Məhkəmə qərarları › İş №2(051)-58/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-58/2022

30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-58/2022 30.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, cavabdehin nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildiridi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış MİN-KK/002-15 №-li 17 fevral 2015-ci il tarixli plastik kart kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh krediti, kredit üzrə hesablanmış faiz və cəriməni ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir. Hazırda cavabdehin 3838,20 ABŞ dolları əsas borc, 297,08 ABŞ dolları faiz borc, 4154,61ABŞ dolları cərimə, cəmi 9244,95 ABŞ dolları kredit borcu yaramışdır. Kredit borcun ödənilməsindən cavabdeh imtina etmişdr. Cavabdeh həmin borcu ödəmədiyinə görə bank kredit borcun qaytarılması tələbi ilə məhkəməyə müracət etmişdir. Cavabdeh kredit borcun qaytarmamasını onunla əsaslandırır ki, onunla bank arasında qeyd edilən müqavilə bağlanmamışdır. Doğrudur, tərəflər arasında bağlanmış kredit müqaviləsinin əsli itmiş olsa da, müqavilənin surəti bankda saxlanılır. Həmin müsqaviləyə əsasən də banka bir neçə dəfə kredit borcundan ödəniş edilmişdir. İddianın təmin olunmasını, cəmi 9244,95 ABŞ dolları kredit borcun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi,vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh 6000 ABŞ dolları kredit alması ilə bağlı bankla 17 fevral 2015-ci il tarixli kredit müqavləsini bağlamamışdır. Cavabdeh müqavilədəki, eləcə də kredit ödəməsi qəbzlərdəki imzaların ona məxsus olmadığını bildirmişdir. İş üzrə təyin olunmuş məhkəmə-xətşünasılıq ekspertizasının rəyindən də görünür ki, həmin imzaların cavabdehə məxsus olması təsdiq olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə təəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verilməlidir. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh bankla bağladığı 17 fevral 2015-ci il tarixli MİN-KK/002-15 №-li kredit müqaviləsinə əsasən 6000 ABŞ dolları məbləğində kredit götürmüş, lakin cavabdeh kredit borcunu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı bankla cavabdeh arasında 17 fevral 2015-ci il tarxli kredit müqaviləsi bağlandığını bildirsə də sübut kimi həmin müqavilənin əslini və ya notariat qaydada təsdiq edilmiş surətini deyil, kseoro-surətini təqdim etmişdir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Cavabdehin vəsatəti əsasında müqavilədə borcalan Cavabdeh adı qarşısındakı imzanın cavabdehə aid olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyn edilmiş, lakin məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün zəruri olan "xxxx" ASC ilə Cavabdeh adlarından, 17 fevral 2015-ci il tarixli MİN –KK/002-5 №-li kredit müqaviləsinin əsli təqdim edilməməsi səbəbindən iş üzrə ekspertiza rəyi veilməmiş, mülki iş geri qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə vəsatət verərək bildirmişdir ki, Cavabdeh banka yazdığı 14.03. 2013-cü il tarixli ərizədə 17.02.2015-ci il tarixdə bankdan 1 il müddətinə 6000 ABŞ dolları kredit götürməsi və sair halları göstərmişdir. Həmin ərizədəki imzanı, eləcə də müqavilə üzrə ödəniş qəbzlərdəki imzaların Cavabdeh məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. İddiaçının vəsadəti təmin olunmuşdur. Məhkəməyə göndərilmiş 4/1858 №-li 07 fevral 2022-ci il tarixli məhkəmə xətşünaslıq ekspertizası rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş mülki işin 142-ci vərəqində olan Cavabdeh adından "xxxx" ASC-yə yazlmış 14.03.2016-cı il tarixli ərizədə Cavabdeh soyadı önündəki, işin 127-133-cü vərəqələrində olan 10.04.2015-ci tarixli, 02.07.2015-ci il tarixli, 05.08.2015-ci il tarixli, 03.09.2015-ci il tarixli, 05.10.215-ci il tarixl, 04.11.2015-ci il tarixli, 03.12.2015-ci il tarixli ödəniş qəbzlərində “müştərinin imzası” qrafalarındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 17 fevral 2015-ci il tarixli kredit müqaviləsi ilə 6000 ABŞ dolları kredit verilməsi lazımi sübutlarla təsdiq olunmadığına görə iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 126 manat iddiaçıdan alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 360-cı maddəsinin rəhbər tutub,məhkəmə Qət etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cəmi 9244,95 ABŞ dolları kredit borcun qaytarılması tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ekspertiza xərci olan 126 (bir yüz iyirmi altı) manat iddiaçı LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunundan tutulub aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət Xəzinədarlığı Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar