Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-532/2025 22.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2277,4 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-60/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz narkotik vasitəsi saxlama) təqsirli bilinərək 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçınə daxil olmuş (icra məmuru Vüsal Quluzadə), məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə "Attenti” markalı bir ədəd 35630372 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sədə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə icra məmuru Vüsal Quluzadə tərəfindən müvafiq protokol tərtib edilmişdir. Buna baxmayaraq sözügedən elektron nəzarət vasitələri (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır. Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün istifadə edilməməsi səbəbindən zərbə nəticəsində ana platada elektron elementlərin qopması və istifadəyə taın yararsız olması qeyd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,4 manat təşkil etdiyi bildirilmişdir. Bundan sonra məhkum Cavabdeh bildiriş göndərilərək elektron nəzarət vasitəsinin dəyərinin 2277,4 manat məbləğində pulun (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hazıradək vurulmuş zərərin əvəzi ödənilməmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbini qəbul etdiyini, dəymiş zərəri ödəməkdən boyun qaçırmadığını, lakin elektron nəzarət vasitəsinə qəsdən zərər vurmadığını bildirdi. Belə ki, yeridiyi zaman ayağı ilişərək yıxılmış və həmin vaxt eletrok nəzarət vasitəsi zədələnmişdir. İş materialları: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-60/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh üzərində qəti olaraq 1 il 7 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Cavabdeh üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, hökmün icrası İddiaçınə tapşırılmışdır. xx.xx.2023-cü il tarixli cəzaya məhkum edilmiş şəxsin qeydiyyata alınması barədə protokoldan görünür ki, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. xx.xx.2023-cü il tarixli elektron nəzarət vasitəsinin zədələnməsi barədə aktdan görünür ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilmiş, mobil qurğunun korpusunun zərbə nəticəsində zədələndiyi, mobil qurğunun açılmadığı müəyyən olunmuşdur. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 000475 №li texniki rəydən görünür ki, 35630732 seriya nömrəli “Attenti V6” mobil qurğusu zərbə nəticəsində ana platada elektron element qopmuş, təmiri mümkün deyil, istifadəyə tam yararsızdır. “Attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışından görünür ki, “attenti” markalı 1 dəst ağıllı elektron qolbaq (sadə elektron qolbaq -1 ədəd, mobil nəzarət qurğusu – 1 ədəd, elektrik adapteri – 1 ədəd, klipsa -1 cüt-proqram lisenziyası -1 ədəd) 2021-ci ildə istifadəyə verilmiş, qiyməti 2277,40 manatdır. İşin müəyyən olunmuş halı Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə "Attenti” markalı bir ədəd 35630372 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sədə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh mobil nəzarət qurğusu yararsız hala salınmışdır. İddiaçı vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Cavabdeh iddia tələbinə etiraz etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 144 №li Qərarı 7.5. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə "Attenti” markalı bir ədəd 35630372 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sədə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən elektron nəzarət vasitəsinin yararsız hala salınması tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli və Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərə görə 2277,4 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki müvafiq hesabına vurulmuş maddi zərərə görə Cavabdeh tərəfindən 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva