Məhkəmə qərarları › İş №2(051)-538/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-538/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-538/2025 07.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat əsas borc, 1000 manat əldən çıxmış fayda olmaqla, cəmi 6000 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, öz halal zəhməti ilə dolanır. Valideyn himayəsindən məhrum olunmuş bir qız uşağını qəyyumluğa götürmüş və öz övladı kimi həmin uşağı böyütmüşdür. Həmin uşağa dövlət tərəfindən hər ay verilən müavinəti toplayırmış ki, övladına gələcəkdə cehizlik əşyaları alsın. 2024-cü ilin yanvar ayında yaxından tanıdığı tanışı X3 ona demişdir ki, əmisi qızına təcili 5000 manat borc pul lazımdır, bir ay müddətində tam həcmdə geri qaytaracaqdır. O, əvvəlcə tərəddüd etmişdir. Sonra isə Leyla Hətəmovanı tanıdığından və onun əmisi qızı, iş üzrə Cavabdeh isə Kəlbəcər rayon 118 nömrəli orta məktəbinin fizika-riyaziyyat müəlliməsi olduğundan düşünmüşdür ki, onu aldatmaz və borcunu bir ay müddətinə qaytarar. Ona görə də, 2024cü ilin yanvar ayının sonlarında Leyla Hətəmovanın iştirakı ilə aralarında olan şifahi razılaşmaya əsasən, 5000 manat pulu Cavabdeh bir ay müddətinə borc olaraq vermişdir. Cavabdeh ondan 5000 manat borc pul alarkən söz vermişdir ki, bir ay müddətinə bankdan öz adına kredit götürüb ona olan borcunu qaytaracaqdır. Həmçinin, həmin vaxt onu inandırmaq üçün özlərinə məxsus ünvan 1 ünvanında yerləşən mənzillərinin çıxarışının surətini ona vermişdir. Həmin mənzil sənədini də iddia ərizəsinə əlavə etmişdir. Aralarında razılaşdıqları bir ay müddət keçəndən sonra o, Cavabdeh borcunu geri tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirmiş və pulunu geri qaytarmaqdan imtina etmişdir. Göstərilən səbəbdən o ağır maddi duruma düşmüşdür. İş üzrə Cavabdeh ona 5000 manat pul borclu olmasını onun öz doğma əmisi qızı X3 da məhkəmə prosesində gəlib təsdiq edə bilər. Ona görə də Cavabdeh ilə arasında olan borc tələbi ilə bağlı məsələni məhkəmə qaydasında həll etmək mülki iddia qaldırmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə etdi ki cavabdeh borcundan 750 manat qaytarmışdır. Bununla belə iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahat verərək, iddianın əsaslı olduğunu və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə qismən razıdır. Belə ki, iddiaçıya aid kart hesabına 750 manat pul göndərmişdir. Əlavə olaraq iddiaçıya əlbəəl 500 manat pul qaytarmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın qismən təmin edilməsini xahiş etdi. İş materialları: xx.xx.2024-cü il tarixdə verilmiş ******* №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, MH seriyalı ******* №li çıxarışa əsasən Mingəçevir şəhəri, İ.Qayıbov küçəsində istifadədə olan 0.084 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 33.52 kv.m. ümumi, 17.26 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 70 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli 11 №li 3 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Mahmudova X1 şəhəri, İ.Qayıbov küçəsi, ev 6, mənzil 40 ünvanında qeydiyyatdadır, yaşamır. xx.xx.2024-cü il tarixli **********3 №li qəbzdən görünür ki, ****5403 nömrəli kart hesabından ****9475 №li kart hesabına 750 manat məbləğində pul köçürülmüşdür. xx.xx.2025-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus416973*****5403 nömrəli kartdan xx.xx.2024-xx.xx.2024-cü il tarixli dövr ərzində olan çıxarışa əsasən 1533 manat mədaxil, 1450 manat məxaric olmuşdur. İşin müəyyən olunmuş halı İddiaçı Cavabdeh aralarında olan razılaşmaya əsasən 5000 manat borc pul vermişdir. Cavabdeh borcundan 750 manat iddiaçıya qaytarmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı cavabdehə 5000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcundan 750 manat iddiaçıya qaytarmışdır. Cavabdeh iddiaçıya əlavə olaraq borcundan 500 manat qaytardığını bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı tələb etdiyi əldən çıxmış fayda ilə bağlı olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də pulun qaytarılması məqamında iddiaçının cavabdehdən əldən çıxmış fayda kimi 1000 manat tələb etməsi əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh 4250 manat pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun əvəzi 50 manat Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar