Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-55/2024 05.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə İddiaçı: İddiaçı hüquqi varisi X5 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs AR ƏƏSMN yanında DƏMX X8 Şöbəsi) qarşı istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı hüquqi varisi X1 cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs: AR ƏƏSMN yanında DƏMX X8 Şöbəsi) qarşı istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar aylıq ödənişin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən sağlamlığa vurulan zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlamaqla ona ödənilməli olan ödəncin təyin edilməsi, vəkil xidməti üçün ödənilmiş 300 manat və 60 manat mediasiya pulunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işə məhkəmədə baxılarkən 03 iyul 2023-cü il tarixdə vəfat etdiyindən X1 ərizəsi əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 İddiaçı hüquqi varisi kimi tanınmışdır. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, o, 62 № li Tikinti İdarəsində qazanxana çilingəri kimi əmək vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alaraq əmək qabiliyyətini itirdiyindən 2-ci qrup əlillik almışdır. Əməl qabiliyyətini itirməsi 80 faizdir. 62 saylı Tikinti İdarəsi ona ödənilməli olan ödənci ödəmədiyindən Mingəçevir şəhər məhkəməsinin 25 mart 1999-cu il tarixli 2-58/1999 saylı qətnaməsi ilə 10.406.000 (on milyon dörd dprd yüz altı min) manat pulun ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası qaydasında 62 saylı Tikinti İdarəsinin 26 avqust 1999-cu il tarixədək hər ay 133794 manat zərərə görə ödənc ödənilməsi, 13,379400 manat birdəfəlik ödənc, zərərə görə aylıq ödənclər müəssisədə əmək haqqının kütləvi artımı zamanı qanunvericiliyə uyğun olaraq təchih olunması əmr edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 oktyabr 2022-ci il tarixli məktubuna əsasən göstərir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq keçmiş dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 1304 nömrəli Sərncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Mngəçevir şəhər 62 saylı Tikinti İdarəsinin bazasında Mingəçevir Tikinti -62” ASC yaradılmış, səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmiş və müstəqil təsərüfat subyektinə çevirilmişdir. Bu müddət ərzində Əmlak Komitəsi vasitəsilə hər ay məvacibinin 80 faiz olaraq 240 manat zərər pulu almışdır. Sonuncu dəfə 15 dekabr 2021-ci il tarixdə zərər pulu almışdır və bununla da 2021-ci il üçün borc bağlanmışdır. Ancaq xx.xx.2022-ci il tarixdən ona heç bir ödənc verilmir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddiaçı hüquqi varisi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs AR ƏƏSMN yanında DƏMX X8 Şöbəsinin nümayəndəsi X4 məhkəmə iclası zamanı bildirir ki, hazırda əmək qabiliyyətinin itirilməsinə görə ödənc müəssisənin fəaliyyətinə görə müəyyənləşdirilir. Belə mübahisələri üzrə zərərçəkənin əmək qabiliyyətinin itirməsi müəyyən edildikdən sonra ödəncin müəyyən edilməsi yaşayış minimumu səviyyəsində müəyyən edilməsi daha məqsədə müvafiq olar. Hal-hazırda onlar təyin olunmuş ödəncin dəqiq məbləği haqqında dəqiq söz deyə bilirz. Bu tip məsələlər üzrə dövlət statistika idarəsi daha düzgün məlumat verə bilər. Cavabdeh1 ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin və üçüncü şəxs AR ƏƏSMN yanında DƏMX Mingəçevir Regional Ərazi Şöbəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəsisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarına uyğun olaraq, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstələyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğlərinin təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda təqsirkar müəssisə işçiyə dəyən zərərə görə maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisənin gəliri hesabına ödənilməsi göstərilmiş, eyni zamanda müstəqil təsərüfat subyekti olan "xxxx" ASC-nin səhmdarları barədə məlumatların əldə olunması məqsədilə qiymətlə kağız sahiblərinin reyestrini aparan orqan olaraq Milli Depozit Mərkəzinə və ya cəmiyyətin qanuni təmsilçisinin müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin müraciət edilməsi töfsiyyə edilmişdir. 62 nömrəli Tikinti İdarəsi üzrə xx.xx.1999-cu il tarixli əmrdən görünür ki, İddiaçı qazanxana çilingəri xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək hər ay 133794 manat zərərə görə aylıq ödənc ödənilməsi əmr edilmişdir. 62 nömrəli Tikinti İdarəsi üzrə xx.xx.1999-cu il tarixli əmrdən görünür ki, İddiaçı qazanxana çilingəri xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək hər ay 133794 manat zərərə görə aylıq ödənc ödənilməsi əmr edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 oktyabr 2022-ci il tarixli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, dövlət reyestrində Cavabdeh1 ASC-nin xx.xx.1998-ci il tarixdə D-2922 nömrə ilə dövlət qeydiyyatından keçməsi hüquqi ünvanının AZ4500, Mingəçevir şəhəri, K.Hüseynov küçəsi ev 2 A və rəhbərinin X3 olması barədə məlumat mövcuddur. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəsisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarına uyğun olaraq, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstələyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğlərinin təsdiq edilməsi haqqında xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda təqsirkar müəssisə işçiyə dəyən zərərə görə maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisənin gəliri hesabına ödənilməsi göstərilmiş, eyni zamanda müstəqil təsərüfat subyekti olan "xxxx" ASC-nin səhmdarları barədə məlumatların əldə olunması məqsədilə qiymətlə kağız sahiblərinin reyestrini aparan orqan olaraq Milli Depozit Mərkəzinə və ya cəmiyyətin qanuni təmsilçisinin müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin müraciət edilməsi töfsiyyə edilmişdir. İşdə olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən “Ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcəli əlillik statusuna malikdir. X9 Sosial Ekspertiza və Reablitasiya Agentliyi əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya istiqamətində fəaliyyət göstərir. Müraciətdə qeyd olunan məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq qurumara müraciət etmələri töfsiyyə olunmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2-58 saylı 25 mart 1999-cu il tarixli qətnaməsindən görünür ki, “Mingəçevir şəhər-62” Tikinti İdarəsi tərəfindən İddiaçı 10.406.000 (on milyon dörd yüz altı) manat birdəfəlik ödənc ödənilməsi qət edilmişdir. İşdə olan 31 iyul 1998-ci il tarixli X6 Haqqında aktdan görünür ki, 62 saylı Tikinti idarəsi tərəfindən zərərçəkmiş İddiaçı barəsində bədbəxt hadisənin baş verməsi ilə bağlı akt tərtib edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən gürünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə kəskin respirator çatmamazlığından vəfat etmişdir. İşdə olan Nikah haqqında şəhadətnamədən görünür ki İddiaçı ilə X5 arasında xx.xx.1973-cü il tarixdə rəsmi nikah bağlanmışdır. AR ƏN Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023cü il tarixli məktubuna əsasən X5 İddiaçı qalmış mirasıqəbul etmiş və vərəsəlik işi açılmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı 1998-ci il tarixində Cavabdeh1 ASC-də vəzifəsi üzrə çalışarkən iş vaxtı istehsalat xəsarəti almış, əmək qabiliyyətinin 80%-ni itirmişdir. Buna görə də müəssisə tərəfindən xx.xx.1999-cu il tarixli əmri ilə xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixədək hər ay 133794 manat zərərə görə ödənc ödənilməsi, 13,379400 manat birdəfəlik ödənc, zərərə görə aylıq ödənclər müəssisədə əmək haqqının kütləvi artımı zamanı qanunvericiliyə uyğun olaraq təchiz olunması əmri verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2-58 saylı 25 mart 1999cu il tarixli qətnaməsi ilə “Mingəçevir şəhər-62” Tikinti İdarəsi tərəfindən İddiaçı 10.406.000 (on milyon dörd yüz altı) manat birdəfəlik ödənc ödənilməsi qət edilmişdir. Aylıq müavinət müəssisə tərəfindən müxtəlif məbləğlərlə müəyyən edilmiş, sonuncu ödənişi isə xx.xx.2021-ci il tarixdə almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən ödənişlərini ala bilməmişdir. Hazırda İddiaçı hüquqi varisi X5 İddiaçı sağlamlığına müəssisədə işləyən zaman istehsalat vaxtı vurulmuş zərərə görə aylıq ödəncin yenidən hesablanaraq tam məbləğdə ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti, yəni iddiaçının şikəstliyi 1998ci il tarixindən yarandığından, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına, yəni 1964-cü il Mülki Məcəllənin müddəalarına istinad olunmalıdır. AR MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 456-cı maddəsinə əsasən şəxsin səhhətinə şikəstlik və ya sair xəsarət yetirilən halda, ziyan üçün məsuliyyət daşıyan təşkilat və ya vətəndaş ziyan çəkənin əmək qabiliyyətinin itməsi və ya azalması nəticəsində əldən çıxan qazancını ödəməli, habelə səhhətinin pozulması ilə əlaqədar çəkdiyi xərcləri (qüvvəli yeməklərin, protezlərin, kənar şəxsin ona verdiyi xidmətin və s. xərclərini) ödəməlidir. Qəsdən cinayətkar hərəkət nəticəsində vətəndaşın səhhətinə ziyan vurulduqda (zəruri müdafiə həddini aşdıqda və zərər çəkənin qanunsuz hərəkətləri ilə əlaqədar olaraq qəflətən baş verməş güclü ruhi həyəcan vəziyyətində ziyan vurulması istisna edilməklə), bu cinayətə görə məhkum edilmiş şəxs ziyan çəkənin stasionar müalicəsi üçün sərf olunmuş vəsaiti dövlət mədaxilinə ödəməlidir. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən ziyan çəkmiş şəxsin əmək qabiliyyətinin azalması ilə əlaqədar olan, habelə ölümlə əlaqədar olaraq vurulmuş ziyanın alınması aylıq ödəmələr yolu ilə həyata keçirilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət: 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, İddiaçı X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyindən və ona görə də İddiaçı istehsalat qəzası nəticəsində dəymiş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003–cü il 9 yanvar tarixli 3 nömrəli qərarının 1.1–ci bəndinin 3–cü hissəsinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra–təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədən kənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qərarın 1.1–ci bəndinin 4–cü hissəsinə əsasən zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydası: 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qərarının 3.5–ci bəndinin tələbinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Həmin Qərarın 3.10–cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Göründüyü kimi istinad olunan normaların tələbinə görə istehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin əvəzi, yalnız işçinin X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını təmin etməyən və ona görə təqsirli sayılan işəgötürən tərəfindən ödənilməlidir. Ona görə də hazırkı vəziyyətdə İddiaçı sağlamlığının pozulması nəticəsində əmək qabiliyyətinin 80 faizini daimi olaraq itirdiyinə görə ona xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu minimum aylıq əmək haqqı miqdarında ödənclər məhz cavabdeh tərəfindən ödənilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamından görünür ki, minimum aylıq əmək haqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırda mövcud olan minimum aylıq əmək haqqının məbləğinin yəni 345 manatın 80 faiz (əmək qabiliyyətinin 80 faizi itirildiyindən) məbləği əsas götürülməli və ona təyin edilən ödəncin məbləği 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi ((İddiaçı vəfat tarixinə kimi) (276x18 ay)) hesablanmaqla müəyyən edilmiş 4968 manat İddiaçı hüquqi varisi X2 verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən olunmuş qaydada zərəçəkmiş şəxslə əmək müqaviləsi bağlamasına baxmayaraq, öz işçisinin X6lər və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyindən iddiaçıya istehsalat qəzası nəticəsində dəymiş zərərə görə aylıq ödəncin məbləği yenidən hesablanaraq hər ay 276 manat müəyyən edilməli və xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi 4968 manat İddiaçı hüquqi varisi X2 Cavabdeh1 ASC tərəfindən ödənilməlidir. Bununla yanaşı məhkəmə, həmçinin iddiaçı tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edərkən vəkilə ödənilmiş 300 manat məbləğində qonararın cavabdehdən alınıb verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlanılmış, lakin həmin müqaviləyə uyğun olaraq təqdim edilmiş qəbzdən görünür ki, Mingəçevir şəhər Vəkil Bürosunun hesabına hüquqi yardım üçün 300 manat pul vəsaiti köçürülmüşdür. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də məhkəmə iddianın həmin hissədə təmin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin mediasiya xərcinin ödənilməsi ilə bağlı qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17:30-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan qəbzlə ilə təsdiq edildiyi kimi İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci, yəni 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. AR MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 227 və 233–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ASC-dən İddiaçı hüquqi varisi X1 xeyrinə İddiaçı bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 (dörd min doqquz altmış səkkiz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat, mediasiya xərci 50 (əlli) manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-55/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-55/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver