Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-546/2021 10.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı qızının Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı qızının Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı qızının Məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, alimentin artırılmasına dair Cavabdeh qarşı iddia qaldırmışdır. Lakin həmin iddianın baxılmamış saxlanmasını istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, Bununla belə iddiaçı iddianın baxılmamış saxlanması barədə məhkəməyə ünvanlamış, cavabdeh tərəf isə Mingəçevir Şəhər Məhkəməsinin elektron ünvanına iddia ərizəsinə qarşı eturaz formasında göndərdiyi məktubda işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəf iddia ərizəsinin qaytarılması və işin baxılmamış saxlanması barədə ərizə verdiyindən, cavabdeh tərəf isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaş, məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-546/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-546/2021
10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver