Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-548/2021 03.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, cavabdeh Rəhimova X2 şəhər Günəşli Bağ massivində yerləşən 139 saylı Ağdam köçkün orta məktəbində texniki işçi işləyən həyat yoldaşı X1 vasitəsi ilə tanımışdır. Cavabdeh həyat yoldaşı Gülnar İsmayılovaya söhbət əsasında bildirmişdir ki, o, “Oriflame” şirkəti ilə əməkdaşlıq edir. Cavabdeh aralarında olan söhbət zamanı bildirdi ki, 300 manat versə, onu həmin ”Oriflame” şirkətinə sürücü işinə düzəldə bilər. O, Cavabdeh inanıb xx.xx.2020-ci il tarixdə 300 manat pulu ona verdi. Lakin o, ya işə düzəldilmədi, ya da pulu geri qayıtmadı. Dəfələrlə Cavabdeh pulu qaytarmasını tələb etmiş, lakin o, müxtəlif bəhanələrlə pulun qaytarmaqdan imtina etmişdir. İddianın təmin olunmasını, Cavabdeh 300 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş “Cinayət işi başlanılmasının rəd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, Sadiq Rəsulovdan 300 manat almış və ehtiyacı olduğu üçün həmin pulu özü xərcləmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 300 manat və dövlət rüsumu kimi ödənilmiş 20manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddəsinin rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 300 (üç yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-548/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-548/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver