 manat borcu qaytarmışlar, ancaq qalan 2085 manat borcu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 qızı təqdim etdiyi ərizəsində və məhkəmə iclası zamanı izahatında ona qarşı irəli sürülmüş iddianı qəbul etdi və əlavə olaraq göstərdi ki, cavabdeh qismində göstərilmiş Cavabdeh2 Akif qızı onun gəlinidir və qızıl zinət əşyalarını gəlini deyil, cavabdeh özü götürmüşdür. O, ərizədə iddianı qəbul etdiyini və borcu hissə-hissə qaytarmağa razı olduğunu bildirmişdir. Odur ki, məhkəmədən ərizədə göstərilənləri nəzərə alaraq qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan 04.12.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 qızı 130 manat, 23.06.2021-ci il tarixli qəbz əsasən 500 manat və 23.07.2021- ci il tarixli qəbz əsasən 250 manat ödəniş etdiyini bildirmişdir. Qalan pulu isə ödəyəcəyini öhdəsinə götürmüşdür. İşdə olan Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş 05.07.2021-ci il tarixli 05 nömrəli rəydən görünür ki, hal-hazırda 750 əyyarlı İtaliya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 100 manat olmaqla, 12.81 qram çəkidə olan dəstin qiyməti 1281 manat, 585 əyyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 93 manat olmaqla, 5 qram çəkidə olan üzük barmaqcılın qiyməti 465 manat, 750 əyyarlı İtaliya istehsalı olan 1 qram qızılın alış qiyməti 90 manat, satış qiyməti 100 manat olmaqla, 15 qram çəkidə olan olan bilərziyin qiyməti 1500 manat dəyərindədir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin ona 2085 manat məbləğində borcu qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci və 6.1.5-ci maddələrində göstərilir ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələbinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında sadə yazılı formada nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh hissə-hissə ödəmək şərti ilə iddiaçıdan ümumi dəyəri 2965 manat olan 3 adda qızıl əşyası almış, lakin cavabdeh ümumi borcundan cəmi 880 manat ödəniş etsə də, qalan məbləği ödəməkdən yayınmaqla öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. İşin məhkəmədə araşdırması zamanv da cavabdeh məhkəmə iclasını iddianı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, cavabdehə iddianı etiraf etməsinin hüquqi nəticələrini izah edərək iddianın etiraf etməsini təsdiq edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçıya 2085 manat məbləğində borcunun olması sübuta yetirildiyindən, məhkəmə tərəfindən cavabdehin iddianı etiraf etməsini təsdiq edildiyindən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və cavabdehdən 2085 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, cavabdeh X1 dövlət rüsumunun əvəzi olan 40 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏ T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 qızından 2085 (iki min səksən beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 qızından 40 (qırx) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar