Məhkəmə qərarları › İş №2(051)-520/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-520/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-520/2024 07.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı cavabdeh X5 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəyeva X4 Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X3 ondan aldığı borc pul məbləği olaraq 500 manat, məhkəmə xərcləri olaraq dövlət rüsumu kimi ödədiyi 30 manat pulun cəmi 530 manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X6 xx.xx.2021-ci ildə 500 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcu ona hissə-hissə ödədəcəyinə dair həm yazılı həm də şifahi söz vermişdir. Lakin cavabdeh həmin borcdan indiyə qədər ona heç bir ödəniş etməmişdir. O, xx.xx.2023-cü il tarixdə yazılı şəkildə müraciət edərək bildirmişdir ki, ona olan 500 manat məbləğində borcun geri ödəməsini tələb edir. Lakin cavabdeh ona olan borcunu ödəməkdən imtina edir. Odur ki, cavabdeh X3 ondan aldığı borc pul məbləği olaraq 500 manat və ödənilmiş dövlət rüsumu kimi 30 manat, cəmi 530 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X8 bildirdi ki, mülki iş üzrə olan cavabdeh Bahar onun qızıdır. İddiaçının qeyd etdiyi pulu qızı Bahar yox, o almışdır. O, iddiaçını uzun müddətdir ki, tanıyır və yaxın münasibətləri var. O, İddiaçı borc pul almış və qızı Bahara məxsus olan qızıl zinət əşyası olan-sırğanı girov qoymuşdur. Həmin pulun qaytarılması müqabilində o, iddiaçıya məxsus xalçaları yumuş, evini təmizləmişdir. Hətta rayondan ona 10 ədəd toyuq gətirmişdir ki, həmin borcdan hissə-hissə silinsin. Sonra Bahar özünə məxsus olan qızıl sırğanı götürmək istədiyində iddiaçı ona qəbz yazdırmış və imzalatmışdır. Məhkəmə tərəfin və nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Mirzəyeva X4 şəhəri H.Əliyev prospekti ev 76/1, mənzil 29 ünvanda qeydiyyatdadır. xx.xx.2021-ci il tarixdə qəbzdən görünür ki, X1 Yeganə Rəhbər qızından 500 manat məbləğində borc pul almış qaytarması barədə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli ********** mədaxil qəbzinə əsasən Mirzəyeva X4 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin gəldiyi nəticə Məhkəmə tərəflər arasında olan işin müəyyən olunmuş hallarına qiymət verərəkiddiaçının cavabdehə 500 manat pul verdiyini və cavabdehin iddiaçıdan borc aldığını qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia borcun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Cavabdehin həmin pulu iddiaçıya qaytarması barədə etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Eyni zamanda iş materialı ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi vermək üçün dövlət rüsumu kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh X3 borc pul məbləği olaraq 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, cəmi 530 manat pul tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. X3 borc məbləği olaraq 500 (beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 530 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar