Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-572/2023 05.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, 99 PB-502 dövlət nömrə nişanlı “ X4 R3 SX” markalı avtomaşın "xxxx" MMC-yə məxsusdur. Həmin avtomaşın "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Cavabdeh icarəyə götürdüyü “X4 R3 SX” markalı 99-PB dövlət nömrə nişanlı avtomaşını 05 may 2022-ci ildə Bakı şəhəri Sabunçu rayon Balaxanı istiqamətində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “X4 R3 SX” markalı avtomaşına sağ, sol, ön tərəflərinə, üst və alt hissəsinə ciddi ziyan dəymiş və salondakı qoruyucu yastıqlar açılmışdır. Həmçinin, hadisə zamanı xəsarət alan olmuşdur. "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktına görə hadisə nəticəsində avtomaşına vurulmuş zərər təmir işləri ilə birlikdə 7028(yeddi min iyirmi səkkiz) manat təşkil edir. Bundan əlavə avtomaşına vurulmuş zərərin hesablanmasına görə "xxxx" MMC-nin hesabına 150(bir yüz əlli) manat vəsait ödənilmişdir. Həmçinin, nəqliyyat vasitəsinin cərimə meydançasında dayanma xərcləri və evakuator daşınma xərcləri olaraq iddiaçı tərəfindən 178(bir yüz yetmiş səkkiz) manat ödənimlişdir. Bundan başqa avtomaşının qiymətinin 20 faiz miqdarında əmtəəlik görünüşünün itirilməsinin dəyəri 2400(iki min dörd yüz) manat təşkil etmişdir. Həmçinin, məhkəməyə iddia ərizəsi verilməsi üçün iddiaçı 95 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən vurulmuş zərərin ümumi miqdarı 9851( doqquz min səkkiz qüz əlli bir) manat təşkil edir. İddianın təmin olunmasını, Cavabdeh vurulnuş zərərin əvəzi olaraq 9851 mantat pulun alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətaməsinin surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı, “X4 R3 SX” markalı minik avtomaşının sahibi “AvtoConsent” Məhdud Məsuliyyət Cəmiyyətidir. İşdə olan icarəyə verən "xxxx" MMC-nin direktoru ilə icarəçi Cavabdeh arasında bağlanmış PB-502/21 №-li xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən qanuni əsaslarla ona məxsus olan “X4 R3 SX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçiyə vermişdir. İşdə olan "xxxx" MMC-nin 05.10.222-ci il tarixdə tərtib etdiyi qüsur aktından görünür ki, Ravon model ** PB ***2 dövlət qeydiyyat nişanlı avtomaşının təmiri üçün ehtiyat hissələri, xidmət və serviz qiymətləndirmə haqqı ilə birlikdə 7028(yeddi min iyirmi səkkiz) manat təşkil edir. İşdə olan Bakı şəhər Baş Polis idarəsinin Sabunçu ayon polis idarəsinin xx.xx.2022-ci il tatixli arayışında göstərilir ki, zərurət aradan qalxdığından **-PB-*** dövlət nömrə nişanlı, “X4 R3 SX” markalı avtomobilin cərimə meydançasından çıxarlımasına və təmirinə icazə verilir. İşə əlavə olunmuş 005212 №-li dayanacaq haqqı qəbzindən görünür ki, “X4 R3 SX” markalı ** PB *** dövlət nömrə nişanlı avtomaşın üçün dayanacaq haqqı 148 manat, evakuator 30 manat, cəmi 178 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci madəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbində cavabdehə icarəyə verdiyi “X4 R3 SX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşına cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. İş materiallarından da görünür ki, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı özünə məxsus “X4 R3 SX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşını 6 ay müddətinə icarəyə vermişdir. Tərəflər arasında bağlanmış icarə müsqaviləsinin 2.1.4 və 2.1.11-ci bəndinə əsasən icarəçi icarəyə götürdüyü avtonəqliyyat vasitəsinin mühafizəsini, təhlükəsizliyini qorunub saxlanmasını təmin etməli, avtomibilin bütün texniki hissələrinə və vizual görünüşünə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan icarə müqaviləsi əsasında götürdüyü avtomaşını idarə edən zaman yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına zərər dəymişdir. İddiaçının tələbinə baxmayaraq cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əmlakına vurulmuş zərərin ödənilməsi tələbində haqlıdır. İddiaçı tələbində vurulmuş zərərə görə cavabdehdən 7028 manat, zərərin hüsablanmasına görə isə 150 manat ödənilməsini tələb edir və bunu "xxxx" MMC-nin tətib etdiyi Qüsur aktı ilə əsaslandırır. Lakin işə əlavə olunmuş Qüsur aktından görünür ki, avtomaşının təmiri ilə əlaqədar zərəri olan ehtiyat hissələrinin dəyəri 5478 manat, ümumi xidmət haqqı 1400 manat, cəmi 6878 manat təşkil edir. 150 manat isə zərərin hesablanmasına görə müəyyən edilmişdir. Bundan əlavə iddiaçı tələbində avtomaşının əmtəəlik görünüşünün itirilməs səbəbindən qiymətinin 20 faiz itirməsinə görə 2400 manat təşkil etməsini qeyd etsə də tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən icarəyə götürmüş olduğu “X4 R3 SX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin əvəzi olaraq 6848 manat, vurulmuş zərərin hesablanmasına görə ödənilmiş 150 manat, avtomaşının dayanma və evakuatorla daşınma xərclərinə görə 178 manat alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 95 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh icarəyə götürmüş olduğu “X4 R3 SX” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərin əvəzi olaraq 6848(altı min səkkiz yüz qırx səkkiz) manat, vurulmuş zərərin hesablanmasına görə ödənilmiş 150(bir yüz əlli) manat, avtomaşının dayanma və evakuatorla daşınma xərclərinə görə 178(bir yüz yetmiş səkkiz) manat, dövlət rüsumu kimi ödənilmiş 95(doxsan beş) manat alınıb iddiaçı "xxxx" MMC-yə verişin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-572/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-572/2023
05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver