Məhkəmə qərarları › İş №2(051)-523/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-523/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-523/2025 22.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli borc müqaviləsi əsasında Cavabdeh xx.xx.2020-ci il tarixədək qaytarılması şərti ilə 10000 manat borc vermişdir. Sonradan korona olması, sonra isə Talehin atası vəfat etdiyindən Taleh ondan vaxt verməyini istəmişdir. Hazırki müddətə kimi gözləmişdir. Hazırda isə bildirir ki, atasının adına torpaq sahəsi var, həmin torpağı satıb pulunu qaytaracaqdır. Hər bir halda mübahisəyə məhkəmədə baxılmasını istəyir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək xəstəliyi ilə bağlı olaraq işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etməmiş, məhkəməyə teleqram göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizə verərək, İddiaçı ona qarşı “pul” tələbinə dair işə iddia müddətinin tətbiq edilərək rədd edilməsini haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları: xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzinə əsasən Tağıyev X1 Şəhər Məhkəməsində iddia qaldırmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı borcalan Cavabdeh 10000 manat pulu xx.xx.2020-ci il tarixədək qaytarmaq şərtilə vermişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı “pul” tələbinə dair iş üzrə iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşin müəyyən olunmuş halı: İddiaçı cavabdehə xx.xx.2019-cu il tarixli borc müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 10000 manat pul vermişdir. Cavabdeh borcundan ödəniş etməmişdir. İddiaçı 10000 manat borcu cavabdehdən tələb edir. Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilərək rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında borcun verilməsinə dair xx.xx.2019-cu il tarixli borc müqaviləsi imzalanmışdır. İddiaçı cavabdehə həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 10000 manat pul vermişdir. Cavabdeh borcundan ödəniş etməmişdir. Cavabdeh iddia tələbinə iddia müddəti tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməli, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş 120 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 120 (bir yüz iyirmi manat) dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar