Məhkəmə qərarları › İş №2(051)-534/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-534/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-534/2022 16.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızının Cavabdeh: (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı « uşağın saxlanması üçün sabit pul məbləğində ödənilən aylıq alimentin miqdarının artırılması» tələbinə dair iddiası və Cavabdeh İddiaçı qızına qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş 13.08.2011-ci il təvəllüdlü X7 və 12.09.2018-ci il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 alimentinin miqdarının artırılması barədə tələbinin təmin edilməməsi, 2 uşağa görə alimentin qazancının üçdə bir hissəsi miqdarında tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından 13.08.2011-ci il təvəlüdlü X7 və 12.09.2018-ci il təvəllüdlü X9 adlı iki nəfər uşaqları olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da sonradan münasibətləri cavabdehin təqsiri üzündən pisləşməyə başlamışdır. Mingəçevir şəhər məhkəməsinin 16.08.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər uşaq üçün 120 manat cəmi 240 manat alimentin tutulması qət edilmişdir. Həmçinin qətnamə ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Müəyyən edilmiş alimentlə yuşaqların tələbatını ödəməyə artıq gücü çatmır. Bi ana kimi öhdəsinə düşən bütün vəzifələri yerinə yetirsə də Cavabdeh bu vəzfələri yerinə yetirmir. Cavabdeh özü "xxxx" MMC- də 1 regional satış şöbəsində satış təmislşisi vəzifəsində işləyir. Satış cədvəlinə uyğun olaraq əmək haqqı və əlavə olaraq hər ay 20000 manat planın müəyyən faizi bonus şəklində verilməklə aylıq qazancı orta hesabla 1300-1500 manat civarında olur. Cavabdehin qazancı yaxşı olduğu üçün bu yaxınlarda yeni bahalı avtomobil almışdır. Göründüyü kimi maddi vəziyyəti yaxşı olsa da o, könüllü olaraq övladlarına yardım göstərməyə cəhd etmir. Məhkəmə tərəfindən təyin edilmiş alimenti isə övladlarının tələbatını ödəməyə bəs etmir. Övladı 13.08.2011-ci il təvəllüdlü Fidan onurğanın 1ci dərəcəli skoliozu xəstəliyi ilə mütəmadi olaraq davamlı şəkildə müalicə masaj prosedura keçir. Bunlarda əlavə xərc tələb edir. Ona görə də məhkəmədən Cavabdeh ilə birgə rəsmi nikahdan doğulmuş 13.08.2011-ci il təvəllüdlü X7 və 12.09.2018-ci il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılmaları üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, nəzərə çatdırır ki, cavabdeh X6 ona qarşı Mingəçevir şəhər məhkəməsində «alimentin artırılması tələbinə dair» iddia qaldırmışdır. Cavabdehin Türkanə Abdullayevə ilə birgə nigahlarından 13.08.2011 -ci il tarixdə X8 və 12.09.2018-ci il tarixdə X9 adlı iki uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibəti pozulduğundan Mingəçevir şəhər Məhkəməsinin 10.02.2020-ci il tarixli qətnaməsi ilə nigahları pozulmuş və uşaqlar Türkanənin himayəsinə verilmişdir. Həmçinin Mingəçevir şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh hər uşağın saxlanması üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmçinin uşağın 3 yaşınadək əlavə xərc də ondan tutulmuşdur. Bildirir ki, təyin olunmuş aliment və əlavə xərc məbləğini hər ay vaxtında vermiş və heç bir aliment borcu qalmayıb. Əmək haqqı az olsa da onun kiçik bir hissəsini özündə saxlamaqla çalışmışdır ki, əmək haqqı hesabına uşaqlarının alimentini verməklə bərabər, həm də onların digər xərclərini də ödəyir. Belə ki, hər ay uşaqlarla görüşən zaman onlara ərzaq, paltar, oyuncaq alıb vermişdir. Görünür ki, Cəlalın etdikləri Türkanəni qane etmir və çalışır ki, daha çox pul qopartsın. Türkanə Abdullayevə iddia ərizəsində göstərir ki, o "xxxx" MMC-də işləməklə yüksək əmək haqqı alır və qazancı böyükdür. İddiasında Göstərir ki, həqiqətən o, 01.04.2013-cü il tarixdən "xxxx" MMC-də işləyir və hazırda satış təmsilçisi vəzifəsində çalışır. Aylıq əmək haqqı 525 manatdır. Bundan başqa heç bir gəliri və qazancı yoxdur. Hələ məhkəmənin alimentin hər uşaq üçün ayda sabit pul məbləği ilə 120 manat müəyyən etməsi işin faktiki halına, cavabdehin maddi vəziyyətinə uyğun deyildir. O, uşaqlar uçun aliment verməkdən imtina etmir. Lakin alimentin tutulması qət edilərkən onun maddi vəziyyəti nəzərə alınmamışdır. Göründüyü kimi qanunvericilik sabit pul məbləğində alimentin tutulması hallarını konkret olaraq göstərmişdir. Məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, Cəlal "xxxx" MMC-də çalışır və əmək haqqısı ayda 525 manatdır. Bundan başqa onun heç bir qazancı və ya gəliri yoxdur. Nə qədər axtarsa da bundan gəlirli sahə tapa bilməmiş, sözsüz ki, daha gəlirli sahə tapsaydı həmin sahədə işləyərdi ki, həm özünün maddi vəziyyəti yaxşılaşsın, həm də uşaqlarına daha yaxşı baxsın. Cavabdeh ərizəsində göstərir ki, qazancı yaxşı olduğu üçün maşın almışdır. Bildirir ki, Cəlalın işi başqa ərazilərə gedib satışa nəzarət etməkdən ibarət olduğundan, ona maşın lazım olur. Hazırda aldığı avtomaşın atasının bankdan götürdüyü kredit hesabına alınmışdır və həmin krediti də atası ödəyir. Yəni maşın alınması onun qazancının yüksək olması ilə əlaqədar deyildir. İşə əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2021-cu ilin avqust ayının 28 günündə 103 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş sürətlərindən görünür ki, 13.08.2011-ci il təvəllüdlü X7 və 12.09.2018-ci il təvəllüdlü X9 adlı uşaqların atası Cavabdeh anası isə İddiaçıdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-1781/2019-cu il tarixli 16.08.2019cu il tarixli qətnməsindən görünür ki, Cavabdeh 13 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün 120 (bir yüz iyirmi) manat və 12 sentyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasıüçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment hər ay tutulub, ünvan 1 ünvanda yaşayan İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş “Yevlax rayon X12 Hüquqi Şəxsin” tərəfindən verilmiş Arayışdan görünür ki, X1 1-ci dərəcəli skoliozu xəstəliyi ilə diaqnozu qoyulmuşdur. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 12.01.2022-cui il tarixli arayışdan görünür ki, Cavabdeh 01.04.2013-cü il tarixdən "xxxx" MMC-də işləyir və aylıq əmək haqqısı 525 manat təşkil edir. İşə əlavə edilmiş X14 İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbi tərəfindən verilmiş 14.02.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən verilmiş 12.01.2022-cui il tarixli arayışdan görünür ki, Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbində işləyir və aylıq əmək haqqısı 316 manat təşkil edir. Məhkəmə baxışında iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan 13.08.2011-ci il təvəllüdlü X7 və 12.09.2018-ci il təvəllüdlü X9 iddiaçının yanındadırlar. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb, müqayisəli şəkildə qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsidir. Lakin iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, alimentin müəyyən olunduğu dövrdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşdur. Həmin dövrdən sonra qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmış Fidan və Murad adlı uşaqlar böyüyərək maddi tələbləri artmışdır. Bundan əlavə iddiaçının yanında qalan 13.08.2011-ci il təvəlüdlü X1 1-ci dərəcəli skoliozu xəstəliyi ilə diaqnozu xəstəliyindən əziyyət çəkir. Hal hazırda mövcud olan alimentlə isə iddiaçının öz övladının maddi və digər tələblərinin ödənilməsi üçün kifayət etmədiyi, həmçinin xəstəlikdən əziyyət çəkən övladının müalicə və müayinə xərclərinin ödənilməsində də kifayət qədər əziyyət çəkdiyini göstərir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddia Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanunun tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimum haqqında Azərbaycan Respublikası Qanunun tələbinə əsasən 2022-ci il yaşayış minimum uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir. Buna görə də alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar vardır. Artırılan alimentin məbləği müəyyən edilərkən nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti aşağı səviyədədir və o uşağını saxlamaqda çətinlik çəkir. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Məhkəmə tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün iddiaçının himayəsində olan uşaqların alimentinin artırılaraq hər ay hər uşağa 175 manat miqdarında tutulmasını məqsədə uyğun sayır. Məhkəmə Cavabdeh İddiaçı qızına qarşı «alimentin miqdarının artırılmaması və 2 uşağa görə alimentin qazancının üçdə bir hissəsi miqdarında tutulması» tələbinə dair qarşılıqlı iddiasına məhkəmə hüquqi qiymət verərək hesab edlir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün cavabdeh tərəfin möhtəbər sübutlar təqdim edilomədiyi üçün, həmçinin Ailə Məcəlləsinin 78-ci maddəsinin mənasından da görünür ki, həmin hüquq alimentim tələb edənə, yəni qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına məxsusdur. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı və Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli 2(051)-534/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 13.08.2011-ci il təvəllüdlü X7 və 12.09.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 manat, cəmi 350 manat miqdarında müəyyən edilməli və hər ay tutularaq, İddiaçı verilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Cavabdeh Mingəçevir şəhər Məhkəməsinin 16.08.2019-cu il tarixli 2(051)-534/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, 13.08.2011-ci il təvəllüdlü X7 və 12.09.2018ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 manat, cəmi 350 manat miqdarında müəyyən edilsin və hər ay tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi təmin edilməsin. Artırılan məbləğdə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar