Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-573/2021 06.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlə xx.xx.2019-cu il tarixdə bağlanmış 015A********** nömrəli və xx.xx.2019-cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqavilələrinin ləğv edilməsi, 015A********** nömrəli kredit müqavilə üzrə cavabdehdən 3715.92 manat əsas kredit borcu, 16.26 manat faiz borcu, 4360.17 manat cərimə borcu olmaqla, cəmi 4361 manat 35 qəpik və 5015A********** nömrəli kredit müqaviləsi üzrə 534.31 manat əsas kredit borcu, 2.49 manat faiz borcu, 77.47 manat cərimə borcu olmaq, cəmi 614 manat 27 qəpik, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 4975 manat 62 qəpikməbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2019–cu il tarixli 015A********** saylı və xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1 faiz olmaqla hissə-hissə ödəmək şərti ilə 3718.25 manat məbləğində və 60 ay müddətinə, illik 1 faiz olmaqla hissə-hissə ödəmək şərti ilə 544.89 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Nəticədə, cavabdehin 3715.92 manat əsas kredit borcu, 16.26 manat faiz borcu olmaqla və 534.31 manat əsas kredit borcu, faiz borcu 2.49 manat məbləğində pul ödənilməmiş borcu qalmışdır. Öhdəliyini lazımınca icra etmədiyinə görə cavabdehə 77.47 manat və 4360.17 manat cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən cavabdehlə xx.xx.2019-cu il tarixdə bağlanmış 015A********** nömrəli və xx.xx.2019-cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqavilələrinin ləğv edilməsi, 015A********** nömrəli kredit müqavilə üzrə cavabdehdən 3715.92 manat əsas kredit borcu, 16.26 manat faiz borcu, 4360.17 manat cərimə borcu olmaqla, cəmi 4361 manat 35 qəpik və 5015A********** nömrəli kredit müqaviləsi üzrə 534.31 manat əsas kredit borcu, 2.49 manat faiz borcu, 77.47 manat cərimə borcu olmaq, cəmi 614 manat 27 qəpik, hər iki kredit müqaviləsi üzrə ümumilikdə 4975 manat 62 qəpikməbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019–ci il tarixdə bağlanmış 015A********** saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hissə-hissə ödəmək şərti ilə 3718.25 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hissə-hissə ödəmək şərti ilə 544.89 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəniş planına əsasən, borclu Cavabdeh xx.xx.2019–ci il tarixli 015A********** saylı kredit müqaviləsi ilə götürdüyü kredit üzrə hər ay 79 manat məbləğində olmaqla, xx.xx.2019– xx.xx.2024-cü il ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəniş planına əsasən, borclu Cavabdeh xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsi ilə götürdüyü kredit üzrə hər ay 11 manat məbləğində olmaqla, xx.xx.2019– xx.xx.2024-cü il ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışlarından görünür ki, xx.xx.2020–ci il tarixinə cavabdehin xx.xx.2019–ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə 3715.92 manat əsas kredit borcu, 16.26 manat faiz borcu, 4360.17 manat cərimə borcu olmaqla cəmi 4361,35 manat, xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə 534.31 manat əsas kredit borcu, 2.49 manat faiz borcu, 77.47 manat cərimə borcu olmaqla, cəmi 614,27 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2019–cu il tarixdə 015A********** saylı və xx.xx.2019–cu il tarixdə 015A********** saylı kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 3718.25 manat və 544.89 manat məbləğində kredit vermişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun 3715.92 manat əsas kredit borcu, 16.26 manat faiz borcu; 534.31 manat əsas kredit borcu, 2.49 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən bank tərəfindən cavabdehə 4360.17 manat və 77.47 manat məbləğində cərimə pulu hesablanmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqavilələri bağlanmış, cavabdeh iddiaçıdan illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 3718,25 manat və 534.31 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın birtərəfli qaydada kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsini və borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli müqavilə üzrə 3715.92 manat əsas, 16.26 manat faiz borcu və xx.xx.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqaviləsi üzrə 534,31 manat əsas kredit borcu, 2.49 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, müvafiq olaraq 11 manat və 7 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 11 manat və 7 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 3715.92 manat əsas kredit borcu, 16.26 manat faiz borcu və 11 manat dəbbə pulu, 534.31 manat əsas kredit borcu, 2.49 manat faiz borcu və 7 manat dəbbə pulu cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə xx.xx.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli və xx.xx.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqavilələri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsaəsn müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, xx.xx.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli və xx.xx.2019– cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqavilələri ləğv edilməli kredit müqavilələri ləğv edilməli, xx.xx.2019–ci il tarixli 015A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 3715.92 manat əsas kredit borcu, 16.26 manat faiz borcu və 11 manat dəbbə pulu olmaqla, cəmi 3743,18 manat, həmçinin xx.xx.2019–cu il tarixli 015A********** nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 534.31 manat əsas kredit borcu, 2.49 manat faiz borcu və 7 manat dəbbə pulu olmaqla, cəmi 543,8 manat, ümumilikdə 4286,98 manat alınıb iddiaçıya verilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli və xx.xx.2019–cu il tarixdə bağlanmış 015A********** nömrəli kredit müqavilələri ləğv edilsin. xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 3715.92 (üç min yeddi yüz on beş manat doxsan iki qəpik) manat, faiz borcu üzrə 16.26 (on altı manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 11 (on bir) manat olmaqla, cəmi 3743,18 (üç min yeddi yüz qırx üç manat on səkkiz qəpik) manat , həmçinin xx.xx.2019–cu il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən 534.31 (beş yüz otuz dörd manat otuz bir qəpik) manat əsas kredit borcu, 2.49 (iki manat qırx doqquz qəpik) manat faiz borcu və 7 (yeddi) manat dəbbə pulu olmaqla, cəmi 543,8 (beş yüz qırx üç manat səksən qəpik) manat, Ümumilikdə 4286,98 (dörd min iki yüz səksən altı manat doxsan səkkiz qəpik) manat məbləğində pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-573/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-573/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver