Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-568/2021 07.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat vəsatətin alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 1(025)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşayış yerini və Mingəçevir şəhərinin yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək, Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vsitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandımaq vəzifələri qoymuşdur. xx.xx.2019-cu il tarixdə onun tərəfindən müvafiq protokol tərtib etmiş və cavabdehin üzərində cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət quğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı, bir ədəd siqnal ötürücüsü, bir ədəd adapter məhkum, hazırki iş üzrə Cavabdeh quraşdırılaraq ona təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2020-ci il tarixdə məhkuma təhkim edilmiş elektron nəzarət vasitələrinə baxış keçirilərək “İdrak” markalı mobil cihazda zədələnmələr olduğu müəyyən edilmişdir. Bundan sonra mobil cihaz texniki qaydada yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, cavabdehə təhkim olunmuş mobil qurğunun ekranı sınmış və işlək olmayan vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı şahidlərin iştirakı ilə akt tərtib olunmuşdur. Cavabdehin təqsirindən, yəni müdaxiləsi nəticəsində elektron nəzarət qurğusu yararsız vəziyyətə salınmış və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin yararsız vəziyyətə düşən avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Dəymiş zərərin ödənilməsi dəfələrlə cavabdehdən tələb edilsə də heç bir nəticəsi olmamışdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin olunmasını, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 1346,03 manat vəsatətin alınıb İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş Qəbələ Rayon Məhməsinin 1(025)-29/2019 saylı, xx xxxx 2019-cu il tarixli hökmün və xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırıması cəzasna məhkum edilmişdir. Cəza çəkdiyi müddətdə Cavabdeh yaşayış yerini və Mingəçevir şəhərinin yaşayış yerini 22:00-dan 07:00-dək tərk etməmək, Mingəçevir şəhər ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vsitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandımaq vəzifələri qoymuşdurdur. İşə əlavə olunmuş xəbərdarlıq və izahatların surətlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması ilə bağlı cəzanın icra olunması haqqında hüquq və vəzifələri izah olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, məhkum Cavabdeh üzərində olan nəzarət cihazlarına baxış zamanı mobil cihazın yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir İşə əlavə edilmiş Elektron nəzarət dəstənin vəziyyəti haqqında texniki rəydən görünür ki, Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır, təmiri mümükün deyil. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışından görünür ki, yararsız vəziyyətə düşən mobil telefon avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Sadalanan hüquq normaları İddiaçı tərfindən hazırki iş üzrə cavabdeh olan Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması ilə bağlı cəzanın icra olunmasını təmin etmək üçün verilmiş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salması ilə əlaqədar iddiaçıya yetirilmiş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir. Qeyd edilənlərə əsasən iddiaçının cavabdehə qarşı ziyanı ödənilməsi tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Cavabdeh elektron nəzarət qurğusunu yararsız hala salması nəticəsində iddiaçıya 1346,03 manat ziyan dəymişdir. Həmin ziyan isə cavabdeh tərəfindən ödənilməmişdir. Mülki Prosesual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qoymət verərək hesab edir ki, iddia təmin olunmalı, vurulmuş ziyanın əvəzi olaraq 1346.03 manat alınıb iddiaçıya verilməlidir. Mülki Prosessuaı Məcəllənin 119.1-ci maddəsinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-242, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat pul alınıb İddiaçınə verilsin. Cavabdehdən 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirlsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər məhkəməsinə ərizə verə bilər. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-568/2021
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(051)-568/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver