Məhkəmə qərarları › İş №2(051)-593/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-593/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-593/2022 22.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı «Pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 11406,24 manat məbləğdə pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh 22 aprel 2021-ci ildə "xxxx" ASC-nin Mingəçevir filialı ilə GTKR3595804A129 saylı kredit müqaviləsi bağlayaraq 12100 manat məbləğində kredit almışdır. Həmin kreditin təminatı olaraq Zülfiyyə İbrahimova ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və Zülfiyyə İbrahimova bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh banka olan borcunun bir hissəsini ödəmiş, lakin sonradan ödənişləri daynadırmışdır. Bundan sonra Zülfiyyə İbrahimova cavabdehin əvəzinə onun banka olan borcunu tam ödəmişdir. Belə ki, o, 21.01.2022-ci il tarixdə Cavabdeh "xxxx" ASC-ə olan 11406,24 manat məbləğdə borcunu tam olaraq ödəmişdir. O, dəfələrlə cavabdehdən ona olan borcunu qaytarılmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Buna görə də Cavabdeh 11406,24 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış GTKR3595804A129 saylı 22 aprel 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin kredit alanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi 110 saylı 24.01.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" QSC ilə 22.04.2021-ci il tarixdə kredit müqaviləsi bağlamış və həmin vaxt İddiaçı ona zamin durmuşdur. Cavabdeh götürdüyü krediti ödəniş cədvəli üzrə ödəmədiyindən qeyd olunan kredit borcunu onun əvəzindən zamin kimi İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Bundan sonra İddiaçı qeyd olunan kredit borcunun Cavabdeh ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ yaranmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslıdır və tələbin təmin olunması məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 475.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 11406,24 (on bir min dörd yüz altı manat iyirmi dörd qəpik) manat məbləğdə pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar