Məhkəmə qərarları › İş №2(051)-54/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-54/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-54/2020 29.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçı «xxxxxxxx» X4 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, iddiaçı: Ləğv prosesində olan «xxxxxxxx» X4 X1 cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan «xxxxxxxx» X4 X1 nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 346 manat məbləğdə əsas kredit borcu və 103 manat məbləğdə faiz borcu olmaqla, cəmi 449 manat borcun və 20 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan «xxxxxxxx» ASC-nəödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Ləğv prosesində olan «xxxxxxxx» X4 X1 etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbində qaldığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdə «xxxxxxxx» ASC ilə MF-EX/517 saylı kredit müqaviləsi bağlayaraq, şəxsi məqsədlər üçün 48 ay müddətinə illik 24 % ödəmək şərtilə 3500 manat məbləğdə kredit verilmişdir. Eyni zamanda həmin tarixdə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlayaraq Cavabdeh1 öhdəliyinin icra olunmasını təmin etmək üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Kredit müqaviləsinin 3.4-cü bəndi ilə müəyyən olunmuş şərtlərə görə Cavabdeh1 aldığı kreditə görə kreditora illik 24 faiz ödəyir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda o, kredit verənə müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin ikiqat həcmində cəriməödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, müqavilənin 2.4.3-cü yarımbəndində göstərilən vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən kredit alan kredit verənə kredit məbləğinin 5 faizi həcmində cəriməödəyir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini icra etməmiş və nəticədə onların banka 346 manat məbləğdə əsas kredit borcu və 103 manat məbləğdə faiz borcu olmaqla, cəmi 449 manat məbləğdə borcu yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 346 manat məbləğdə əsas kredit borcu və 103 manat məbləğdə faiz borcu olmaqla, cəmi 449 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulub ləğv prosesində olan «xxxxxxxx» ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 «xxxxxxxx» ASC ilə xx xxxxxx 2014-cü il tarixdə MF-EX-517 saylı müqavilə bağlayaraq 3500 manat məbləğdə kredit almış, aldığı borc məbləğini illik 24 faiz əlavəsi ilə 48 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İddia ərizəsinə əlavə olunmuş «xxxxxxxx» ASC-nin xx xxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxxxxxx» ASC-nə 449 manat məbləğdə borcu qalmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 20012 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 «xxxxxxxx» ASC-nə 346 manat məbləğdə əsas, 103 manat məbləğdə faiz borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27055 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 «xxxxxxxx» ASC-nə 0 manat məbləğdə əsas, 0 manat məbləğdə faiz borcu və 5748.21 manat məbləğdə artıq ödəniş borcu yaranmışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 2320 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 «xxxxxxxx» ASC-nə 306.62 manat məbləğdə əsas, 4.29 manat məbləğdə faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kredit və zaminliyə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi ekspertiza rəyində göstərildiyi qaydada qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görəöhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranmasıüçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılmasıüçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hüquq normalarına əsasən, iddiaçının borcalana qarşı borcun ödənilməsi tələbi əsaslıdır. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuşşəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğdə pul vəsaiti iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Sadalanan hallar və hüquq normaları cavabdehlərdən borcun ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Həmin Məcəllənin 220.5-ci maddəsinin tələbinə görə, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107 və 115.0.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə 100 manat məbləğdə ekspertiza xərci iddiaçıya və 70 manat məbləğdə ekspertiza xərci cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 241-244, 357 və 360-maddələrini rəhbər tutaraq qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 306.62 manat məbləğdə əsas, 4.29 manat məbləğdə faiz borcu olmaqla, cəmi 310.91 manat məbləğdə borc alınıb ləğv prosesində olan «xxxxxxxx» X5 verilsin. Dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğdə pul cavabdehlərdən alınıb ləğv prosesində olan «xxxxxxxx» ASC-nin hesabına ödənilsin. İş üzrə 100 manat məbləğdə ekspertiza xərci iddiaçıdan və 70 manat məbləğdə ekspertiza xərci cavabdehlərdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar