Məhkəmə qərarları › İş №2(051)-536/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-536/2025

30.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-536/2025 30.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yahya qızı, İddiaçı6, İddiaçı7, İddiaçı9 və İddiaçı8, İddiaçı10 cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin cavabdehdən tələb edilməsinə dair ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİ İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yahya qızı, İddiaçı6, İddiaçı7, İddiaçı9 və İddiaçı8, İddiaçı10 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-dən "xxxx" ASC-nin 2021-2024-cü illərdə keçirilmiş Səhmdarlarının ümumi yığıncağının protokollarının surətinin, 2021-2024-cü illərin maliyyə təsərrüfat fəaliyyətinə dair müstəqil auditorun audit aktının surətinin və 2021-2024-cü illərin maliyyə balansının surətini, Cəmiyyətin Nizamnaməsinin surətini və Qiymətli kağız mülkiyyətçilərinin sonuncu reyestrinin surətinim onlara təqdim edilməsi vəzifəsinin ASC-nin icra orqanlarının rəhbərinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələblərini pozaraq, dövlət rüsumunun ödənilməsini təsdiq edən lazımi sənədi iddia ərizəsinə əlavə edilmiş sənədlərə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Yahya qızı, İddiaçı6, İddiaçı7, İddiaçı9 və İddiaçı8, İddiaçı10 cavabdeh "xxxx" ASC-yə qarşı sənədlərin cavabdehdən tələb edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar