Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-614/2021 12.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı kredit borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı BOKT İddiaçı QSC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanmda nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh Müstəcab oğluna dair sənədlər S-LMK-25 saylı, 27.02.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında 06.03.2015-ci il tarixdə, L- 104-USD saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 36 ay müddətinə 8000 (səkkiz min) ABŞ dollar kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə 06.03.2015-ci il tarixdə, L-104-USD saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 15.9 qr çəkisi olan sep zəncir+ bilərzik, 7,5 qr çəkisi olan sep tros turk, 10,5 qr çəkisi olan sep süzmə türk, 12,6 qr çəkisi olan komplekt kitab, 16 qr çəkisi olan komplekt BR böyük, 38 qr çəkisi olan qarnitur ağ qızıl BR olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank şəxsi məqsədlər üçün "Borcalan”a 8000 (səkkiz min) ABŞ dollar məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.4,-ci bəndinə əsasən “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən (6.1. bənd) kredit üzrə faizlər 547 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayın görə hər gün illik 22% hesablanır. Həmçinin Kredit Müqaviləsinin 10.2-ci bəndinə əsasən “Borc alan” üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,3% - i miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 7045.21 (yeddi min qırx beş ABŞ dolları, 21 sent) ABŞ dolları, faiz borcu üzrə 2805.63 (iki min səkkiz yüz beş ABŞ dolları, 63 sent) ABŞ dolları olmaqla cəmi, 9850.84 (doqquz min səkkiz yüz əlli ABŞ dolları, səksən dörd sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddianın təmin olunmasını, Cavabdeh Müstəcab oğlundan əsas borc üzrə 7045.21 (yeddi min qırx beş ABŞ dolları, iyirmi bir sent) ABŞ dolları, faiz borcu üzrə 2805.63 (iki min səkkiz yüz beş ABŞ dolları, altmş üç sent) ABŞ dolları olmaqla cəmi, 9850.84 (doqquz min səkkiz yüz əlli ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsini, tutmanın Cavabdeh məxsus olan, girov qoyulmuş 15.9 qr çəkisi olan sep zəncir+ bilərzik, 7,5 qr çəkisi olan sep tros turk, 10.5 qr çəkisi olan sep süzmə türk, 12,6 qr çəkisi olan komplekt kitab, 16 qr çəkisi olan komplekt BR böyük, 38 qr çəkisi olan qarnitur ağ qızıl BR olan qızıl- zinət əşyalarına yönəldilərərk açıq hərracda satılması və satışdan əldə edilən vəsaitindən İddiaçı QSC-nin hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, 06.03.2015-ci il tarixdə "xxxx" ASC-dən kredit götürmüşdür. Kredit götürdükdən sonra dollar bahalaşdığına, ailə vəziyyətinə və maddi imkanı olmadığına görə kredit borcunu tam ödəyə bilməmişdir. Ancaq tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsinə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.03.2015-ci il tarixli L-104-USD saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh 36 ay müddətinə 22 faiz dərəcəsilə 8000 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faiz və cərimələri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan "xxxx" ASC Cavabdeh arasında bağlanmış L-104-USD №li 06.03.2015ci il tarixli girov müqaviləsindən görünür ki, 8000 ABŞ dolları kreditin ödənilməsinin təminatı olaraq 12000 manat dəyərində qızıl-zinət əşyaları girov qoyulmuşdur. İşdə olan kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 06.03.2015-ci il tarixdə "xxxx" ASC-dən 7760 ABŞ dolları məbləğdə kredit götürmüşdür. İşə əlavə edilmiş 06.12.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildirişdən görünür ki, "xxxx" ASC-nin kredit müqavilələri üzrə əldə etdiyi və 11.08.2015ci il tarixi vəziyyətinə qalan bütün hüquqları və tələbləri İddiaçı QSC-yə keçmişdir. İşdə olan maliyyə arayışından görünür ki, "xxxx" ASC–yə Cavabdeh 7045.21 ABŞ dolları əsas borc, 2805.63 ABŞ dolları faiz borc olmaqla, cəmi 9850.84 ABŞ dolları kredit borcu qalmışdır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i.a., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda myəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7045.21 ABŞ dolları əsas borc, 2805.63 ABŞ dolları faiz borc olmaqla, cəmi 9850.84 ABŞ dolları, qətamə icra okunan günə manat məzənnəsi ilə tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma Cavabdeh məxsus olan, girov qoyulmuş 15.9 qr çəkisi olan sep zəncir + bilərzik, 7,5 qr çəkisi olan sep tros turk, 10.5 qr çəkisi olan sep süzmə türk, 12,6 qr çəkisi olan komplekt kitab, 16 qr çəkisi olan komplekt BR böyük, 38 qr çəkisi olan qarnitur ağ qızıl BR olan qızıl-zinət əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına həmin borc ödənilməlidir. Satışdan əldə edilən vəsaitdən borc ödənildikdən sonra qalan vəsait cavabdehə qaytarılmalıdır. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehdən tutulmaldır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərinlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 7045.21 (yeddi min qırx beş dollar iyirmi bir sent) ABŞ dolları məbləğində əsas borc, 2805.63 (iki min səkkiz yüz beş dollar altmış üç sent) ABŞ dolları fazi borc olmaqla, cəmi 9850.84 (doqquz min səkkiz yüz əlli dollar səksən dörd sent) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı QSC-yə ödənilsin. Pulun tutulması Cavabdeh məxsus olan girov qoyulmuş 15.9 qr çəkisi olan sep zəncir+ bilərzik, 7,5 qr çəkisi olan sep tros turk, 10.5 qr çəkisi olan sep süzmə türk, 12,6 qr çəkisi olan komplekt kitab, 16 qr çəkisi olan komplekt BR yekə, 38 qr çəkisi olan qarnitur ağ qızıl BR olan qızıl-zinət əşyaları açıq hərracdan satışa çıxarılsın, satışdan əldə olunan pul vəsaiti hesabına cəmi 9850.84 (doqquz min səkkiz yüz əlli dollar səksən dörd sent) ABŞ dolları qətnamə icra olunması günə manat məzənnəsi ilə kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutulub iddiaçıya ödənilsin. Satışdan əldə edilən vəsaitdən borc ödənildikdən sonra qalan vəsait cavabdehə qaytarılsın. Girov əşyaların satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehədn tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-614/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-614/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver