Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-569/2025 29.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ziyan tələbinin artırılması və indeksləşdirilməsi və sair” tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sağlamlığa vurulan zərərin əvəzi olaraq hər ay üçün ödənilən məbləğin indeksləşdirilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC–dən sağlamlığa vurulan zərərin əvəzi olaraq hər ay üçün ödənilən 240 manat pulun indeksləşdirilərək və artırılaraq 500 manat müəyyən edilməklə hər ay 500 manat vəsaitin xx.xx.2022-ci il tarixdən başlamaqla alınıb ona ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki iddiaçı "xxxx" ASC-də əmək vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində 1973-cü il tarixdə xəsarət alaraq əmək qabiliyyətini itirdiyindən 2-ci qrup əlillik almışdır. İstehsalatda bədbəxt hadisəyə dair akt tərtib olunmuş və həmin vaxtdan ona müəssisə tərəfindən əvvəlcə birdəfəlik, daha sonra aylıq ödənc təyin olunmuşdur. 30 iyun 2022-ci il tarixədək 240 manat olmaqla ödənc almışdır. Ancaq sonradan həmin ödəncin ödənilməsi dayandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixdə özəlləşdirilməsi başa çatmışdır. Odur ki, iddia ərizəsində göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən hər ay ödənilən 240 manat pulun indeksləşdirilməklə, xx.xx.2022-ci il tarixdən başlanılmaqla, 285 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək izahatına əlavə olaraq bildirdi ki, o "xxxx" ASC-də işləmişdir. 1973-cü il tarixdə istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alaraq əmək qabiliyyətini itirdiyindən 2-ci qrup əlillik almışdır. Hazırda ona verilən ödənc dayandırılmışdır. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, zəruri sənədlər əvvəlki məhkəmə iclasları zamanı məhkəməyə təqdim olunmuşdur. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh2 əvvəl iştirak etdiyi məhkəmə iclası zamanı məhkəməyə etiraz təqdim etmiş və bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, sağlamlığa vurulan zərərin əvəzi olaraq hər ay üçün ödənilən 240 manat pulun indeksləşdirilərək və artırılaraq 500 manat müəyyən edilməklə hər ay 500 manat vəsaitin xx.xx.2022-ci il tarixdən başlamaqla alınıb ona ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddiası onunla əsaslandırılmışdır ki, iddiaçı 1973cü il tarixdə əmək xəsarəti aldığına görə ona 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Həmin vaxt iddiaçıya müəssisə tərəfindən əvvəlcə birdəfəlik, daha sonra isə aylıq ödənc təyin olunmuşdur. xx.xx.2022-ci il tarixədək iddiaçı 240 manat ödənc almış, lakin sonradan həmin ödənclər dayandırılmışdır. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi mebləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki ayiarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, istehsalat qəzası zamanı zərərçəkmiş şəxsə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiİiyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin məhz həmin təqsirkar müəsisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilməlidir. Qanunvericiliyin tələblərindən belə nəticəyə gəlinir ki, zərərçəkənin xəsarət aİdığı vaxt işlədiyi müəssisə ləğv olunmamışdırsa, o halda aylıq ödənclərinin miqdarı zərərçəkənin məhz həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir. Başqa sözlə desələr, iddiaçının işlədiyi sahədə olan orta əmək haqqı və həmin əmək haqqına artımlar, o halda nəzərə alınır ki, təqsirkar müəsisə tamamilə ləğv olunmuş olsun. Müəsisə İeğv olunduqda aylıq ödənclərin miqdarı müvafiq sahələrdəki müəssisələr üzrə müvafiq peşə (vəzifə) üzrə orta əmək haqqındakı artımlar müəyyən edilərək hesablanır. Lakin işdə olan sübutlardan və iddiaçı tərəfin izahatından da təsdiq olunur ki, təqsirkar müəssisə “Mingəçevir-X10" yenidƏn təşkil edilərək hüquqi varisi hazırki iş üzrə cavabdeh olan "xxxx" ASC müəyyən ediİmişdir. "xxxx" ASC isə hal-hazırda fəaliyyət göstərir. Belə olan halda iddiaçıya aİdığı xəsarətə görə aylıq ödəncin miqdarı onun işlədiyi müəssisədə (cavabdeh həmin müəssisənin hüquqi varisidir) xəsarət almamışdan əvvəl işlədiyi vəzifə üzrə təyin olunan əmək haqqına və əmək haqqında baş vermiş artıma uyğun müəyyən edilməlidir. İddiaçı əvvəllər işlədiyi vəzifə üzrə aldığı aylıq əmək haqqı 240 manatdan aşağı olmuşdur. Cavabdeh müəssisədə iddiaçının vəzifəsi üzrə əmək haqqında 2022-2025-ci illər üzrə hər hansı artım olmamışdır. Bu baxımdan da iddiaçıya ödənclərin məbləğinin artırılmasını tələb etməkdə haqlı deyil. İddiaçıya hər ay ödənilməli olan aylıq ödənc məbləğinə artım hesablanmamalıdır. Bunlardan başqa, hesab edir ki, iddiaçının iddia tələbi üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilməlidir. Çünki, cavabdehdə iddiaçının 1973-cü ildən bu günədək əyani müayinədən keçməməsi onlarda şübhə yaradır ki, onun əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artmışdır. Hesab edir ki, iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməli, bu məqsədlə iş üzrə müvafiq ekspertiza təyin olunmalı və iddiaçının tələblərinə ekspert rəyinə uyğun hüquqi qiymət verilməlidir. əks halda, iddiaçı, cavabdeh "xxxx" ASC-nin hesabına əsassız varlanmış olacaqdır. Hazırki vəziyyətdə isə iddiaçının iddiasının təmin olunması üçün əsas yoxdur. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin nümayəndəsi əvvəl iştirak etdiyi məhkəmə iclası zamanı cavabdeh orqana məktub ünvanlansa da cavabdeh müəssisənin rəhbərliyi tərəfindən cavab məktubu göndərilmədiyini bildirmişdir. Zəruri sənədlər təqdim edildiyi təqdirdə yenidən araşdırma aparılacağını qeyd etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsi baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənci ala bilməmək barədə müraciətə baxılmış, yenidən baxılması qərara alınmışdır. Həmçinin məktubda "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə özəlləşdirilməsi başa çatdığı halda iddiaçıya xx.xx.2006-cı il tarixdən təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi davam etdirildiyi, bu səbəbdən ona təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmış və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə müəyyən edildiyi bildirilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən xx.xx.1973-cü il tarixində tərtib olunmuş aktdan görünür ki, İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığına zərər vurulmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 31 yanvar 1973-cü il tarixli aktdan görünür ki, İddiaçı əmək fəaliyyəti zamanı istehsalatda bədbəxt hadisə yaşamışdır. İşdə olan Azərbaycan SSR-nin Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhəri Şöbəsinin 215 №li aktından çıxarışdan görünür ki, əmək qabiliyyətinin 75% hissəsini, peşə qabiliyyətinin 85 % hissəsini itirmiş, 2-ci qrup əlil kimi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, “ünvan 1 ünvanında yerləşməklə xx.xx.2021-ci il tarixindən tam mülkiyyət hüququ ilə dövlətin mülkiyyətindədir. İşdə olan "xxxx" ASC səhmdarlarının ümumi yığıncağı tərəfindən xx.xx.2021-ci il tarixli, 1№li protokolundan görünür ki, Səhmdar Cəmiyyətində səhmdarlara dividentlərin verilməsi qaydaları təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X12 "xxxx" ASCnin səhmlərinin 23 fevral 2021-ci il tarixdə keçirilmiş 1029-cu pul hərracında 30.01 faizini təşkil edən 155117 ədəd adi səhmini hərracda müəyyən olunmuş axırıncı satış qiyməti ilə 155117 manata satın alır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Hərraclarların Təşkili üzrə X8 Satışı üzrə Pul Hərracının 23 fevral 2021-ci il tarixli Yekun Protokolundan görtünür ki, X12 tərəfindən ödənilməli məbləğ 139605.30 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il, 9 yanvar tarixli 3 №li qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəlikləri nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, məbləği və şərtləri haqqında qanundan görünür ki, zərərə görə ödəncləri almaq hüququna malik olan şəxslər, ödənclərin ödənilmə müddəti və hesablanma qaydaları müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisinin uçota alınması haqqında” Şəhadətnamədən görünür ki, "xxxx" ASC xx.xx.2004-cü il tarixdən şəhadətnamə verilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh2 X13 vəzifəsinə təyin edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-də əmək vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində 1973-cü il tarixində xəsarət alaraq əmək qabiliyyətini itirmiş, 2-ci qrup əlillik almışdır. 30 iyun 2022-ci il tarixədək ödənc almışdır. Sonradan həmin ödəncin verilməsini dayandırılmışdır. İş materiallarında olan 31 yanvar 1973-cü il tarixində olan aktdan görünür ki, İddiaçı istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığına zərər vurulmuşdur. Odur ki, məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı xx.xx.1973-cü il tarixində "xxxx" ATSC-də ekskavator-operaor vəzifəsi üzrə çalışarkən iş vaxtı istehsalat xəsarəti almış, əmək qabiliyyətinin 75%-ni itirmişdir. Buna görə də müəssisə tərəfindən şəxsə zərərə görə aylıq ödənclər verilmişdir. Lakin, "xxxx" ATSC-nin xx.xx.2021-ci il tarixində özəlləşdirilməsi başa çatdığı halda iddiaçıya xx.xx.2006-cı il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi davam etdirilsə də xx.xx.2022-ci il tarixində ödəmə dayandırılmış və xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödəmə edilmişdir. İddiaçı həmin tarixdən sonra aylıq ödəncini ala bilməmişdir. Hazırda iddiaçı onun sağlamlığına müəssisədə işləyən zaman istehsalat vaxtı vurulmuş zərərə görə aylıq ödəncin indeksləşdirilərək hər ay 285 manat vəsaitin xx.xx.2022-ci il tarixindən hesablamaqla ona ödənilməsini xahiş edir. Mingəçevir şəhər Məhkəməsinin 2-58 saylı 25 mart 1999-cu il tarixli qətnaməsi ilə “Mingəçevir şəhər-62” Tikinti İdarəsi tərəfindən X4 10.406.000 (on milyon dörd yüz altı) manat birdəfəlik ödənc ödənilməsi qət edilmişdir. Aylıq müavinət müəssisə tərəfindən müxtəlif məbləğlərlə müəyyən edilmiş, sonuncu ödənişi isə xx.xx.2021-ci il tarixdə almışdır. X5 xx.xx.2022-ci il tarixdən ödənişlərini ala bilməmişdir. Hazırda iddiaçı X3 hüquqi varisi X6 X1 müəssisədə işləyən zaman istehsalat vaxtı vurulmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən, “ Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.” Həmin Məcəlləsinin 1118.2-ci maddəsinə əsasən, “İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.” Həmin Məcəllıəsinin 1118.3-cü maddəsinə əsasən, “Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.” Həmin Məcəllənin 1124.1-ci maddəsinə əsasən, “ Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir.” Həmin Məcəllənin 1124.2-ci maddəsinə əsasən, “Yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır.” Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yanvar ayının 1-dən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il, 9 yanvar tarixli 3 №li qərarı ilə təsdiq edilmiş izahatın 1-ci hissəsinə əsasən, “İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda bədbəxt hadisənin araşdırılma barədə müvafiq aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədən kənar vəsait hesabına ödənilir.” Həmin Qərarın 2-ci hissəsinə əsasən, “Əmək xəsarəti və yaxud peşə xəstəliyi ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə və başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.” Qeyd olunan qanun normasına və hüquqi mövqelərinə istinadən məhkəmə qeyd etməyi vacib hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia əsaslıdır. Bu səbəbdən tam təmin olunmalıdır. Qeyd olunan səbəblərdən məhkəmə işçinin mənafeyini, yaşayış minimumunu və digər zəruri halları da nəzərə alır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118–1124–cü maddələrinin tələblərinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə uyğun olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı sağlamlığına vurulan zərərin əvəzi olaraq hər ay ödənilən 240 manat pulun 2025-ci il üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artımına mütənasib surətdə artırılıraraq hər ay 285 manat müəyyən edilməli və xx.xx.2022-ci il tarixindən başlamaqla alınıb ona ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sağlamlığa vurulan zərərin əvəzi olaraq hər ay üçün ödənilən məbləğin indeksləşdirilməsi və sair” tələbinə dair cavabdeh "xxxx" ASCdən sağlamlığına vurulan zərərin əvəzi olaraq hər ay üçün ödənilən 240 manat məbləğində pul indeksləşdirilərək 285 manat müəyyən edilsin və xx.xx.2022-ci il tarixindən başlamaqla alınıb iddiaçıya ödənilsin. xx.xx.2022-ci il tarixdən pulun ödənilməsinə başlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-569/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-569/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver