Məhkəmə qərarları › İş №2(051)-578/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-578/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-578/2022 30.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 10.10.2015-ci il təvəllüdlü Yagmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, 200 manat məbləğində təyin edilməsi və mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxılanadək cavabdeh tərəf məhkəmə iclası zaman izahat verərək bildirdi ki, İddiaçı yaşayış yeri üzrə Kəlbəcər rayonunda qeydiyyatda olmasına baxmayaraq, məcburi köçkün kimi hazırda Goranboy rayonunun Xanqərvənd kəndində məskunlaşmış və həmin kənddə yaşayır, həmçinin onun özü də yaşayış yeri üzrə Kəlbəcər rayonunda qeydiyyatda olmasına baxmayaraq, məcburi köçkün kimi hazırda Tərtər rayonunda məskunlaşmış və hazırda Bakı şəhərində yaşayır. Ona görə də Mingəçevir şəhər məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını xahiş edir. Belə ki, işdə olan Goranboy Rayon Məhkəməsinin 06.10.2016-cı il tarixli 2(045)- 2702/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh arasında olan rəsmi nikah qeydinin pozulması və yetkinlik yaşına çatmayan Yagmur adlı uşağın saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məcburi köçkün kimi Goranboy rayonunun Xanqərvənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair 2(051)- 578/2022 saylı mülki iş aidiyyəti üzrə Goronboy rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar