Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-60/2025 11.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı həyət yolu üzərində qanunsuz tikilmiş yardımçı tikililərin sökülməsi, yoldan istifadəyə qəsdən edilən maneələrin aradan qaldırılması və fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı həyət yolu üzərində qanunsuz tikilmiş yardımçı tikililərin sökülməsi, yoldan istifadəyə qəsdən edilən maneələrin aradan qaldırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ünvan 1 ünvanında yerləşən həyətin onlara məxsus hissəyə gedən yolun üzərində və həyətlərində tikdirdikləri mətbəxin, su kranının, tualetin və navesin onun tərəfindən sökülməsi, həyətlər arasında daş hasarın çəkilməsi, eləcə də onlara məxsus qarajın qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən həyətdə faktiki ona və ailəsinə məxsus evin və ona aid torpaq sahəsinin Cavabdeh faktiki məxsus olan ev ilə paylı mülkiyyətlərinin olmasına məhkəmə qətnaməsi ilə son verilməsi və hər kəsin hazırda sahib olduğu evə və torpaq sahəsinə naturada ayrıca mülkiyyətçi kimi tanınması və bununla da payların faktiki mülkiyyət sahibləri arasında bölünərək hər birinin fərdi yaşayış evi kimi yenidən aidiyyəti qurumun reyestrində qeydə alınması üçün əsas yaranması, həmçinin torpaq sahəsindən onlara məxsus evə gedən yolun üzərində və həyətlərində cavabdehin tikdirdiyi mətbəxin, su kranının, tualetin və navesin cavabdeh tərəfindən sökülməsi, bu yolun sənədlə onlara məxsus olması göstərilməklə, gələcəkdə əsassız mübahisələrin yaranmaması üçün hər ikisinin həyətləri arasına daş hasar çəkilməsi, eləcə də onlara məxsus qarajın özlərinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxslərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına təkrar gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Cavabdeh məhkəmə iclası zamanı yazılı ərizə təqdim edərək iddiaçının məhkəmə iclasına gəlmədiyini, ona görə də iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini göstərmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin o hər hansı səbəb göstərmədən məhkəmənin çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin məhkəmə iclası zamanı cavabdeh tərəf işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçıya işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı həyət yolu üzərində qanunsuz tikilmiş yardımçı tikililərin sökülməsi, yoldan istifadəyə qəsdən edilən maneələrin aradan qaldırılması və fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası baxılmamış saxlansın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. xx.xx.2024-cü il tarixdə saat 15:50:14-də "xxxx" ASC, Zərdab filialına ********** nömrəli qəbz əsasında Dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100 manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-60/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-60/2025
11.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver