Məhkəmə qərarları › İş №2(051)-585/2020

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-585/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-585/2020 25.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh “Mingəçevir xxxxxxxxxxx” X32 Cəmiyyətinin etibarnaməüzrə nümayəndəsi X20 və Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: “Mingəçevir xxxxxxxxxxx” X32 Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı “İstehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödəncin və vəkil xidmətinə görə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2013-cü ildə “Mingəçevir xxxxxxxxxxx” ATS-də istehsalat xəsarəti aldığına görə ona aylıq 244,57 manat ödəncin müəyyən edilməsi, hadisənin baş verdiyi vaxtdan bu günə qədər ödənilməmiş 18,504 manat 16 qəpik cəmi aylıq ödəncin, habeləömrünün axırına qədər hər ay 244,57 manat ödəncin və vəkil xidmətinə görə ödədiyi 1800 manat pulun cavabdeh “Mingəçevir xxxxxxxxxxx” ATSC-dən alınaraq ona veriməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh “Mingəçevir xxxxxxxxxxx” ATSC-nin daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görəömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi və xx.xx.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21307,47 manat ödəncin cavabdeh “Mingəçevir xxxxxxxxxxx” ATS-dən alınaraq ona veriməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuşdur. xx xxxxxxx 2013-cü ildə cavabdeh "Mingəçevir xxxxxxxxxxxx" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərkən iş başında sağəlinin 4 barmağının kəsilməsi ilə nəticələnən istehsalat xəsarəti almışdır. Azərbaycan RespublikasıƏmək vəX21 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2013-cü il tarixli, 171 -T saylıəmrinə əsasən bədbəxt hadisənin təhqiqatı aparılmış, onun həqiqətən də istehsalatda xəsarət almağı barədə təhqiqat aktı tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh "Mingəçevir Maşn-Təmir" ATSC onun istehsalatda xəsarət almağıyla əlaqədar "İZ" formalı aktı tərtib edərək təsdiq edib ona verməmişdir. O, "İZ" formalı aktı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(051)-383/2018 saylı qətnaməsinə əsasən 2019-cu ilin may ayında ala bilmişdir. Bu günə qədər əmək kitabçasını ala bilməmiş məhdud əmək qabiliyyətli olsa da işə düzəli. 7-ci ildir ki, o, məhkəmələrdə əziyyət çəkir. Cinayət işi ilə əlaqədar o, Mingəçevir şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri-Ömərov Cianşa Cavanşir oğlu və X18 ilə müqavilələr bağlamışdır. Bu müqavilələr üçün Ömərov Cianşa Cavanşir oğluna 350 manat, X11 isə 1.450 manat pul vermişdir. Onların hər ikisi Azərbaycan Respublikasının "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanununun tələblərini və vəkil andını kobud surətdə pozaraq onun əleyhimə iş apararaq qarşı tərəfi müdafiə etmişlər. X4 bu işlə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlatdığı cinayət işinin ibtidai istintaq materialları baxılmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi (hakim Məhburə Kərimova) "Mingəçevir xxxxxxxxxxx" ATSC-nin İdarə Heyətinin sədri X8 bəraət verilməsi barədə xx xxxxxx 2015-ci il tarixli, 1(051 )-3/2015 saylı hökm çıxarmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1 (051 )-3/2015 saylı hökmündən dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X12 apellyasiya protesti əsasında işə baxan Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmü ilə apellyasiya protesti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1 (051)-3/2015 saylı hökmü ləğv edilmiş və "Mingəçevir Maşn-Təmir" ATSC-nin İdarə Heyətinin sədri X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1ci maddəsi ilə ittiham hökmüçıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmündən nümayəndəsi X9 verdiyi kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli, 1(102)-1370/15 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş vəŞəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 2 x xxx 2015-ci il tarixli, 1 (107)-73/2015 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. X17 Qurban oğlu tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 1 (102)-1370/15 saylı qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevin xx.xx.2016-cı il tarixli, 2(102)- 15/2016 saylı qərarı ilə əlavə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmamışdır. Onun istehsalatda sağəlinin 4 barmağının kəsilməsi vəəmək qabiliyyətinin 45 faiz itirilməsi ilə nəticələnən istehsalat xəsarəti almağım məhkəmə hökmü ilə təsdiq edilmişdir. Bütün bu qərarlar əsasında Azərbaycan RespublikasıƏmək vəX21 Nazirliyi yanında X2 xx.xx.2019-cu il tarixli qərarı ilə ona əlilliyin səbəbi "əmək zədəsi" olmaqla müddətsiz 3-cü dərəcəli əlillik verilmişdir. O, "Mingəçevir xxxxxxxxxxx" ATSC-nin daş-aqlay sexində kantçı vəzifəsində işləyərək orta aylıq 400-500 manat və əvəzçilik üzrə gözətçi işləyərək orta aylıq 93,50 manat əmək haqqı almışdır. İstehsalat xəsarəti nəticəsində əmək qabiliyyətinin 45 faizini itirmişdir. Onun hər 2 vəzifə üzrə orta aylıq əmək haqqı 543,50 manat təşkil edir. Ona görə də cavabdeh "Mingəçevir xxxxxxxxxxx" ATSC tərəfindən ona ödənilməli olan aylıq ödəncin məbləği 244,57 manat (543,50 X 45 %) təşkil edir. O, istehsalat xəsarətini xx xxxxxxx 2013-cü ildə almışdır. Həmin vaxtdan bu günə kimi 75 ay 20 gün müddət keçmişdir. Ona görə də həmin vaxtdan bu günə qədər ona çatası, lakin ödənilməmiş aylıq ödənclərin cəmi məbləği 18.504 manat 16 qəpik təşkil edir. Bundan əlavə, cavabdeh "Mingəçevir xxxxxxxxxxx" ATSC hər ay ona ömrünün axırna qədər 244,57 manat aylıq ödənc verməlidir. O, bu barədə cavabdeh "Mingəçevir xxxxxxxxxxx" ATSC-nin İdarə Heyətinin sədri X25 müvafiq sənədləri əlavə etməklə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəmi onun ünvanına poçt vasitəsi ilə xx.xx.2019-cu ildə göndərmişdir. Ərizənin "Mingəçevir Maşm-Təmir" ATSC-də xx.xx.2019-cu ildə"Məhyəddinov"tərəfindən qəbul edilməsi barədə xəbəmaməni poçt vasitəsi ilə xx.xx.2019-cu ildə almışdır. xx.xx.2020-ci ildə saat 15:05-də o, X23 ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ondan ərizəyə baxılması barədə məlumat verməsini xahiş etmiş, o isə bildirmişdir ki, "Siz bu barədə məhkəməyə müraciət edin. Məhkəmənin qətnaməsi əsasında tələbin ödənilməsinə razıdır. Ona görədəcavabdeh “Mingəçevir xxxxxxxxxxx” ATSC-nin daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görəömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin müəyyən edilməsi və xx.xx.2013-cü ildən bu günə qədər 82 ay 15 gün üçün ödənilməmiş 21307,47 manat və vəkil xidmətinə görəödədiyi 1800 manat pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Mingəçevir “xxxxxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X30 iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, Yevlax rayon Salahlı kəndində yaşayan Məmmədov X16 şəhər Məhkəməsinə “istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görəödənişin və vəkil xidmətinə görəödədiyi pulun cavabdehdən alınıb ona ödəməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxxx 2013-cü ildə “Mingəçevir xxxxxxxxxxx” ASC-də istehsalat xəsarəti aldığına görə ona aylıq 244, 57 manat ödəniş müəyyən edilməsi, hadisənin baş verdiyi vaxtdan bu günə qədər 18.504 manat 16 qəpik cəmi aylıq ödənişin, habeləömrünün axırına qədər hər ay 244, manat 57 qəpik ödənişin və vəkil xidmətinə görəödədiyi 1.800 manat pulun “Mingəçevir xxxxxxxxxxx” ASC-dən alınıb ona verilməsini xahiş etmişdir. Bildirir ki, ondan əvvəl (2019-cu ilin noyabr ayınadək) Mingəçevir “xxxxxxxxxxx” ASC-nin sədri işləmiş X1 yaranmış ciddi problemlərlə bağlı o, Mingəçevir “xxxxxxxxxxxx” ASC-ni təhfil-təslim aktı ilə təhfil almışdır. xx xxxxxx 2020-ci il tarixdən səhimdarların ümumi yığıncağının qərarı ilə “Mingəçevir xxxxxxxxxxx” ASC-nin idarə heyyətinin sədri vəzifəsinə təyin edilmişdir. İddiaçı uzun müddətdir ki, tanıyır. Mingəçevir “xxxxxxxxxxx” ASC-yə X14 rəhbərlik ediyi müddətdə işüzrə-iddiaçı Məmmədov X16 “xxxxxxxxxxx” ASC-də gözətçi kimi işə götürülmüşdür, iddiaçı Məmmədov X16 “xxxxxxxxxxx” ASC-də gözətçi işləyə-işləyə, “xxxxxxxxxxx” ASC-nin həyətində yerləşən, ASC-yə heç bir aidiyyatı olmayan, onun özünün həmkəndçisi X13 tərəfindən icarəyə götürülüb işlədilən “xxxxxxxxx” MMC-nin daş aqlay sexindəöz ehtiyatsızlığından sağəli dəzgahın bıçaq hissəsinə düşərək, 2, 3, 4 və 5-ci barmaqlarının əsas flanqaları travmatik amputasiya olmuşdur. Bununla bağlı, Prokurorluqda istintaq aparılmış və uzun -uzadı məhkəmə prosessi keçirilmişdir. Eyni zamanda da, Mingəçevir şəhər Məhkəməsində (hakim Hüseyn Mirzəliyev) İddiaçıArif oğlunun “Mingəçevir xxxxxxxxxxx” ATSC-yə qarşı“İstehsalat xəsarəti alınmasıyla əlaqədar tərtib və təsdiq edilmiş“İZ” formalı aktın cavabdehdən ( “xxxxxxxxxxx” ATSC) və üçüncü şəxsdən alınıb ona verilinəsi barədə iddiasına baxılmış vəxx xxxx 2018-ci il tarixli 2 (051)-383/2018 saylı qətnaməsiilə biz “Mingəçevir xxxxxxxxxxx” ATSC-dən ödənilməli əmək haqqının dəyəri olan 4955.50 (dörd min doqquz yüz əlli beş manat 50 qəp.) və vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2 (051 )-383/2018 'saylı qətnaməsindən sonra, ASC-nin rəhbərliyi və səhmdarlarla birlikdə bu qənaətə gəlindi ki, məhkəmə qətnaməsində göstərilən ümumi məbləğ- 14955,50 (on dörd min doqquz yüz əlli beş manat 50 qəp.) manat pul iddiaçı- İddiaçı ödənilsin, qətnamədən Apellyasiya şikayət verilməsin və bununla İddiaçıla aralarındakı mübahisəni bir dəfəlik həll ediləmsini təklif etmişdir. Hətta, İddiaçıla və onun ağsaqqalı ilə də görüşülüb vəşifahi razılığa da gəlinmişdir. Ona görə də, məhkəmə qətnaməsi üzrəödənilməli olan ümumi məbləğ- 14955,50 (on dörd min doqquz yüz əlli beş manat 50 qəp.) manat pul X22 filialı vasitəsi ilə iddiaçı- İddiaçı bir dəfəlik tam həcmdəödənilmişdir. Lakin, bundan şirniklənən və daha da artıq qanunsuz yolla qənimət əldə etmək istəyən iddiaçı-İddiaçı yenidən Mingəçevir şəhər Məhkəməsinə eyni predmet və eyni mübahisə üzrə əsassız iddia qaldırmışdır. Eyni zamanda, bildirirəm ki, “Mingəçevir xxxxxxxxxxx” ASC 11 saylıƏrazi Vergilər Departamentinin “hüquqi şəxsin fəaliyyətinin dayandırılması” arayışına əsasən, sonuncu dəfə, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinədək fəaliyyətini dayandırmışdır. Hazırda “Mingəçevir xxxxxxxxxxx” ASC heç bir fəaliyyətlə məşğul deyildir. ASC-nin səhmdarlarından başqa heç kəsin qarşısında müqaviləsi vəöhdəliyi yoxdur. Həmçinin, hazırki işüzrə iddiaçı- İddiaçı da “Mingəçevir xxxxxxxxxxx” ASC -nin heç bir məbləğdə borcu, müqaviləüzrəöhdəliyi və s. ödənilməli olan pul ödənişi yoxdur. Hazırkı işüzrə iddiaçı- İddiaçı ilə bu işüzrə cavabdeh “Mingəçevir xxxxxxxxxxx” ASC arasında İddiaçı “İstehsalat xəsarəti alınmasıyla əlaqədar” mülki işə“eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işə”Mingəçevir şəhər Məhkəməsində baxılmış və İddiaçı məhkəmə tərəfindən müəyyənləşdirilmiş məbləğdə əmək haqqının dəyəri olan 4955.50 (dörd min doqquz yüz əlli beş manat 50 qəp.) və vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğindəpul bank qəbzi əsasında tam həcmdəödənilmişdir. Ona görə də, iddiaçı - İddiaçı hazırki 2(051)-585/2020 saylımülki işüzrə təkrar iddiası“eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə” iddia olduğundan onun iddası əsassız və heç bir qanunvericilik əsası olmadığından iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin etibarnaməüzrə nümayəndəsi X15 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxxx 2013-cü il tarixdə “xxxxxxxxx” MMC-nin istehsalat sahəsində “Mingəçevir xxxxxxxxxxx” ATSC-nin işçisi İddiaçı istehsalat sahəsində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Həmin hadisə ilə bağlı təhqiqat komisiyasının rəyinə əsasən Təhqiqat komissiysı Təhqiqat aktının 4-cü bölməsinin 4.1 bəndinə görə “Mingəçevir xxxxxxxxxxx” ATSC-nin idarə heyyətinin sədri işəgötürən X7 cavabdehliyini, 4.2 bəndinə görə zərərçəkən - gözətçi İddiaçı ehtiyatsızlığını müəyyən etmişdir. İddiaçıla baş vermiş bədbəxt hadisə Azərbaycan Respubliksı Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” nın 1.2 bəndinə əsasən istehsalat xarakterli sayılmış və Mingəçevir “xxxxxxxxxxx” ATSC-də uçota alınmışdır. İddia ərizəsinə əlavə olunmuşəməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Təhqiqat komissiysı Təhqiqat aktının 4-cü bölməsinin 4.1 bəndinə görə Mingəçevir “xxxxxxxxxxx” ATSC-nin idarə heyyətinin sədri- işə götürən X7 cavabdehliyini, 4.2 bəndinə görə zərərçəkən- gözətçi İddiaçı ehtiyatsızlığını müəyyən etmişdir. İddiaçıla baş vermiş bədbəxt hadisə Azərbaycan Respubliksı Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” nın 1.2 bəndinə əsasən istehsalat xarakterli sayılmış və Mingəçevir “xxxxxxxxxxx” ATSC-də uçota alınmışdır. Məhkəməyə təqdim olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 1(051)-3/2015 saylı hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetrilmədiyinə görə bəraət verilmişdir. Məhkəməyə təqdim olunmuş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2015-ci il tarixli, 1(107)-73/2015 saylı hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ləğv edilərək, barəsində ittiham hökmüçıxarılmış, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 500 manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 1(102)-1370/2015 saylı qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum X14 barəsindəki xx xxx 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 1(102)-15/2016 saylı qərarının surətindən görünür ki, zərəçəkmiş şəxs İddiaçı X17 Qurban oğlu ilə birlikdə verilmişəlavə kassasiya şikayəti Azərbaycan Respublikası CPM-nin 421.1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığıüçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmaması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli əmrdən görünür ki, X3 “xxxxxxxxxxx” ASC-nin idarə heyyətinin sədri vəzivəsinə təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş “X29” ASC-nin İdarə Heyyətinin sədri X30 tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı 2007-2013-cü illərdə “X29” ATSCdə gözətçi vəzifəsində işləyib, aylıq əmək haqqı 85 manat olmuşdur. Heç vaxt “xxxxxxxxx” MMC müəssisəsi “Mingəçevir xxxxxxxxxxx” ATSC-nin nəzdində olmamış, müstəqil müəssisə kimi fəaliyyət göstərərək “X29” ATSC-nin balansında olan binanı müqavilə əsasında icarəyə götürərək istifadə etmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər Statistika İdarəsi tərəfindən Mingəçevir şəhər Məhkəməsinə göndərilmiş 141 № li xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhər Statistika İdarəsi müəssisə və təşkilatlarda işləyən işçilərin ayrı ayrılıqda əmək haqqının uçotunu aparmır. İşə əlavə edilmiş 23 № TSEK-nin sədri E.Əsgərov tərəfindən məhkəməyə göndərilmiş məktubdan görünür ki, Yevlax rayon Salahlı kəndində qeydiyyatda olan İddiaçı TSERAS alt sistemi tərəfindən xx.xx.2019-cu il tarixindən, əmək zədəsi səbəbi ilə, əmək qabiliyyətinin itirilməsi 45 faiz olmaqla, üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. Diaqnoz “Sağəlin İİ-İİİ barmaqlarının proksimal falanqasının orta 1/3-nin, İV barmağın proksimal falanqanın aşağı 1/3-nin V barmağın orta falanqanın əsas səviyyəsində amputasion güdülüdü. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsində göstərilmişdir ki, hakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquq münasibətlərində olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Mingəçevir xxxxxxxxxxx” ATSC-nin İdarə heyətinin sədri “Mingəçevir xxxxxxxxxxx” ATSC-də texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmişşəxs olmuş və onun daşıdığı vəzifəyə qanunvericiliyin tələb etdiyi tərzdə yanaşmaması və bu qaydaların pozulması nəticədə ehtiyatsızlıqdan həmin ATSC-də işləyən İddiaçı sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında" Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, habelə istehsal avadanlıqları və obyektlərində qəza zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydaların 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.6-cı maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinəçatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qaydaların 1.7-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə məlumat verməlidir. “Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Resunublikasının Qanunun 1-ci maddəsinə görə, obyektlərin texniki təhlükəsizliyi (texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyəti vacib həyatı maraqlarının təhlükə potensiyallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyətidir. Həmin Qanunun 19-cu mddəsində göstərilmişdir ki, bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndinə əsasən, əməyin mühafizəsi ddedikdə işçilərin təhükəsizlik və sağlam şəraitdə işləmək hüququnun təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ aktlarda, habelə kollektiv müqavilərdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemi başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddəsinin tələbinə görə, işçilərin iş yerindəəməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə müəssisənin mülkiyyətçisi və işə götürəni cavabdehdirlər. Həmin Məcəllənin 238-ci maddəsinin tələbinə görə, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzrdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işə götürənin inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Göründüyü kimi, qanunvericilik işçilərin iş yerindəəməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə görə bilavasitə məsuliyyəti müəssisənin mülkiyyətçisi və işə götürənin üzərinə qoymuş, lakin “X29” ATSC-nin idarə heyətinin sədri rəhbəri olduğu müəssisədə fəaliyyət göstərən sexdə əmək fəaliyyəti ilə məşğul olan şəxslərin təhlükəsiz və sağlam şəraitdə işləmələri üçün lazımi şərait yaratmamış və İddiaçı baş vermiş istehsalat qəzasında mişarlayıcıəşyanın təsirindən sağəlinin 2, 3, 4 və 5-ci barmaqlarının əsas falanqalarının orta 1/3-dək travmatik amputasiyası kimi, dərəcəsinə görə, ümumi əmək qabiliyyətinin 1/3-dən çoxunun (45 %-nin) daimi itirilməsinə səbəb olan ağır xəsarət almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118-ci maddəsinə əsasən Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlıəlavəçəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmişəlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Mülki Məcəllənin 1119-cu maddəsinə əsasən zərərçəkənin itirdiyi vəəvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isəümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Məhkəmə təqdim olunmuş iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, daş aqlay sexi emal sənayesinə aid oluğuna görə hesab edir ki, iddiaçının cavabdeh “Mingəçevir xxxxxxxxxxx” ATSC kantçı vəzifəsində işləyərkən orta aylıq əmək haqqı 2013-cü il üçün 454,30 manat müəyyən edilmişdir. Bundan əlavə iddiaçı xx.xx.2019-cu il tarixdən əmək zədəsi səbəbi ilə əmək qabiliyyətinin 45 faizni itirmiş, üçüncü dərəcə əlillik təyin edilmiş, sağəlin 2 və 3-cü barmaqlarının proksimal falanqasının orta 1/3-nin 4-cü barmağın proksimal falanqanın aşağı 1/3-nin 5-ci barmağın orta falanqanın əsas səviyyədə amputasiya edilməklə faktiki olaraq əmək fəaliyyəti qabiliyyətinin 45 faizni itirmişdir. Məhkəmə sadalanan diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, istehsalat nəticəsində sağlamlığının pozulmasına görə iddiaçının tələb etdiyi ödənc ədalətli məbləğ olaraq cavabdeh “Mingəçevir xxxxxxxxxxx” ATSC-dən daş aqlay emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə xx xxxxxxx 2013-cü il tarixdənömrünün axırına qədər hər ay 258,43 manat aylıq ödəncin iddiaçıya ödənilməsi məqsədə uyğundur. Məhkəmə iddiaçının tələb etdiyi 21307.47 manat məbləğdə ödəncin verilməsi tələbinə gəlincə onu qeyd etməyi zəruri hesab edir ki, həmin məbləğ iddiaçıya ömrünün axırına kimi təyin olunmuş ödəncə daxil edilməklə müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutlarıözündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında işüçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa məhkəmə iddia tələbinin vəkil xərci olaraq tələb olunan 1800 manat məbləğdə vəkil xərcinin təmin olunmaması qənaətindədir. Belə ki, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Mingəçevir xxxxxxxxxxx” ATSC-dən İddiaçı daş emalı sexində işləyərkən aldığı istehsalat xəsarətinə görə xx xxxxxxx 2013-cü il tarixdənömrünün axırına qədər hər ay 258,43 manat ödənc müəyyən olunsun və həmin ödənc hər ay İddiaçı ödənilsin. İddiaçının tələb etdiyi 21307.47 manat məbləğdə ödəncin verilməsi iddiaçıya ömrünün axırına kimi təyin olunmuş ödəncə daxil edilməklə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar