Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-564/2024 07.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 2611.23 manat əsas, 123.38 manat faiz borcu olmaqla, cəmi 2734.61 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 48.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-MN-0048508-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cu bəndlərinə əsasən, borcluya 60 ay müddətinə, illik 01% olmaqla 2639.69 manat məbləğində güzəştli kredit rəsmləşdirilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli, MN-00020933-F saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 28.46 manat, faiz borcu üzrə 1.54 manat olmaqla cəmi 30 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 2611.23 manat, faiz borcu üzrə 123.38 manat olmaqla, cəmi 2734.61 manat məbləğində kredit borcu var. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən iddiaçı kredit müqaviləsi üzrə yaranmış 2611.23 manat, faiz borcu üzrə 123.38 manat olmaqla cəmi 2734.61 manat və dövlət rüsumu olaraq ödənilmiş 48.40 manat məbləğində vəsaitin zamin Cavabdeh2 alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 qarşı borcun ödənilməsinə dair ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirdi ki, iş üzrə Cavabdeh1 tanıyır, yaxın münasibətləri olmuşdur. Həqiqətən də Cavabdeh1 iddiaçı BOKT "xxxx" MMC-dən kredit götürmüşdür. Həmin kreditin ödənilməsinin təminat olaraq onunla BOKT "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən iddiaçı kredit müqaviləsi üzrə yaranmış kredit borcunu ondan tutulmasını xahiş etmişdir, lakin o, həmin pulu götürməmişdir. Mərhum cavabdehin övladları bildirdi ki, mülki iş üzrə məhkəmə yekun qərar çıxarılsa belə, həmin borcu onlar ödəyəcəklər. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş sübutlar: İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-MN-0048508-F №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə, illik 1 faiz olmaqla 2639.69 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MN-00020933 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfindən tam yerinə yetirilməməsi halında məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 620 və 621 saylı məktublarından cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 2611.23 manat, faiz borcu üzrə 123.38 manat olmaqla cəmi 2734.61 manat kredit borcu mövcuddur. X1 surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 48 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Həmin kredit borcunun ödənilməsi üçün digər cavabdeh (zamin) Cavabdeh2 İsmayl qızı bərabər məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməmiş kredit borcunu cavabdehdən (zamin) tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 2611.23 manat əsas borc və 123.38 manat faiz olmaqla, cəmi 2734.61 manat borc alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 48 dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı cavabdehdən alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 2611.23 (iki min altı yüz on bir manat iyirmi üç qəpik) manat əsas borc, 123.38 (bir yüz iyirmi üç manat otuz səkkiz qəpik) manat faiz olmaqla, cəmi 2734.61 (iki min yeddi yüz otuz dörd manat altmış bir qəpik) manat, 48 (qırx səkkiz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-564/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-564/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver