Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-582/2025 17.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, iddiaçı X3, Cavabdeh iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 manat pulun və 40 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 qonşuluğunda yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə 4500 manat məbləğində borc pul vermişdir. Cavabdeh öz xətti ilə dəftər vərəqəsinə ondan 4500 manat məbləğində pul almasını və aldığı pulu onun istədiyi vaxtda qaytaracağına vəd verməsinə dair yazı yazmış və öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ondan aldığı borcun bir qismini bu günə kimi ona hissə-hissə ödəmişdir. Hazırda 1600 manat borcu qalmışdır. Həmin 4500 manat məbləğdən yalnız son 1-8 ay ərzində cəmi 2900 manat məbləğində pul vəsaitini cavabdeh ona hissə-hissə ödəmişdir. Qalan 1600 manat məbləği isə ödəməkdən yayınır. Belə olan halda ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında bildirdi ki, iddiaçı X2 4500 manat borc pul almış və borcundan hissə-hissə ödənişlər etdikdən sonra 1600 manat qalıq qalmışdır. Qalan borcunu hər ay hissə-hissə verəcəyini bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materialları xx.xx.2024-cü il tarixli 736 №li arayışdan görünür ki, X1 rayonu, Maqsudlu kəndindən məcburi köçkün düşmüşdür. Hazırda Ağdam rayonu, Bənövşələr qəsəbəsində müvəqqəti yaşayır. xx.xx.2022-ci il tarixli Cavabdeh tərəfindən verilmiş və imzalanmış qeyddən görünür ki, həmin tarixdə İddiaçı 4500 manat məbləğində borc almışdır. Pulu onun istədiyi vaxtda qaytarmasına söz vermiş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 39.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə 4500 manat borc pul vermişdir. Tərəflər arasında olan borc münasibəti cavabdehin öz imzası ilə təsdiq etdiyi izahatından təsdiqini tapmışdır. Cavabdeh borcundan ödənişlər etmiş və qalıq olaraq iddiaçıya 1600 manat borcu qalmışdır. İddiaçı qalan 1600 manat borcunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçıya qalan 1600 manat borcunu qəbul etdiyini, qalan pulu hissə-hissə qaytara biləcəyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Tərəflər arasında borcun verilməsinə dair cavabdehin öz imzası ilə təsdiq etdiyi xx.xx.2022-ci il tarixli qeyd olmuşdur. İddiaçı cavabdehə həmin tarixdə 4500 manat borc pul vermişdir. Cavabdeh borcundan müəyyən qədər ödənişlər etdikdən sonra İddiaçı 1600 manat borcu qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməli və Cavabdeh 1600 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.40 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq
QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz manat) manat məbləğində pul alınaraq iddiaçı X4 verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 39.40 (otuz doqquz manat qırx qəpik) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva