Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-613/2021 12.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı BOKT QSC–nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun alınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı BOKT QSC Cavabdeh qarşı əsas borc üzrə 8944,31, faiz borcu üzrə 1804,02 manat olmaqla, cəmi 10748,33 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi və tutmanın cavabdeh Cavabdeh məxsus 58.7 qr çəkisi olan saat+ceneve bilərzik, 5.7 qr çəkisi olan nişan üzüyü nəzik, 5 qr çəkisi olan nişan üzüyü nəzik, 4.1 qr çəkisi olan nişan üzüyü nəzik, 6.5 qr çəkisi olan nişan üzüyü nəzik 5,4 qr çəkisi olan nişan üzüyü olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılmasına və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq olan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddiaçı təşkilat tələbini belə əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt olunmasına dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci tarixli ********** saylı dəyişikliyin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-LMK-24 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin ilə (bundan sonra Bank) cavanbdeh Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2015-ci il tarixdə, L-084-AZN saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 36 ay müddətinə 10.000 (on min) manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə, L-084-AZN saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 58.7 qr çəkisi olan saat+ceneve bilərzik, 5.7 qr çəkisi olan nişan üzüyü nəzik, 5 qr çəkisi olan nişan üzüyü nəzik, 4.1 qr çəkisi olan nişan üzüyü nəzik, 6.5 qr çəkisi olan nişan üzüyü nəzik 5,4 qr çəkisi olan nişan üzüyü olan qızıl-zinət əşyalarını girov qoyulmuşdur. Cavabdeh öhdəliyini pozaraq aylıq ödənişlərini etməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmədən Cavabdeh tərəfindən əsas borc üzrə 8944,31, faiz borcu üzrə 1804,02 manat olmaqla, cəmi 10748,33 manat mbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi və tutmanın cavabdeh Cavabdeh məxsus 58.7 qr çəkisi olan saat+ceneve bilərzik, 5.7 qr çəkisi olan nişan üzüyü nəzik, 5 qr çəkisi olan nişan üzüyü nəzik, 4.1 qr çəkisi olan nişan üzüyü nəzik, 6.5 qr çəkisi olan nişan üzüyü nəzik 5,4 qr çəkisi olan nişan üzüyü olan qızıl-zinət əşyalarına yönəldilərək açıq hərracda satılmasına və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq olan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015–ci il tarixli L-084-AZN nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat cavabdehə aylıq qalıq borcun 22 faiz dərəcəsi tətbiq etməklə, 36 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. İşdə olan «xxxx» ASC ilə Cavabdeh arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh kreditin əsas məbləğini xx.xx.2015– xx.xx.2018–ci illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2015-ci il tarixli, L-084-AZN nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus girov müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavədə əks etdirilmiş 750 əyyarlı 58.7 qr çəkisi olan saat+ceneve bilərzik, 750 əyyarlı 5.7 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 5 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 4.1 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 6.5 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 5,4 qr çəkisi olan nişan üzüyü, ümumi dəyəri 15.000 manat olan qızıl və zinət əşyalarını girov qoymuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015–ci il tarixli L- 084-AZN nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018–ci il tarixə təşkilata əsas kredit borcu üzrə 8944,31 manat, faiz borcu üzrə 1804.02 manat olmaqla, cəmi borcu 10748,33 manat təşkil edir. İşdə olan “tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi tələbinə dair” xx.xx.2021–ci il tarixli bildirişdən görünür ki, xx xxxxxx 2015–ci il tarixli L-084-AZN nömrəli kredit müqaviləsi üzrə əldə edilən bütün hüquqlara və tələblərə mülkiyyət hüququ İddiaçı BOKT QSC-yə keçmişdir (güzəşt edilmişdir). Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015–ci il tarixli L-084-AZN nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə aylıq qalıq borcun 22 faiz dərəcəsi tətbiq etməklə 36 ay müddətinə 10.000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış yazılı girov müqaviləsinə əsasən, cavabdeh kreditin təminatı olaraq özünə məxsus qızıl əşyalarını girov qoymuşdur. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmiş, nəticədə onun iddiaçı təşkilata əsas kredit borcu üzrə 8944,31 manat, faiz borcu üzrə 1804.02 manat olmaqla, cəmi 10748,33 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1–ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Borcun ödənilməsinin girov əşyalara yönəldilməsi tələbi də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsində göstərilmişdir ki, Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh xx xxxxxx 2015–ci il tarixli L-084- AZN nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu 8944,31 manat, faiz borcu üzrə 1804.02 manat olmaqla, cəmi borcu 10748,33 manat müəyyən edilmişdir. Beləliklə, Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, xx xxxxxx 2015–ci il tarixli L-084-AZN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 8944,31, faiz borcu üzrə 1804,02 manat olmaqla, cəmi 10748,33 manat məbləğində kredit borcu İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Borcun ödənilməsi Cavabdeh məxsus 750 əyyarlı 58.7 qr çəkisi olan saat+ceneve bilərzik, 750 əyyarlı 5.7 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 5 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 4.1 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 6.5 qr çəkisi olan nişan üzüyü nəzik, 750 əyyarlı 5,4 qr çəkisi olan nişan üzüyü olmaqla, ümumi dəyəri 15.000 manat məbləğdə qızıl və zinət əşyalarına yönəldilməlidir. Qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu, dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilməlidir. Girov predmetinin satışından əldə olunan vəsait borc məbləğindən artıq olan hissədə cavabdehə qaytarılmalı, qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulmalıdır. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2015–ci il tarixli L-084-AZN nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 8944,31 (səkkiz min doqquz yüz qırx dörd manat otuz bir qəpik) manat, faiz borcu üzrə 1804.02 (bir min səkkiz yüz dörd manat iki qəpik) manat olmaqla, cəmi 10748,33 (on min yeddi yüz qırx səkkiz manat otuz üç qəpik) manat məbləğində pul alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb Bank Olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh tərəfindən xx xxxxxx 2015–ci il tarixli L-084-AZN nömrəli Girov müqaviləsinə əsasən girov qoyulmuş, 750 əyyarlı 58.7 qr çəkisi olan saat+ceneve bilərzikdən, 750 əyyarlı 5.7 qr çəkisi olan nazik nişan üzüyüdən, 750 əyyarlı 5 qr çəkisi olan nazik nişan üzüyündən, 750 əyyarlı 4.1 qr çəkisi olan nəzik nişan üzüyündən, 750 əyyarlı 6.5 qr çəkisi olan nəzik nişan üzüyündən, 750 əyyarlı 5,4 qr çəkisi olan nişan üzüyündən ibarət olan, qızıl və zinət əşyalarına yönəldilsin. Girov qoyulmuş əşyalar qiymət qoyularaq satılması üçün ixtisaslaşdırılmış hərrac təşkilatının sərəncamına verilsin. Qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, hərracın keçirilməsi ilə bağlı bankın çəkdiyi xərclər ödənilsin. Girov predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasını təmin etdikdən sonra artıqalan hissəsi, Cavabdeh qaytarılsın. Girov predmetinin satışından əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qətnamə qalan hissədə Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-613/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-613/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver