Məhkəmə qərarları › İş №2(051)-590/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-590/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-590/2022 19.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı və cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmək hqqı tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı 25.05.2021-ci il tarixdən əmək haqqının vaxtında verilməməsi səbəbi ilə işdən ayrıldığı üçün ona düşən 3179 manat pulun Mingəçevir şəhər Mingəçevir şəhər Mingəçevir İcra Hakmiyyəti nəznində Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X1 alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı 25.05.2021-ci il tarixdən əmək haqqının vaxtında verilməməsi səbəbi ilə işdən ayrıldığı üçün ona düşən 2953 manat pulun Mingəçevir şəhər Mingəçevir şəhər Mingəçevir İcra Hakmiyyəti nəznində Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X1 alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkənə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, 10.12.2014-cü ild Mingeçevir şəhər 12 sayli Menzil stismar Sahesinde Mühendis vezifesinde emek muqavilasi ilə işə daxil olmuşdur. İşlədiyi dövrdə öz vəzifə borcunu layiqincə yerinə yetirir və mudriyyatin verdiyi bütün tapşırıqları vaxti-vaxtinda,düzgün yerine yetirmişdir. İşlədiyi zaman ərzində iş yoldaşları və mudriyyet yaninda boyuk hörmətə malik olmuşdur. Son zamanlar müdiriyyəti tərəfindən əmək hqqi vaxdi-vaxdında da verilmirdi. Bu sebebden o, işden cixmaq mecburiyyetimde qaldi. O, işdən ayrılan zaman ona işlədiyi ayların əmək haqqısi ve mezuniyyet pulu verilmadi və balaca 3179 manat əmək haqqi hələdə bu günki günə qədər verilməyib. O dəfələrlə müdriyyət X2 əmək haqqinin verilməsi ilə bagli müraciət etsə də, müxtalif bəhanələr gətirərək pulunu hissə-hissə ona ödəyəcəklərini bildirdilər. 25.05.2021-ci il tarixdən işdən çixmagina baxmayaraq hələdə 3179 manat əmək haqqi hələdə verilməyib. Bundan sonra o, bununle bağli Azarbaycan Respublikasi əmək və halının Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlet əmək Müfəttişliyi Xidməti Mingeçevir regional ərazi bölməsinə rəsmi olaraq muraciət etdi. Azerbaycan Respublikasi əmək və əhalinin Sosial Mudafiəsi Nazirliyi yaninda Dövlat əmək Mufettişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsindən ona göndərilən rasmi cavaba əsasən həqiqətən Mingəçevir İcra Hakimiyyəti Mənzil Kommunal lstehslat X5 Və Abadlaşdırma İdarəsinin rəisi X6 həqiqətən onun əmək haqqı onun hesablanmasında və ödənilməsində xətaya yol verdiyi üçün dövlət tərəfindən cərimə olunub. Azerbaycan Respublikasının əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işdən çixarkən ona düşən bütün xərclər tam məbləğdə işdən çıxdığı gun verilir. Ona görə də 25.05.2021-ci il tarixdən əmək haqqının vaxtında verilməməsi səbəbi ilə işdən ayrıldığı üçün ona düşən 2953 manat pulun Mingəçevir şəhər Mingəçevir şəhər Mingəçevir İcra Hakmiyyəti nəznində Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X1 alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir şəhər Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı 10.12.2014-cü ildə Mənzil-Təsərrüfatı və Abadlaşdırma İdarəsinin mühəndis vəzifəsində işə qəbul edilmişdir. Öz xaişi ilə işdən azad olunmuş İddiaçı 25.05.2021-ci il tarixinə hesablanmaqla qalıq əmək haqqı borcu 3530,50 manat olmuşdur. İdarənin İddiaçı olan əmək haqqı borcunun idarənin imkanlarından asılı olmayan səbəblərə görə yaranmışdır. Belə ki, idarənin Mənzil İstismar Sahəsinin içciləri büdcədən kənar maliyyələşir. Yəni onların əmək haqları yığılan xidmət haqqlarından ödənilir. MİS İşciləri tərəfindən hər ay yığılan xidmət haqlarının məbləği həmin işcilərin aylıq əmək haqqı fondundan aşağı məbləğdə olduğu üçün onların əmək haqlarının tam şəkildə ödənilməsi mümkün olmamışdır. Bütün bu çətinliklərə baxmayaraq 30 dekabr 2021-ci il tarixdə idarədə yaranan qənaət məbləğindən İddiaçı 577,50 manat vəsait plastic kart hesabına yüklənmişdir. Hal-hazırdsa idarənin ona qalıq əmək haqqı borc məbləği 2953, manat təşkil edir. Gələcəkdə də idarənin maliyyə imkanları yarandıqca iddiaçıya olan qalıq əmək haqqı borcu məbləği ödəniləcəkdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş X7 Xidməti Mingəçevir regional ərazi şöbəsinin 16 avqust 2020ci il tarixli məktubundan görünür ki, iddiaçı ödəniş kartı üzrə 19.01.2015-ci il tarixdən 30.06.2021-ci il tarix də daxil olmaqla olan müddət üçün çıxrışından və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 müqaviləsi bildirişi sistemində qeydiyyata alınmış 10.12.2014-cü il, 24.04.2017-ci il 09.07.2018-ci il, 08.04.2019-cu il və 24.09.2019-cu il tarixli xxxxxxx000100-105 nömrəli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, müəssisənin İddiaçı 3176,90 manat əmək haqqı borcu qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində, qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci bəndində göstərilir ki, bu maddənin ikinci hissində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 297-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı 10.12.2014-cü ild Mingeçevir şəhər 12 sayli Menzil stismar Sahesinde mühəndis vəzifəsində əmək muqavilasi ilə işə qəbul edilmişdir. İddiaçı uzun müddət həmin müəssisədə çalışdıqdan sonar öz ərizəsi əsasında işdən azad olunmuşdur. O, işdən çıxan zaman əmək müqaviləsi əsasında çalışdığı müddətdə çalışdığı Mingəçevir şəhər İcra Hakmiyyəti Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin ona 3179 manat ala bilmədiyi əmək haqqı borcu qalmışdır. Lakin bir müddət keçdikdən sonar müəssisə ona olan qalıq əmək haqqı borcundan 577,50 manat ödəniş etmişdir. Bundan sonar müəssisəsinin İddiaçı 2953 manat borcu qalmışdır. Göründüyü kimi cavabdeh həmin borcun qaldığını və gələcəkdə müəssisənin maliyyə imkanları düzələn kimi qalıq borcu da ödəyəcəyini etiraf edir. Lakin müəssisənin hazırda maliyyə imkanları və iqtisadi vəziyyəti yaxşı olmadığından, hazırda müəssisənin balansında vəsaitin olmamasını, qeyd olunan borcun hazırda bir dəfəyə ödənilməsi müəssisə tərəfindən mümkün olmadığı müəyyən edilir. Məhkəmə hesab edir ki, qeyd olunan qalıq əmək haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə qeyd edir ki, hazarda Mənzil Kommunal İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi büdcədən kənar maliyyələşən müəssisə olduğundan və müəssisənin işçilərinə olan əmək haqlarının yığılan xidmət haqqlarının hesabına ödənilməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırda müəssisənin maliyyə imkanları və iqtisadi durumu zəif olduğunu müəssisənin balansında vəsaitin olmamasını nəzərə alaraq qətnamənin icrasına məhkəmə tərəfindən 6 ay müddətinə möhlət verilməklə, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 6 (altı) ay müddət ərzində, əmək haqqının ödənilməmiş hissəsi olan 2953 (iki min doqquz yüz əlli üç) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilməsi təmin edilməklə qətnamənin 6 (altı) ay müddət başa çatdıqdan sonra icra edilməsi məqsədə müvafiqdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin tərəflərin izahatları ilə eyni zamanda, xüsusəndə cavabdeh tərəfindən iddianın etiraf edilməsidə ona dəlalət edir ki, iddianın əsaslı olduğu məhkəmə iclası zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapdığından təmin edilməlidir. Cavabdeh iddiaçı tərəfindən irəli sürülmüş 2953 manat məbləğində ödənilməmiş əmək haqqının qaldığını və həmin borcun ödəniləcəyini bildirmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edərək təsdiq edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t et d i : İddia təmin edilsin. Əmək haqqının ödənilməmiş hissəsi olan 2953 (iki min doqquz yüz əlli üç) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 6 (altı) ay müddət ərzində, əmək haqqının ödənilməmiş hissəsi olan 2953 (iki min doqquz yüz əlli üç) manat cavabdeh Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsindən alınıb İddiaçı verilməsi təmin edilməklə qətnamə 6 (altı) ay müddət başa çatdıqdan sonra icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar