Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-60/2024 19.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 13.500 (on üç min beş yüz) manat borcun sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X3 rayonundan məcburi köçkündür. Ara sıra maşın alveri ilə məşğul olur. Cavabdeh şəhər sakini kimi tanımışdır, normal münasibəti vardır. Cavabdeh maşın alveri ilə məşğuldur. Bibisi şəhid anası X5 avtomobil lazım idi, ona bildirdi ki, qardaş oğlu ona tanıdığı şəxsdən, etibar etdiyi şəxsdən maşın al. O da fikirləşdi ki, Cavabdeh tanıyır, onda avtomobil vardır. Cavabdeh ilə əlaqə saxladı, o ona bildirdi ki, onda X16 markalı avtomobil vardır. O ona bildirdi ki, mən alver adına yox şəhid ailəsi bibisi üçün onda olan maşını almaq istəyir. Cavabdeh ona bildirdi ki, öz avtomobili kimi istifadə edib, ehtiyacı olduğu üçün hazırda satır, heç bir təmirə ehtiyacı yoxdur. Əla vəziyyətdədir. Avtomobilə 10.000 manat qiymət dedi. 9.000 manat nəğd qaydada pul verdi, pulu kartından çıxardı, bibisinə zəng edib dedi ki, ondan görüşəndə ondan götürəcək. Cavabdeh ona dedi ki, avtomobil onun adına etibarnamə ilədir. Maşının mülkiyyətçisini tapsın, birbaşa onun adından avtomobili sənədləşdirər. **-BM-*** dövlət nömrə nişanlı X16 markalı avtomobili 9.000 (doqquz min) manat pulu Cavabdeh verdikdən iki gün sonra, bibisi X8 ilə birlikdə avtomobili sürüb Bakı şəhərinə getmək istədilər. Qazax-Bakı magistral yolun Ağdaş rayonu ilə Ucar rayonu arasında olan zaman maşının mühərriki gücdən düşüb hərəkət dayanmağa başladı. Tez avtomibili yolun kənarına park etməyə çalışdı. **-BM-*** dövlət nömrə nişanlı X16 markalı avtomobilin mühərriki alışmağa başladı. Maşın yararsız vəziyyətə düşdü. Cavabdeh zəng etdi, vəziyyəti izah etdi, ona bildirdi ki, yoldadır aparsın Bakı şəhərinə nə problemi varsa məsləhətləşərlər. Bakı şəhərinə apardı ustaya göstərdim. Ümimiyyətlə avtomobil çox pis vəziyyətdə imiş. 4.500 (dörd min beş yüz) manat xərc çəkdi. Cavabdeh çəkdiyi xərcləri dedi. Ona dedi ki, istəyən varsa sat. qalan məsələni həll edərlər. Maşını satmaq məqsədi ilə müştəriyə təqdim etdi, mühərrik nömrəsi belə uyğun gəlmədi. Başa düşdü ki, Cavabdeh və onun şəhid ailəsi olan bibisini aldadıb. Telefonda çox söhbət etdi razılşamadılar. Dedi qardaş maşını götür. Onun (bibisinin) 9.000+4500=13.500 (on üç min beş yüz) manat pulunu qaytar. Onu müəyyən bəhanələrlə aldatmağa başladı. Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdi. Oradan mənə məhkəməyə müraciət etmək tövsiyyə edildi. Ona görə də məhkəmədən Cavabdeh 13.500 (on üç min beş yüz) manat borcun sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etdi və məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, İddiaçı ona qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə qismən razıdır. Belə ki, iddiada göstərilən məbləğdə 13500 manat qeyd etmişdir. Maşını 9000 manata satmışdır. Göstərilən məbləğlə tam razıdır. Lakin çəkilən xərcin yarı hissəsini, yəni 4500 manatın yarısı olan 2250 manatı qəbul edir və ödəməyə razıdır. X1 11250 manat tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işə əlavə edilmiş Mingəçevir şəhər Polis Şöbəsinin İddiaçı cavab məktubundan görünür ki, onun DİN-in 102 xidməti zəng mərkəzi sisteminə və Mingəçevir ŞPŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciəti Məhkəmə səlahiyyətində olduğuna görə məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İşə əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X2 Megane Scenic minik markalı, buraxılış ili 2010, 45BM032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh etibar etmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X2 Megane Scenic minik markalı, buraxılış ili 2010, 45BM032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı etibar etmişdir. İşə əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı ona qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi ilə qismən razıdır. Belə ki, iddiada göstərilən məbləğdə 13500 manat qeyd etmişdir. Maşını 9000 manata satmışdır. Göstərilən məbləğlə tam razıdır. Lakin çəkilən xərcin yarı hissəsini, yəni 4500 manatın yarısı olan 2250 manatı ödəməyə razıdır. X1 11250 manat tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Beləliklə məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı ilə şifahi alqı-satqı müqaviləsi bağlayaraq ona 10.000 manat verməsi əvəzində X16 markalı avtomobili satmışdır. İddiaçı həmin məbləğdən 9.000 manatını vermişdir. İddiaçı həmin avtomobillə Bakıya getmək istəyərkən avtomobil yolda yararsız vəziyyətə düşmüşdür. Bundan sonra iddiaçı avtomobilin təmirinə də əlavə olaraq 4500 manat xərcləmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianın avtomobilin alqı-satqısı zamanı ona ödənmiş pulun qaytarılmasını tam qəbul etdiyini, lakin təmir xərcinin yarısını ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə işin obyektiv həlli üçün digər sübutların mövcud olmadığı üçün cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatı və məhkəməyə təqdim etdiyi ərizəsini möhtəbər sübut kimi qəbul edir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul borcunun iddiaçı tərəfindən cavabdehə verilməsini və hazırda da həmin məbləğinin cavabdeh tərəfindən ödənilməməsinin sübutetmə yükü iddiaçının, lakin həmin borc məbləğinin mövcudluğunu təkzib edildiyi halda, iddiaçı tərəfə qaytarılmasını sübut etmə yükü isə cavabdeh tərəfin üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən, yəni iddia tələbi cavabdehin məhkəmə iclası zamanı etiraf etdiyi məbləğ həcmində yəni 11250 manat məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. İddiaçının tələb etdiyi qalan 2250 manat hissəsinə məhkəmə hüquqi qiymət veərərk hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı bu barədə məhkəməyə sübutlar təqdim edə blmədi. Odur ki, məhkəmə cavabdehin iddia tələbini qismən etiraf etməsini qəbul edir və etirafı əsas tutaraq iddia tələbini həmin əsaslarla təmin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci maddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən olunmuşdur. Mülki Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci maddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan hüquq normalarını sistemli təhlil edib işin faktiki halları ilə müqayisə edəndə müəyyən olunur ki, iddiaçı cavabdehə aralarında olan şifahi alqı-satqı münasibətlərindən dolayı iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. Bu razılıq onların arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 389.1-ci maddəsi baxımından yanaşdıqda isə, iddiaçı ilə cavabdehin mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi haqqında razılaşması, yəni müqavilədir. Bu müqavilə qanuna zidd deyildir və tərəflər üçün öhdəliklər yaradır. Tərəflər arasında bağlanan müqavilənin növünü müəyyən etmək üçün onun həqiqi məzmunu tərəflərin iradəsi, rəftarı və s. xüsusatlar nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 329.3-cü maddəsində deyilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu baxımdan tərəflər arasında bağlanmış şifahi müqavilə, hüquqi təbiətinə görə borc müqaviləsidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbin icra edilməsi qaydalarını tənzimləyən 433.3-cü maddəsində göstərilmişdir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Odur ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsini qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edərək təsdiq edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinin tələbinə görə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 manat pul tutulub iddiaçıya verilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 241, 357 və 360-cı maddələrini rəhbər tutaraq. q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-60/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-60/2024
19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver