Məhkəmə qərarları › İş №2(051)-615/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-615/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-615/2021 21.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: İddiaçı oğlunun, Cavabdeh: Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi X4 və işə sonradan cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh1 17.000 ABŞ dolları pulun və məhkməyə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 2006-cı ilin aprel ayında ona məxsus olduğu deyilən bağ sahəsini və fərdi yaşayış evini ona sataraq ondan 9300 (doqquz min üç yüz) ABŞ dolları almışdır. Sonradan məlum olmuşdur ki, bu torpaq sahəsi və fərdi yaşayış evi başqa şəxsə məxsusdur. Uzun məhkəmə çəkişmələrindən sonra Mingəçevir şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 25.07.2018-ci il tarixli, 2(051)- 1386/2018 saylı xüsusi qərardadı ilə Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin olması müəyyən edilmiş və müvafiq rədbirlər görülməsi üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilmişdir. Mingəçevir Şəhər Prokurorluğu ona cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı deyil, yerinə yetirilmiş prosessual hərəkətlər barədə məktub göndərərək işdə cinayət tərkibinin olmadığını bildirmişdir. Bu məhkəmə çəkişmələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14.08.2020-ci il tarixli qərardadı ilə yenidən Cavabdeh1 hərəkətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğu ona cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı deyil, yerinə yetirilmiş prosessual hərəkətlər barədə məktub göndərərək işdə cinayət tərkibinin olmadığını bildirmişdir. Ona görə də o bütün məhkəmə instansiyalarını keçdikdən sonra Cavabdeh1 dələduzluq yolu ilə ondan aldığı 9300 ABŞ dollarını ona qaytarmasını tələb edir. Ruzi Həsənovun qanunsuz hərəkətləri nəticəsində o xeyli əlavə xərclər çəkmişdir. Pulu qurtaranda Cavabdeh1 ona bildirmişdir ki, “Dayısı Cavabdeh2 müqavilə əsasında sələmə pul verir, ona müraciət elə”. O da Cavabdeh2 müraciət etmişdir. Cavabdeh2 ona 11 gün müddətinə 3500 ABŞ dolları borc pul verməsi barədə 17 mart 2010-cu il tarixli kredit müqaviləsinə imza etdirməklə ona 3500 ABŞ dolları vermişdir. Şifahi razılaşmaya görə o hər ay ona ümumi məbləğin 10 faizi qədər, yəni ayda 350 ABŞ dolları sələm ödəməli olmuşdur. Beləliklə, o həmin borcu 1 il müddətində qaytarana kimi hər ay Cavabdeh2 350 ABŞ dolları olmaqla 4200 ABŞ dolları sələm ödəmişdir. Əsas borc və sələmlə birlikdə o, Cavabdeh2 7700 ABŞ dolları pul ödəmişdir. Bu xərcləri o Cavabdeh1 təqsirli hərəkətlərinə görə ödəmiş və onun özünə verdiyi 9300 ABŞ dolları və əlavə çəkdiyi xərcləri, yəni 7700 ABŞ dolları, cəmi 17000 ABŞ dolları məbləğində pulun Cavabdeh1 alınıb ona verilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh1 polis mayorudur. Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısıdır. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksinin” 13-cü maddəsinə əsasən “Polis əməkdaşı icrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəliklər (borc pul, kirayə və s.), üzərinə götürməmişdir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir.” Ona görə də məhkəmədən Cavabdeh1 17.000 ABŞ dolları pulun və məhkməyə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barəsindəqətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, onun evini qohumu olan Cavabdeh2 satmış və o, evin satış məbləğini ondan almışdır. İddiaçı oğlunun orada yaşadığına heç görməmişdir. O, evini kimin alması ilə maraqlanmamış və ilk dəfə İslah adlı şəxsi məhkəmə iclaslarında tanış olmuşdur. İddiaçı oğlu ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tam əsassızdır. Belə ki, iddiaçının ərizəsində göstərdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur və heç bir sübuta söykənmir. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında işə sonradan cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İslah və Saməddin birlikdə gəlib evə baxıb bəyənib 300 ABŞ dollarıməbləğdə pulu beh qismində ona vermişlər. Mübahisəli evin satış qiyməti olan 9000 ABŞ dolları məbləğdə pulu ona İslah özü tək bu dəfə Saməddin olmadan vermişdir. O da pulu gətirib Ruziyə vermişdir. Ruzi də ona 200 ABŞ dolları məbləğdə pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində göstərmişdir ki, o, mübahisəli evdə usta kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Usta kimi onu Saməddin özü tapmış və işə görə zəhmət haqqını da Saməddin vermişdir. Saməddin şəhərdə olan evini satıb, satışdan əldə edəcəyi pulu Elşənə verəcəyini söyləmişdir. Lakin pulu Elşənə verməsinə şəxsən şahid olmamışdır. O, İslahı 20 il kimi bir müddətdir ki, tanıyır. Onu heç vaxt mübahisəli evdə görməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, İşə əlavə olunmuş Mingəçevir İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının, Fərdi və Bağ evlərinin Tikintisi, İstismarı və İnkişafı İdarəsinin 13 dekabr 2005-ci il tarixli texniki pasportundan görünür ki, Mingəçevir şəhər Xaldan şosesi Qaz idarəsi “Məşəl” bağçılıq yoldaşlığında yerləşən 500 kv.metr bağ sahəsi Cavabdeh1 istifadəsində olmuşdur. İşə əlavə olunmuş DƏDRX-ın çıxarışından görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 51,6 kv.metr olan 0.05 ha torpaq sahəli bağ evi X11 xüsusi, tam mülkiyyətindədir. İşə əlavə olunmuş 17 mart 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı 3500 manat məbləğində faizsiz borc vermişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi, X5, Alıyeva Hicran Qərib qızı, X17 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və sairə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlu, X9, X6 və X10 X11 mülkiyyətində olan, Mingəçevir şəhərinin 14-cü bağ küçəsində yerləşən 56 saylı bağ evindən çıxarılmaları qət edilmişdir. İşə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli Xüsusi Qərardadından görünür ki, İddiaçı, X5, Alıyeva Hicran Qərib qızı, X17 və Cavabdeh1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin olmasının araşdırılması üçün prokurorluğa xəbər verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 05 iyun 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, X11, İddiaçı, Cavabdeh1, Alıyeva Hicran Qərib qızının və X2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində cinayət işi başlanması rədd edilmişdir İşə əlavə olunmuş Konstitusiya Məhkəməsi Plenumunun 14 avqust 2020-ci il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində qeyd olunan əsaslara görə İddiaçı şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, İddiaçı oğlu Cavabdeh1 9300 ABŞ dollarıməbləğdə və Cavabdeh2 isə aldığıəsas borc və faizi ilə birlikdə 7700 ABŞ dolları məbləğdə pul verməsini iddia edir. Lakin iddiaçı tərəfindən cavabdehə pul verilməsi müəyyən olunmamışdır. İddiaçı bu barədə heç bir əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması nəticəsində cavabdehin etibarnamə üzrə nümayəndəsinin və işə sonradan cavabdeh qismində cəlb edilmiş şəxslərin izahatlarından görünür ki, cavabdeh evini İddiaçı oğluna deyil, İslah adlı şəxsə satmış və pulu da ondan almışlar. Bundan başqa işə əlavə olunmuş kredit müqaviləsindən də görünür ki, İddiaçı oğlu Cavabdeh2 deyil, əksinə Rəhimov X3 Saməddin Sərdar oğluna borc pul vermişdir. Həmçinin işə əlavə olunuş yekun məhkəmə aktlarından görünür ki, İddiaçı oğlu mübahisəli evdə qanunsuz olaraq yaşamış və sonra ev sahibinin iddiasına əsasən evdən çıxarılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə şahid qismində dindirilmiş X14 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Belə ki, o həmin mübahisədə kimin kimə pul verməsinə şahid olmamışdır. Həmçinin iddiaçı iddia tələbini 25.07.2018-ci il tarixdə iş üzrə çıxarılmış 2(051)-1386/2018 saylı xüsusi qərardada əsaslandırsa da, həmin xüsusi qərardad araşdıralarkən İddiaçı pulu Cavabdeh1 verməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə həmin əsasları da mötəbər sübut kimi qəbul etmir. Həmçinin məhkəmə Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2017-ci il tarixli və 25 iyul 2018-ci il tarixli qətnamələrinə əsaslanaraq iş üzrə sübut qismində məhkəməyə təqdim olunmuş 02 may 2006-cı il tarixli texniki pasportu sübut kimi qəbul etmir. Həmçinin məhkəmə iddia müddətinə hüquqi qiymət verərək hesab edir ki, iddia müddətinin əvvəli 22 iyun 2017-ci ildən hesablanmalıdır. Belə ki, hazırki mübahisə üzrə həmin tarixdə məhkəmə qətnaməsi çıxmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri borc münasibətləri ilə bağlı yaranan mülki mübahisədir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17.000 ABŞ dolları pulun və məhkməyə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi ilə bağlı tələbi rədd edilməlidir. Belə ki, iddiaçı tələbini əsaslandıran lazımi sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin ona borclu olmasını iddia etsə də öz tələbini əsaslandıraraq bunu sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qeyd olunan pul məbləğinin cavabdehə verilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət e t d i: İddia tələbi rədd edilsin. İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar