Məhkəmə qərarları › İş №2(051)-517/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-517/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-517/2021 12.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı məcburi qaydada gömrük xərclərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı məcburi qaydada gömrük xərclərinin və cərimənin ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı Dağıstan Gömrüyünün xeyrinə gömrük ödənişinin, faizinin və cəriməsinin, ümumilikdə 429.556 rus rublu 64 rus kopeykası məbləğində gömrük xərclərinin (gömrük ödənişi- 407.133 rus rublu 75 rus kopeykası, cərimə- 22.422 rus rublu 89 rus kopeykası) tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddia ərizəsi MPMin maddələrinə uyğun şəkildə tərtib edilmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsinin surətlərinin sayı tərəflərin sayına uyğun şəkildə iddia ərizəsinə əlavə olunmamışdur. Azərbaycan Respublikası MPM-in 150.0.1-ci maddəsinə əsasən Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Bundan əlavə dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-in 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı məcburi qaydada gömrük xərclərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanılmaldır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Dağıstan Gömrüyünün Cavabdeh qarşı məcburi qaydada gömrük xərclərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar